Avropada qaz anbarlarının doluluq nisbəti son 5 ilin ən aşağı səviyyəsindədir
18.08.2026 [19:25]
Avropanın təbii qaz anbarlarının doluluq nisbəti hazırda son 5 ilin ən aşağı səviyyəsindədir.
AZƏRTAC xəbər verir ki, 2022-ci il avqustun ortasında anbarların tutumu 75,6 faiz, 2023-cü ildə 90 faiz, 2024-cü ildə 89 faiz və keçən il isə 73,6 faiz olub. “Gas Infrastructure Europe”nin (GIE) məlumatına görə, hazırda bu gösətərici 60,8 faizdir.
Rusiya-Ukrayna müharibəsi fonunda Avropa İttifaqı (Aİ) enerji böhranını həll etmək üçün noyabrın 1-dək qaz anbarlarının 90 faizədək doldurulması hədəfləyirdi. Lakin ötən il bu qaydalara düzəliş edildi və üzv dövlətlər üçün çətin bazar şərtləri nəzərə alınmaqla 90 faiz hədəfinə 1 oktyabr - 1 dekabr tarixləri arasında çatmağa icazə verildi. Müəyyən şərtlər üzrə isə anbarlar 80 faizə qədər doldurula bilər.
Aİ-nin Enerji Tənzimləyiciləri üzrə Əməkdaşlıq Agentliyinin (ACER) məlumatına görə, anbarların noyabrın 1-dək 90 faizlik tutuma çatması üçün mayeləşdirilmiş təbii qaz (LNG) idxalının həcmi 2025-ci il səviyyələri ilə müqayisədə təxminən 13 faiz artmalıdır. Əgər LNG idxalı 2025-ci ilin səviyyələrində qalarsa, Aİ bu il anbarları 80 faizədək doldura biləcək.
Hörmüz böhranı Qətər LNG-sinin qlobal bazarlara daşınmasına təsir göstərib, həmçinin Avropanın spot LNG bazarındakı rəqabət şərtlərini dəyişib. LNG bazarında Avropa və Asiya arasında rəqabət, eləcə də Yaxın Şərqdəki proseslər, anbarların aşağı doluluq nisbəti və LNG təchizatındakı inkişaflar “köhnə qitədə” qaz qiymətlərinə təsirsiz ötüşmür. Niderlandın TTF habında qaz fyuçerslərinin qiyməti meqavat-saat üçün 62,11 avrodur. Bu qiymət ötən ilin eyni dövründə göstəricidən - 30,54 avrodan 103 faiz yüksəkdir. Beləliklə, Avropada təbii qazın qiyməti illik müqayisədə iki dəfədən çox artıb.
Ekspertlərə görə, Yaxın Şərqdəki münaqişə “mavi yanacağın” qiymətinin artmasına səbəb olur və bu da anbarlara qaz vurulmasının iqtisadi cəlbediciliyini azaldır. Eyni zamanda, qitədə müşahidə olunan yüksək temperatur təbii qazla işləyən elektrik stansiyalarına tələbatı artırır. Nəticədə anbarlara vurulması nəzərdə tutulan qaz həcmlərinin bir hissəsi elektrik enerjisi istehsalına yönəldilir.
Aİ-də qaz anbarlarının doluluq nisbətinin noyabrın 1-dək 75 faizə çatacağı proqnozlaşdırılır.
Xəbər lenti
Hamısına baxSosial
19 Sentyabr 19:17
Dünya
19 Sentyabr 18:22
Dünya
19 Sentyabr 17:38
Sosial
19 Sentyabr 16:35
Hadisə
19 Sentyabr 15:30
Gündəm
19 Sentyabr 14:46
Sosial
19 Sentyabr 14:43
Sosial
19 Sentyabr 14:35
Gündəm
19 Sentyabr 13:19
Dünya
19 Sentyabr 12:23
Gündəm
19 Sentyabr 11:05
Siyasət
19 Sentyabr 11:00
İqtisadiyyat
19 Sentyabr 10:59
Gündəm
19 Sentyabr 10:40
Siyasət
19 Sentyabr 10:25
Gündəm
19 Sentyabr 10:23
İqtisadiyyat
19 Sentyabr 09:41
Analitik
19 Sentyabr 09:14
Ədəbiyyat
19 Sentyabr 08:57
Ədəbiyyat
19 Sentyabr 08:31
Gündəm
19 Sentyabr 08:16
Dünya
18 Sentyabr 23:46
Dünya
18 Sentyabr 23:21
Dünya
18 Sentyabr 22:49
Dünya
18 Sentyabr 22:17
Dünya
18 Sentyabr 21:53
Dünya
18 Sentyabr 21:25
Dünya
18 Sentyabr 20:43
Dünya
18 Sentyabr 20:18
Dünya
18 Sentyabr 19:59
Dünya
18 Sentyabr 19:20
YAP xəbərləri
18 Sentyabr 19:07
YAP xəbərləri
18 Sentyabr 19:03
YAP xəbərləri
18 Sentyabr 19:00
Dünya
18 Sentyabr 18:25
Analitik
18 Sentyabr 18:15
Siyasət
18 Sentyabr 18:03
Dünya
18 Sentyabr 17:45
Dünya
18 Sentyabr 17:19
YAP xəbərləri
18 Sentyabr 16:30
YAP xəbərləri
18 Sentyabr 16:23
Dünya
18 Sentyabr 16:23
Elanlar
18 Sentyabr 16:21
Din
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40
İqtisadiyyat
18 Sentyabr 15:32
Dünya
18 Sentyabr 15:31
YAP xəbərləri
18 Sentyabr 14:56
YAP xəbərləri
18 Sentyabr 14:54
Dünya
18 Sentyabr 14:50
Sosial
18 Sentyabr 14:50
Siyasət
18 Sentyabr 14:28
Dünya
18 Sentyabr 14:27
İqtisadiyyat
18 Sentyabr 13:55
Dünya
18 Sentyabr 13:42
Dünya
18 Sentyabr 13:19
YAP xəbərləri
18 Sentyabr 13:07
Dünya
18 Sentyabr 12:50
Gündəm
18 Sentyabr 12:35
Dünya
18 Sentyabr 12:21
Formula 1
18 Sentyabr 12:12
Hadisə
18 Sentyabr 12:12
Elm
18 Sentyabr 12:11
Mədəniyyət
18 Sentyabr 12:10
İdman
18 Sentyabr 12:10
Sosial
18 Sentyabr 11:55

