AŞPA səhvini düzəldəcək?
22.02.2024 [10:37]
Quruma ünvanlanan məktublarda ədalətin bərpası tələb olunur
Parlament diplomatiyasının və dialoqunun böyük əhəmiyyət daşıdığı dövrdə parlamentlərarası təşkilatlar ölkələr və xalqlar arasında körpülər qurmağa kömək edən vacib platforma rolunda çıxış etməlidir. Bu mənada AŞPA-da Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin təsdiqlənməməsinə dair qətnamənin qəbul edilməsi ən ədalətsiz qərarlardan biri kimi meydana çıxıb. Qeyd edək ki, son günlərdə bir sıra ölkələrin nümayəndə heyətlərinin rəhbərləri, eyni zamanda təşkilatlar AŞPA-ya müraciət məktubu ünvanlayaraq öz narahatlıqlarını ifadə edirlər, ədalətin bərpası tələb olunur.
Fevralın 19-da Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Mehmet Süreyya Er Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Teodoros Rusopulosa məktub ünvanlayıb. Türk əməkdaşlığının parlament ölçüsü olaraq, dünyanın hər yerindən olan parlamentarilər arasında konstruktiv və həqiqi dialoqun yüksək qiymətləndirildiyi məktubda bildirilir ki, TÜRKPA bu qətnamənin qəbul edilməsindən dərin təəssüf hissi keçirir.
Məktubda deyilir ki, 2001-ci ildən Avropa Şurasının üzvü olan Azərbaycan son illər öz səyləri və əməkdaşlığı ilə təşkilatın təməl prinsiplərinin müdafiəsinə öz töhfəsini verib. Qeyd olunur ki, bu kontekstdə Azərbaycan nümayəndə heyətinin AŞPA-nın işində iştirakının davam etməsi bütün parlamentarilər arasında konstruktiv və məhdudiyyətsiz dialoqun qorunub saxlanması üçün mühüm əhəmiyyət kəsb edir. Məktubun sonunda yuxarıda göstərilənlərə əsaslanaraq, dialoq və əməkdaşlıq prinsiplərinə uyğun olmayan bu qətnaməyə yenidən baxılacağına və Azərbaycan nümayəndə heyətinin AŞPA-da fəaliyyətinin bərpa ediləcəyinə inam ifadə olunur.
Fevralın 20-də isə Gürcüstan parlamentinin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Givi Mikanadze AŞPA sədrinə Azərbaycanla bağlı məktub ünvanlayıb. Qeyd edilib ki, Givi Mikanadze AŞPA sədri Teodoros Rusopulosa məktubunda AŞPA-nın sessiyası zamanı Azərbaycan Milli Məclisinin nümayəndə heyətinin səlahiyyətlərinin ratifikasiya edilməməsi barədə qəbul edilmiş qətnaməyə toxunulur.
Bildirilir ki, bu cür sərt qərarlar AŞPA-nın Azərbaycanla və Cənubi Qafqazla gələcək münasibətləri, eləcə də AŞPA-nın özünün gələcəyi üçün mümkün olan mənfi nəticələr əsaslı şəkildə müzakirə edilmədən və təhlil olunmadan qəbul edilir. Bu isə narahatlıq doğurur.
Gürcüstanın qurumdakı nümayəndə heyətinin rəhbəri hesab edir ki, bu qətnamə AŞPA çərçivəsində Azərbaycanla gələcək əməkdaşlığı və fikir mübadiləsini mümkünsüz edir. Bu, AŞPA-nın Cənubi Qafqaz regionu ilə qarşılıqlı fəaliyyətinə də mənfi təsir göstərəcək.Vurğulanır ki, qərar Avropa Şurasının dialoq və əməkdaşlıq üçün vacib platforma kimi missiyasına və nüfuzuna da xələl gətirir. Bu qətnamə Avropa Şurasının dəyər və öhdəliklərinin ruhuna zidd olmaqla yanaşı, daha çox qütbləşməyə səbəb ola və AŞPA-ya üzv dövlətlər arasında xüsusilə dəyərli olan etimad əsaslı əməkdaşlığa xələl gətirə bilər.
