/ / İlk dəfə: Qərbi azərbaycanlıların qayıdış hüququ dünya elminin gündəminə çıxarıldı! – BDU alimlərindən mühüm araşdırma
İlk dəfə: Qərbi azərbaycanlıların qayıdış hüququ dünya elminin gündəminə çıxarıldı! – BDU alimlərindən mühüm araşdırma
18.08.2026 [14:41]
Qərbi Azərbaycandan deportasiya edilmiş azərbaycanlıların öz tarixi yurdlarına ləyaqətli, təhlükəsiz və təminatlı qayıdış hüququ artıq yalnız siyasi-tarixi müzakirələrin deyil, beynəlxalq hüquq elminin də tədqiqat predmetinə çevrilir. Bu istiqamətdə hazırlanmış fundamental araşdırmanın SCOPUS və Web of Science bazalarında indeksləşdirilən beynəlxalq elmi jurnalda dərc olunması Azərbaycan hüquq elmi üçün mühüm hadisə kimi qiymətləndirilir.
Musavat.com xəbər verir ki, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin beynəlxalq hüquq üzrə tanınmış alimləri – hüquq elmləri doktoru, professor Əfsər Sadıqov və hüquq elmləri doktoru, dosent Səftər Rəhimlinin birgə hazırladıqları elmi məqalə Qərbi Azərbaycandan deportasiya edilmiş soydaşlarımızın qayıdış hüququnun beynəlxalq hüquqi əsaslarına həsr edilib.

Səftər Rəhimli
“The International Legal Framework for the Dignified Return and Security of Azerbaijanis Deported from the Present-Day Armenia” – “İndiki Ermənistan ərazisindən deportasiya edilmiş azərbaycanlıların ləyaqətli qayıdışının və təhlükəsizliyinin təmin edilməsinin beynəlxalq hüquqi əsasları” adlı məqalədə problem kompleks şəkildə araşdırılıb.
Müəlliflər Qərbi azərbaycanlıların qayıdış hüququnu beynəlxalq hüququn fundamental prinsipləri, BMT sənədləri, beynəlxalq müqavilələr, beynəlxalq məhkəmələrin təcrübəsi və müasir hüquq doktrinası əsasında təhlil ediblər.
Araşdırmanın başlıca xüsusiyyətlərindən biri Qərbi Azərbaycan məsələsinə yalnız tarixi hadisə və ya siyasi mübahisə kimi deyil, beynəlxalq hüquqi tənzimləmənin müstəqil predmeti kimi yanaşılmasıdır. Məqalədə deportasiya edilmiş şəxslərin, eləcə də onların hüquqi varislərinin hüquqları qayıdış hüququ, ayrı-seçkiliyin yolverilməzliyi, mülki əhalinin müdafiəsi, mülkiyyət hüququ və fundamental insan hüquqları kontekstində qiymətləndirilib.
Tədqiqatda beynəlxalq hüququn mühüm prinsiplərindən biri olan ex injuria non jus oritur – “qanunsuz akt hüquq yaratmır” müddəasına xüsusi yer ayrılıb.
Bu prinsipə görə, qanunsuz əməl və zor tətbiqi nəticəsində yaradılmış vəziyyət hüquqi nəticə doğura və legitim hüququn mənbəyinə çevrilə bilməz. Müəlliflərin yanaşmasına əsasən, həmin prinsip tarixi proseslərin hüquqi nəticələrinin qiymətləndirilməsi, qanunsuzluq nəticəsində meydana çıxmış vəziyyətlərin təhlili və deportasiya edilmiş əhalinin pozulmuş hüquqlarının müəyyənləşdirilməsi üçün mühüm metodoloji baza yaradır.
Başqa sözlə, azərbaycanlı əhalinin öz tarixi yurdlarından zorla çıxarılması həmin ərazilərlə bağlı hüquqların itirilməsi anlamına gəlmir. Deportasiya nəticəsində yaradılmış demoqrafik və siyasi vəziyyət qanuni hesab edilə, zorakılıq isə yeni hüquqi reallığın əsası kimi qəbul oluna bilməz.
Bu baxımdan araşdırmanın beynəlxalq elmi jurnalda dərc edilməsi yalnız iki azərbaycanlı alimin növbəti akademik nailiyyəti deyil. Məqalənin beynəlxalq elmi dövriyyəyə daxil olması Qərbi Azərbaycan məsələsinin hüquqi arqumentlər və elmi metodologiya əsasında dünya akademik ictimaiyyətinin müzakirəsinə təqdim edilməsi deməkdir.
Nüfuzlu elmi nəşrdə dərc olunan tədqiqat Azərbaycanın bu istiqamətdə irəli sürdüyü hüquqi arqumentlərin beynəlxalq akademik mühitdə öyrənilməsinə, müzakirə edilməsinə və mövzu üzrə gələcək araşdırmaların aparılmasına yeni imkanlar açır.
