Rusiya Britaniyanı hədələyib
18.08.2026 [23:56]
Rusiya Ukraynanın ölkə ərazisindəki hədəflərə hücumlar zamanı Britaniya istehsalı pilotsuz uçuş aparatlarından istifadə etməsi ilə bağlı xəbərlərdən sonra Böyük Britaniyanı mümkün nəticələrlə bağlı hədələyib.
AZƏRTAC “The Sunday Times”a istinadla xəbər verir ki, Ukrayna qüvvələri Rusiyanın dərinliklərində həyata keçirilən hücum kampaniyası çərçivəsində iki Britaniya şirkətinin istehsal etdiyi pilotsuz uçuş aparatlarından istifadə edib. Bildirilir ki, Britaniya istehsalı dronlardan Rusiya ərazisindəki hədəflərə zərbələr endirmək üçün ilk dəfə istifadə olunub.
Ukrayna bu il Rusiya ərazisində əməliyyatlarını intensivləşdirərək hərbi sənaye və enerji obyektlərinə qarşı uzaqmənzilli raketlərdən və çoxsaylı dronlardan daha geniş istifadə etməyə başlayıb. Hücumların hədəfləri arasında Rusiyanın ən böyük onlayn pərakəndə satış şirkəti “Wildberries”ə məxsus iri anbarlar da olub. Hücumlar nəticəsində milyardlarla funt sterlinq dəyərində malların məhv edildiyi bildirilir. Zərbələrin Rusiyaya iqtisadi zərəri də artırdığı qeyd olunur.
Rusiyanın Böyük Britaniyadakı səfirliyi yaydığı bəyanatda bu xəbərlərin Londonun Ukrayna böhranını qəsdən gərginləşdirmək yolunu seçdiyini təsdiqlədiyini bildirib. Səfirlik Britaniyanı Ukrayna vasitəsilə Rusiyaya maksimum zərər vurmağa çalışmaqda ittiham edib.
“Londonun hərəkətləri qaçılmaz olaraq cavab verməli olacağı nəticələrə gətirib çıxaracaq. Onun münaqişədə iştirakı nə qədər dərinləşərsə və Kiyevə dəstəyi nə qədər artarsa, ödəyəcəyi qiymət də bir o qədər yüksək olacaq”,- deyə bəyanatda qeyd olunub.
Böyük Britaniyanın Müdafiə Nazirliyinin sözçüsü isə ölkəsinin Ukraynaya dəstəyini davam etdirəcəyini bildirib.
Xəbər lenti
Hamısına baxSosial
14 Sentyabr 12:45
Sosial
14 Sentyabr 12:40
Gündəm
14 Sentyabr 12:32
Dünya
14 Sentyabr 12:20
Elm
14 Sentyabr 12:00
Dünya
14 Sentyabr 11:43
İqtisadiyyat
14 Sentyabr 11:41
Sosial
14 Sentyabr 11:39
Dünya
14 Sentyabr 11:19
Xəbər lenti
14 Sentyabr 11:15
Gündəm
14 Sentyabr 10:54
Dünya
14 Sentyabr 10:51
Dünya
14 Sentyabr 10:25
Gündəm
14 Sentyabr 09:48
Dünya
14 Sentyabr 09:40
İdman
14 Sentyabr 09:17
Dünya
14 Sentyabr 08:52
İdman
14 Sentyabr 08:35
Dünya
13 Sentyabr 23:18
Dünya
13 Sentyabr 22:40
İdman
13 Sentyabr 22:01
Dünya
13 Sentyabr 21:14
Dünya
13 Sentyabr 20:31
Dünya
13 Sentyabr 19:17
Dünya
13 Sentyabr 18:25
Dünya
13 Sentyabr 17:52
Dünya
13 Sentyabr 16:19
Dünya
13 Sentyabr 15:22
Dünya
13 Sentyabr 14:33
Dünya
13 Sentyabr 13:17
Analitik
13 Sentyabr 13:02
Dünya
13 Sentyabr 12:31
Dünya
13 Sentyabr 11:29
Dünya
13 Sentyabr 10:32
Dünya
13 Sentyabr 09:18
Hadisə
13 Sentyabr 08:25
Dünya
12 Sentyabr 23:20
Dünya
12 Sentyabr 22:35
Siyasət
12 Sentyabr 21:18
Sosial
12 Sentyabr 20:47
Dünya
12 Sentyabr 20:23
Dünya
12 Sentyabr 19:35
Dünya
12 Sentyabr 18:16
Dünya
12 Sentyabr 17:28
Dünya
12 Sentyabr 16:34
Elm
12 Sentyabr 15:57
Dünya
12 Sentyabr 15:52
Dünya
12 Sentyabr 15:19
Dünya
12 Sentyabr 14:45
Dünya
12 Sentyabr 14:30
Dünya
12 Sentyabr 13:59
Dünya
12 Sentyabr 13:25
Dünya
12 Sentyabr 12:46
Gündəm
12 Sentyabr 12:18
Gündəm
12 Sentyabr 11:50
İqtisadiyyat
12 Sentyabr 11:25
İqtisadiyyat
12 Sentyabr 10:49
İqtisadiyyat
12 Sentyabr 10:21
Ədəbiyyat
12 Sentyabr 09:45
Sosial
12 Sentyabr 09:17
Ədəbiyyat
12 Sentyabr 08:50
Ədəbiyyat
12 Sentyabr 08:36
Dünya
11 Sentyabr 23:30
Dünya
11 Sentyabr 23:17
Xəbər lenti
11 Sentyabr 22:51
Dünya
11 Sentyabr 22:23
Dünya
11 Sentyabr 22:09
Elm
11 Sentyabr 21:45
Hadisə
11 Sentyabr 21:34
İqtisadiyyat
11 Sentyabr 21:19