G.Mikanadze yuxarıda göstərilənləri nəzərə alaraq, AŞPA-nı Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin ratifikasiya edilməməsi barədə qərarın zərərli nəticələrinin qarşısını almaq üçün bu qətnamənin yenidən nəzərdən keçirilməsinə çağırır.
Ümumiyyətlə, Azərbaycanın ədalət və beynəlxalq hüquqa söykənən fəaliyyəti dünya ölkələri tərəfindən yüksək qiymətləndirilməkdədir. Bunun bir nümunəsidir ki, bir neçə gün əvvəl Almaniyanın Münxen şəhərində keçirilən Münxen Təhlükəsizlik Konfransında Prezident İlham Əliyev 2 gün ərzində 24 görüş keçirib, daha 10 görüş üçün Azərbaycan tərəfinə müraciətlər olsa da, fiziki olaraq vaxt baxımından onları reallaşdırmaq mümkün olmayıb. Bütün görüşlərin təşəbbüskarı isə qarşı tərəf olub. Bu, həm Azərbaycan Prezidentinin, həm də ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir. Eyni zamanda, Azərbaycanın uğurlu xarici siyasətinin məntiqi nəticəsidir. Münxen görüşləri, həm də bu yaxınlarda ölkəmizə qarşı qərəzli mövqe nümayiş etdirən AŞPA-ya tutarlı cavab oldu.
Milli Məclisin Avropa İttifaqı - Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin üzvü Elman Nəsirov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, Avropa Şurası Parlament Assambleyası öz mövcudluğu tarixində bəlkə də ən böyük siyasi səhvə imza atdı: “Azərbaycana qarşı qərəzli bir mövqe ortaya qoydu və bu mövqe heç bir halda bu qurumun üzərinə götürdüyü vəzifə və öhdəliklərə uyğun deyil. Azərbaycana qarşı ittihamların heç bir əsası yoxdur və son zamanlar bu qurumun anti-Azərbaycan siyasəti beynəlxalq aləmdə də narahatlıqla qarşılanmağa başlayıb. Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə ilk rəsmi səfəri çərçivəsində keçirilən görüşdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirdi ki, Azərbaycana qarşı bu qərəzli qərarı pisləyirik və Azərbaycanın haqq işini biz AŞPA-da da müdafiə etdik. Bundan sonra da AŞPA nın qərarının dəyişdirilməsi istiqamətində səylərimizi daha da gücləndirəcəyik”.
Deputat qeyd edib ki, TÜRKPA-nın baş katibi və bizim strateji tərəfdaşımız olan Gürcüstan parlamenti səviyyəsində də AŞPA rəhbərliyinə etiraz məktubları daxil olub. “Onlar da Azərbaycana qarşı qurumun qərəzli mövqeyini tənqid ediblər və öz səhvini düzəltmək məsələsini gündəmə gətiriblər. Azərbaycana qarşı AŞPA-nın bu siyasi riyakarlığın ifadəsi olan mövqeyi ilə bağlı Azərbaycanın dostlarının, strateji tərəfdaşlarının hansı mövqedə olacağını da izləyirik. İnanırıq ki, onlar da bu prosesdə Azərbaycanın haqq işini müdafiə edəcəklər. Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunu və hörmətini nəzərə alsaq, AŞPA-nın öz qərarına yenidən baxacağı da istisna deyil. Xüsusilə də, Münxen Təhlükəsizlik Konfransına Almaniyanın kansleri Şoltsun Azərbaycan Prezidentini dəvət etməsi və onun təşkilatçılığı ilə Azərbaycan və Ermənistan siyasi liderinin görüşünün təşkil edilməsi mühüm amildir. Birləşmiş Ştatların Dövlət katibi Blinkenin Azərbaycan Prezidenti ilə görüşmək istədiyini bildirməsi onu göstərir ki, Birləşmiş Ştatlar münasibətlərdəki soyuqluq elementlərini aradan qaldırmaq istəyir. İnanırıq ki, AŞPA da anti-Azərbaycan qətnaməsindən imtina edəcək və münasibətlərin bərpası istiqamətində təşəbbüslərə imza atacaq”, - deyə E.Nəsirov fikirlərini yekunlaşdırıb.
Günel ABBASOVA
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12

