161 il öncə...
17.02.2024 [11:00]
BQXK-nın yarandığı gündür
Yeganə BAYRAMOVA
Bu gün Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) yaranmasından 161 il ötür. Qeyd edək ki, Komitə dünya üzrə təxminən 97 milyon nəfər könüllünü, üzvü və işçi heyətini əhatə edən beynəlxalq humanitar hərəkat olub. BQXK xüsusi xeyriyyə təşkilatı olaraq 1863-cü il fevralın 17-də də İsveçrənin Cenevrə şəhərində Anri Dünan tərəfindən yaradılıb. BQXK-nin yaranmasında əsas məqsəd insan həyat və sağlamlığını qorumaq, bütün insanlara hörməti təmin etmək, insanların əzab-əziyyətlərini yüngüləşdirmək və ondan qorumaqdır. Təşkilatın 25 üzv komitəsi beynəlxalq humanitar hüquqa uyğun olaraq beynəlxalq və daxili silahlı münaqişə qurbanlarının həyat və ləyaqətlərinin qorunmasında xüsusi hüquqa da sahibdir.
Qeyd edək ki, 1859-cu ildə İtaliyanın şimalında baş verən Solferino döyüşünün Qırmızı Xaç Komitəsinin yaranmasında mühüm rolu olub. Avstriyalılar və Fransa-İtaliya koalisiyası arasında Solferino döyüşü cəmi bir neçə saat davam edib və nəticədə avstriyalılar məğlub olaraq geri çəkilməli olublar. Döyüş meydanında isə minlərlə yaralı əsgər qalır, amma qalib gələn koalisiyanın həkim briqadaları onların hamısına yardım göstərməyin öhdəsindən gələ biləcək sayda deyildi.
Döyüş meydanını canlı görən isveçrəli biznesmen Anri Dünan bu mənzərədən dəhşətə gəlir. Cenevrədə anadan olan Dünan dindar ailədə böyümüşdü və ailəsi xeyriyyə işlərinə böyük məbləğdə pul xərcləyirdi. O, yaxınlıqdakı kəndlərdən milliyyətindən asılı olmayaraq, bir çoxlarını yaralılara yemək, su gətirmək və yardım etmək üçün təşkilatlanmağa cəlb etdi. Fransızları isə əsir götürdüyü avstriyalı həkimlərdən bəzilərini yaralılara yardım göstərmək üçün azad etməyə inandırdı, müvəqqəti xəstəxanaların qurulmasını maliyyələşdirdi.
1862-ci ildə Dünan ordulara münaqişənin hər iki tərəfindəki yaralılara kömək etmək üçün könüllülərdən ibarət briqadalar hazırlamağı tövsiyə edən sənəd yazdı. Belə dəstələrin təhlükəsizliyini təmin edən beynəlxalq müqavilələrin bağlanmasını təklif etdi.
Qırmızı Xaçın emblemini təsdiqləmək çətinlik yaratmadı. İsveçrənin qırmızı bayrağında milli gerbinin emblemin əks tərəfi təşkilatın simvolu kimi təsdiqləndi. 1864-cü ildə İsveçrə hökuməti Cenevrədə konfrans çağırdı. Burada Avropa ölkələrindən, habelə ABŞ, Meksika və Braziliyadan olan nümayəndələr döyüşlərdə yaralıların vəziyyətinə dair ilk Cenevrə Konvensiyasını imzaladılar. Dünanın tövsiyələrinə uyğun qaydalar qəbul edildi, demək olar ki, konvensiya bütün dünya ölkələri tərəfindən beynəlxalq sənəd kimi qəbul edildi. Elə həmin il Qırmızı Xaç könüllüləri ilk dəfə Danimarkadakı döyüşdə bayraqlarını havaya qaldırdılar, yaralılara kömək etdilər.
Sonradan Qırmızı Xaç təkcə hərbi münaqişələrlə məhdudlaşmayaraq təbii fəlakətlər zamanı da yardıma tələsdi. Britaniya Qırmızı Xaç Komitəsi 1870-ci ildə, Amerikada isə 1881-ci ildə yaradıldı. Birinci Dünya müharibəsi təşkilatın yardımlarına ehtiyacı xeyli artırdı.
Qeyd edək ki, BQXK, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatın əsasını təşkil edir. BQXK-nın Bakıdakı Nümayəndəliyi 1992-ci il 3 mart tarixindən fəaliyyət göstərir.
Xəbər lenti
Hamısına baxDünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07

