Məntəqə sədri: “Bu seçkilər biz zəngilanlılar üçün ikiqat bayramdır”
31.01.2024 [18:13]
“Fevralın 7-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidenti seçkiləri işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndində yaşayan zəngilanlılar üçün xüsusilə əlamətdar olacaq. Onlar ilk dəfə öz doğma yurdlarında öz prezidentlərini seçəcəklər. Odur ki, ölkəmizin ilk “ağıllı kənd”ində hamı seçki ab-havasındadır”. Bunu secki-2024.az saytına açıqlamasında 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin sədri Əli Mönsümov bildirib.
O vurğulayıb ki, dairə üzrə 66 məntəqənin hamısı seçkilərə tam hazırdır: “Seçicilərə bildirişlərin göndərilməsini yekunlaşdırmışıq, Mərkəzi Seçki Komissiyasından bülletenləri də götürmüşük. Qanunvericiliyə uyğun olaraq bülletenlərin nəzərdə tutulmuş müddətdə aidiyyəti üzrə məntəqələrə çatdırılması təmin ediləcək”.
Dairə üzrə 66 seçki məntəqəsindən 4-ü işğaldan azad edilmiş Zəngilan rayonunun özündə yerləşir. Həmin məntəqələrin normal fəaliyyəti xüsusi diqqətdə saxlanılıb. Rayonun Alıbəyli kəndindəki “Dost Aqropark’’ın inzibati binasında yerləşən 61 saylı məntəqədə də seçicilərin sərbəst və şəffaf şəkildə səs vermələri, həmçinin müşahidələrin aparılması üçün bütün lazımi şərait yaradılıb.
Məntəqə sədri Gülnaz Mahmudova bildirib ki, burada təchizat və təminat məsələləri ən yüksək səviyyədə həll edilib, hazırlıq işləri yekunlaşıb: “Ərazi bütövlüyümüzün tam bərpa edilməsindən sonra Azərbaycanda ilk dəfə keçiriləcək prezident seçkiləri bizim üçün ikiqat bayramdır. Çünki uzun illərin həsrətindən sonra bu seçkilərə öz doğma torpağımızda hazırlaşırıq. Seçicilərimizin hamısı həyəcanla fevralın 7-ni gözləyir ki, gəlib məntəqəmizdə səsvermədə iştirak etsin”.
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43