Məqalənin praktik əhəmiyyəti də xüsusi diqqət çəkir. Araşdırmada deportasiya edilmiş azərbaycanlıların mümkün qayıdışının hüquqi təminatları, onların öz tarixi yurdlarına qayıtdıqdan sonra şəxsi, siyasi, sosial, iqtisadi və mədəni hüquqlarının qorunması məsələləri əhatəli şəkildə nəzərdən keçirilib.
Müəlliflər qayıdış prosesinin yalnız insanların öz yurdlarına fiziki olaraq dönməsi ilə məhdudlaşmamalı olduğunu göstərirlər. Bu proses təhlükəsizlik, ləyaqət, mülkiyyət hüququnun bərpası, ayrı-seçkiliyə yol verilməməsi və normal ictimai həyat üçün hüquqi təminatlarla müşayiət olunmalıdır.
Tədqiqatda qayıdış prosesinə beynəlxalq nəzarətin təmin edilməsi, müvafiq monitorinq mexanizmlərinin yaradılması və azərbaycanlı əhalinin qayıtdıqdan sonra hüquqlarının müdafiəsi üçün dayanıqlı təminatların formalaşdırılması ilə bağlı mühüm yanaşmalar da irəli sürülüb.
Bu müddəalar gələcəkdə Azərbaycan-Ermənistan münasibətlərinin hüquqi əsaslarla tənzimlənməsi, sülh prosesinin davamlı hüquqi çərçivəsinin yaradılması və Qərbi azərbaycanlıların qayıdışı məsələsinin beynəlxalq hüquq normaları əsasında müzakirəsi üçün elmi baza rolunu oynaya bilər.
Araşdırmanın başqa bir mühüm istiqaməti onun elmi və tədris əhəmiyyətidir. Məqalədən beynəlxalq insan hüquqları hüququ, beynəlxalq humanitar hüquq, beynəlxalq cinayət hüququ, beynəlxalq müqavilələr hüququ və digər hüquq sahələrinin tədrisində nəzəri və praktik mənbə kimi istifadə oluna bilər.
Tədqiqatda tətbiq edilmiş hüquqi-metodoloji yanaşmalar yalnız Qərbi Azərbaycandan deportasiya edilmiş azərbaycanlıların məsələsinin öyrənilməsi ilə məhdudlaşmır. Bu yanaşmalar dünyanın müxtəlif bölgələrində məcburi köçkün və deportasiya olunmuş xalqların təhlükəsiz, ləyaqətli və təminatlı qayıdış hüquqlarının müqayisəli şəkildə tədqiqi üçün də mühüm elmi imkanlar yaradır.
Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin mövqelərinin müdafiəsi artıq yalnız siyasi bəyanat və diplomatik açıqlamalarla məhdudlaşmır. Milli maraqlara əsaslanan hüquqi arqumentlərin elmi şəkildə işlənməsi, nüfuzlu beynəlxalq jurnallarda dərc olunması və dünya akademik dövriyyəsinə daxil edilməsi də strateji mübarizənin mühüm istiqamətlərindən biridir.
Bu mənada professor Əfsər Sadıqov və dosent Səftər Rəhimlinin birgə tədqiqatı Qərbi Azərbaycan məsələsinin beynəlxalq hüquqi aspektlərinin sistemli şəkildə öyrənilməsinə, mövzu ətrafında elmi diskussiyaların genişlənməsinə və gələcək hüquqi mexanizmlərin hazırlanmasına ciddi töhfədir.

Əfsər Sadıqov
Fundamental araşdırmanın beynəlxalq hüquqşünaslar, alimlər, tədqiqatçılar, diplomatlar və siyasətçilər üçün mühüm elmi mənbələrdən birinə çevriləcəyi gözlənilir. Məqalə eyni zamanda Qərbi Azərbaycandan deportasiya edilmiş azərbaycanlıların pozulmuş hüquqlarının beynəlxalq hüquq müstəvisində daha dərindən araşdırılmasına, onların tarixi yurdlarına ləyaqətli, təhlükəsiz və təminatlı qayıdışının hüquqi mexanizmlərinin elmi əsaslarla formalaşdırılmasına xidmət edə bilər.
Məqalənin ORİJİNALI BURADA: att_1784533494 (1).pdf (602 KB)
Xəbər lenti
Hamısına baxMədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45
Sosial
18 Avqust 16:24
Sosial
18 Avqust 16:03
İqtisadiyyat
18 Avqust 15:53
Gündəm
18 Avqust 15:33
İqtisadiyyat
18 Avqust 15:14
Siyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41
Dünya
18 Avqust 14:35
Xəbər lenti
18 Avqust 14:17
Dünya
18 Avqust 13:55
Dünya
18 Avqust 13:35
Xəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45
Gündəm
18 Avqust 11:25
İqtisadiyyat
18 Avqust 10:55
Analitik
18 Avqust 10:30
Analitik
18 Avqust 10:05
Analitik
18 Avqust 09:45
Sosial
18 Avqust 09:05
Dünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25

