Nə üçün məhz İlham Əliyev?
23.01.2024 [09:50]
Əvvəli ötən saylarımızda...
“Yumşaq güc”dən uğurla istifadə edilməsi: Azərbaycanın xəritədə axtarılmasına son qoyan Prezident
Prezident İlham Əliyev Azərbaycanın xəritədə axtarılmasına son qoymuş dövlət rəhbəridir. Məlum olduğu kimi, Ulu öndər Heydər Əliyev xarici ölkələrə səfərləri zamanı çıxış edərkən bir çox hallarda xəritə qarşısında dayanaraq Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal edilmiş ərazilərini çubuqla göstərərək danışardı.
“Yumşaq güc”dən məharətlə istifadə edərək Azərbaycanın xəritədə axtarılmasına son qoyan Prezident İlham Əliyevin tariximizdə yaratdığı ilklərdən biri Avroviziya mahnı yarışmasının tarixində Bakıda ən mükəmməl şəkildə təşkili, maddi-mənəvi mədəniyyətimizin təbliğ edilməsi ilə ölkəmizin xəritədə axtarılmasına son qoyulması oldu. 2011-ci ildə Almaniyanın Düsseldorf şəhərində 25 ölkə təmsilçisinin iştirakı ilə keçirilən 56-cı Avroviziya mahnı müsabiqəsində Azərbaycan təmsilçiləri 221 bal toplayaraq qalib gəldikləri üçün qaydalara uyğun olaraq növbəti yarışın 2012-ci ildə Azərbaycanda keçirilməsi qürurverici bir hadisə idi.
Azərbaycanı dünyanın idman mərkəzi edən lider
Ötən 20 ildə Prezident İlham Əliyev ölkə idmanına qayğı göstərərək onun qitə və dünya miqyasında uğurlar qazanmasına nail olub. Olimpiya oyunlarında və dünya çempionatlarında Azərbaycan idmançılarının qazandıqları medalların sayı artıb. Üçrəngli, ay-ulduzlu bayrağımız dünyanın müxtəlif ölkələrində keçirilən yarışlarda dalğalanır. Azərbaycanın 2015-ci ildə Birinci Avropa Olimpiya oyunlarına ev sahibliyi etməsi hər bir azərbaycanlı üçün qürurverici hadisə oldu. Bütün dünyanın gözünün dikildiyi Azərbaycanda keçirilən oyunlar ölkəmizin təbliğində, milli ideyanın həyata keçirilməsində vasitə oldu.
IV İslam Həmrəyliyi oyunlarının Azərbaycanda keçirilməsi də başlıca məqsədə çatmaqda təsirli “yumşaq güc” rolunu oynadı.
Multikulturalizmi dövlət siyasətinə çevirən ölkə başçısı
Prezident İlham Əliyev multikulturalizmi dövlət siyasətinə çevirərək dünyaya bir örnək verib. O göstərdi ki, tək bayraq, tək Vətən, tək dövlətdə tək millət olaraq bərabər yaşayan müxtəlif etnik qrupların mövcudluğu Azərbaycanın zənginliyidir. Ölkəmizdə heç bir etnik və dini ayrı-seçkilik yoxdur.
Dövlətin yaratdığı şərait nəticəsində onların kültürlərinin birliyindən yaranan vahid Azərbaycan mədəniyyəti dünyanı fəth edir. Azərbaycan xalqı dünya mədəniyyəti yaradandır.
Vatikanda, Parisdə və digər yerlərdə kilsələri, muzeyləri Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondunun təmir etməsi başlıca məqsədə nail olmağa xidmət etdi. Bununla da işğalçılıq siyasətinin xarakterini dəyişib ona dini don geyindirmək, xristian və islam dinləri arasında münaqişə kimi təqdim etmək cəhdlərinin qarşısı alındı, uydurma erməni təbliğatına ağır zərbə vuruldu.
Azərbaycanda məscidlərin, kilsələrin və sinaqoqların bərabər fəaliyyət göstərməsi, onların rəhbərlərinin dövlət toplantılarında yanaşı oturması özlərini demokratik adlandıran bir sıra ölkələrə nümunədir. Dünyanın bir sıra ölkələrində Azərbaycanın multikulturalizm modeli öyrənilir.
Millətin həyatına yeni bayram günləri gətirən rəhbər
Uğur rəmzi olan Prezident İlham Əliyev millətin həyatına bayram günləri daxil edən rəhbərdir. Hamı yaxşı bilir ki, 1991-ci ildən başlayaraq millətimizin tarixində şəhər və kəndlərimizin Ermənistan tərəfindən işğal edilməsi qara günlər kimi anılırdı. İnsanlar həmin günlərdə şəhid məzarlarını ziyarət edir, işğal günlərini xatırlayırdılar.
