Azərbaycan gəncləri İlham Əliyevin ətrafında sıx birləşərək yeni zəfərlərə səs verəcəklər!
01.02.2024 [11:04]
Müsahibimiz Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Bəxtiyar İslamov
- Bəxtiyar müəllim, Azərbaycan çox mühüm siyasi proses ərəfəsindədir. Fevralın 7-də Azərbaycanın tarixində ilk dəfə olaraq bütün ölkə ərazisində seçkilərin keçirilməsinə şahidlik edəcəyik. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Zəfərlə bitən Vətən müharibəsi və antiterror tədbirlərindən sonra yaranan yeni reallıqlar və çağırışlar fonunda prezident seçkilərinin əhəmiyyətini necə dəyərləndirmək olar?
- 2024-cü il fevralın 7-də ölkə tarixinə yazılacaq misilsiz hadisəyə - müstəqil Azərbaycanın bütün ərazilərində keçiriləcək ilk seçkilərə şahidlik edəcəyik. Bu, tarixi hadisə olmaqla yanaşı, ölkəmiz və xalqımız üçün yeni dövrün başlanğıcıdır. Ötən 20 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş, müdrik və uzaqgörən siyasət bu gün Azərbaycanı yeni bir tarixi mərhələyə çıxarıb. Bu mərhələnin başlanğıcında ən vacib məqam isə yeni reallıqların müəllifinin Prezident İlham Əliyev olmasıdır.
Yaxın tarixə nəzər saldıqda 1990-cı illərdə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışının ölkəmiz üçün qurtuluş tarixi olduğu görürük. 2024-cü il fevralın 7-nə təyin edilmiş prezident seçkilərinin isə Zəfərlər tarixində yeni mərhələnin başlanğıcı olduğuna şahid olacayıq. Heç şübhəsiz, Prezident İlham Əliyev hakimiyyətdə olduğu dövrdə Azərbaycanı güclü ölkəyə çevirməklə yanaşı, bu gün bütün dünyanın birmənalı olaraq qəbul etdiyi qalib dövlət obrazını da yaratdı. 2020-ci ildə tarixi Zəfərlə bitən Vətən müharibəsi həm də yeni reallıqların başlanğıcı idi. Bu başlanğıc həm də yeni çağırışlar meydana çıxardı.
Vətən müharibəsində qazanılmış Qələbədən sonra Prezident İlham Əliyevin növbəti uzaqgörənliyinin nəticəsi idi ki, ölkəmiz dərhal yeni çağırışlara adaptasiya olunmuş siyasi addımlarla bu Zəfəri hər bir istiqamətdə uğurlu nəticəyə çevirdi. Ötən ilin sentyabr ayında antiterror əməliyyatları ilə ərazi bütövlüyümüzün tam bərpası yeni reallıqların və çağırışların növbəti mərhələsinə keçid idi. Əminliklə deyə bilərəm ki, 7 fevral 2024-cü il tarixi həm də qalib, güclü və bütöv Azərbaycan üçün yeni Qələbələrin başlanğıc tarixi olacaqdır.
- 44 günlük Vətən müharibəsində əsas missiyanı məhz Ali Baş Komandan İlham Əliyevin Prezidentliyi dövründə yetişən gənclər yerinə yetirdilər. Zəfəri bizə bəxş edən çoxşaxəli siyasətin mühüm tərkib hissələrindən biri olan gənclər siyasətinin önəmi və real nəticələri barədə nə söyləyə bilərsiniz?
- Vətən müharibəsində qazanılmış tarixi Zəfərin ən vacib məqamlarından biri də bu gün ölkəmizdə formalaşmış gəncliyin bu müqəddəs vəzifənin icrasında çox mühüm rol oynaması idi. Prezident İlham Əliyevin ətrafında bir yumruq kimi birləşən Azərbaycan gəncliyi hər kəsə sübut etdi ki, vətənpərvər, savadlı, dövlətçilik tarixinə və milli kimliyinə sadiqdir. İstər ön cəbhədə döyüş meydanında, istərsə də arxa cəbhədə informasiya müharibəsində gənclərimiz böyük qəhrəmanlıq sərgilədilər. Bu gənclər məhz Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə formalaşıblar. Məhz Prezidentin rəhbərliyi ilə həyata keçirilən uğurlu gənclər siyasətinin nəticəsidir ki, fəaliyyət istiqamətindən, peşəsindən asılı olmayaraq gənclərimizin sahib olduğu əsas dəyər onların vətənpərvərliyi və azərbaycançılıq məfkurəsidir. Bu gün Azərbaycan gəncləri fəaliyyət sahəsindən asılı olmayaraq, milli maraqların qorunması və təbliğində, həmçinin ölkənin ictimai-sosial həyatında ən fəal iştirakçılardandır.
- Qarşıda daha böyük hədəflər, yeni vəzifələr var. Hər bir azərbaycanlı əmindir ki, bu hədəflərə yalnız cənab İlham Əliyevin rəhbərliyi və qətiyyətli siyasəti nəticəsində nail olmaq mümkündür. Bu kontekstdə Azərbaycan gəncliyinin mövqeyini ümumiləşmiş formada necə ifadə etmək olar?
- Dünyadakı nüfuzunu daha da gücləndirən, regionun siyasi xəttini müəyyənləşdirən Azərbaycan yeni hədəflərin, yeni missiyaların daşıyıcısına çevrilib. Hamıya aydındır ki, bu gün ölkəmizdə əldə olunan nailiyyətlər, beynəlxalq arenada hər ötən gün daha da güclənən mövqeyimiz, gənclərin fəaliyyətinin, fərdi və peşəkar inkişafının dəstəklənməsi yönündə atılan addımlar yalnız qalib Lider İlham Əliyevin çevik və səmərəli idarəçilik mexanizminin nəticəsidir. Bu isə Azərbaycan gəncliyi üçün yeni vəzifələr, yeni məsuliyyət deməkdir.
Müstəqilliyimizin qorunub saxlanılması, ölkəmizin daha da güclənməsi, xarici təhdidlərə qarşı mübarizənin davam etdirilməsi, milli-mənəvi dəyərlərimizin gələcək nəsillərə ötürülməsi – bütün bunlar Azərbaycan gəncliyinin yeni reallıqlar mühitində əsas vəzifələridir. Bu vəzifələrin ən uğurlu şəkildə həyata keçirilməsi isə yalnız qalib xalqın qalib Lideri ilə mümkündür. Azərbaycan gəncləri öz vahid və dönməz mövqelerini bir daha 7 fevral tarixində ortaya qoyacaq, Prezident İlham Əliyevin ətrafında bir yumruq kimi birləşərək yeni zəfərlərin başlanğıcına səs verəcəkdir.
Xəbər lenti
Hamısına baxSiyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08