Buna dövlət başçısı son qoydu. 44 günlük Vətən müharibəsində qazanılan qələbədən sonra Prezident İlham Əliyevin sərəncamı ilə 26 avqust - Laçın şəhəri günü, 4 oktyabr - Cəbrayıl şəhəri günü, 17 oktyabr - Füzuli şəhəri günü, 20 oktyabr - Zəngilan şəhəri günü, 25 oktyabr - Qubadlı şəhəri günü, 8 noyabr - Şuşa şəhəri günü, 20 noyabr - Ağdam şəhəri günü, 25 noyabr - Kəlbəcər şəhəri günü kimi bayram edilir. Bunlar sadəcə şəhər günləri deyil, tarixi unutmadan millətin özünə inamı və başını uca tutması, qalibiyyət və məğrurluq hisslərinin nəsildən-nəslə ötürülməsi günləridir.
Bütün bunlara necə nail olunub?
Güclülər açıq davranır: gizli diplomatiyanı rədd edən Prezident
Prezident İlham Əliyevin Azərbaycan tarixində yaratdığı bütün bu nəhəng ilkləri təhlil etdikdən sonra sual yaranır: Azərbaycanın coğrafiyası, təbii sərvətləri və insanı əvvəlki illərdəki kimi olduğu bir zamanda bunlara necə nail olunub? Heç şübhəsiz, bu ilklərin həyata keçirilməsi göydəndüşmə, birdən-birə, asan və rahat olmayıb, ondan ötrü böyük əmək sərf edilib. Bu səviyyəyə yalnız təbii sərvətlərin hesabına deyil, onların milli sərvətə çevrilməsi, düzgün, səmərəli istifadə edilməsi nəticəsində nail olunub. Bunlar isə bilavasitə dövlət idarəçiliyi ilə bağlıdır.
Mövqeyi aydın, konkret, açıq, siyasəti isə dürüst və çevik olan gizli diplomatiyanı rədd edən Prezident İlham Əliyev bir-biriləri ilə əsrlər boyu didişən ölkələrin Azərbaycanda əməkdaşlığına nail olaraq Vətənimizi digər dövlətlər üçün qarşıdurmalar, intriqalar deyil, qarşılıqlı faydalı əməkdaşlıq meydanına çevirib.
Prezident İlham Əliyevin iş üslubu
Ölkənin indiki inkişaf səviyyəsinə gəlib çıxması Prezident İlham Əliyevin dərin, geniş planetar təfəkkürünün, yorulmaz, əzmkar fəaliyyətinin və yaradıcı iş üslubunun nəticəsidir. Dövlət başçısının fəaliyyəti göstərdi ki, o, milli-mənəvi köklərə dayanaraq Azərbaycanın müasir dünya ilə ayaqlaşması üçün ən səmərəli və faydalı tədbirləri xırdalığına qədər dəqiq düşünən, planlaşdıran və həyata keçirən yenilikçi, dərin islahatçı dövlət xadimi, minilliklər tariximizin ən mahir strateqidir. Ölkə həyatının inkişafdan geri qalan, ayaqlaşmayan sahələrinin olduğunu təkcə mükəmməl deyil, eyni zamanda onların həlli yollarını da dəqiq bilən Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində Azərbaycan indiki səviyyəsindədir.
Qəti tələbkarlıq, ciddiyyət və qayğıkeşlik Prezidentin iş üslubunun tərkib hissələrindəndir. Dövlət rəhbəri məmurlara qarşı nə qədər tələbkar və ciddidirsə, xalqa münasibətdə bir o qədər sadə və təvazökardır. O, təkcə böyük dövlət xadimi deyil, eyni zamanda əsl xalq adamıdır. Bunu bütün görüşlərində aydın görmək olar.
Prezident İlham Əliyev işin nəticəsini yerində yoxlayan, həyata keçirilən hər hansı bir layihədə əhalinin maraqlarını və rahatlığını nəzərə alan dövlət rəhbəridir. Bütün diqqətin işğladan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında dirçəliş işlərinə yönəldildiyi bir zamanda ölkənin bütün rayonlarında tikinti-quruculuq işlərindən ötrü maliyyə vəsaitlərinin aparılması yürüdülən iqtisadi siyasətin düzgünlüyünü göstərir.
Qətiyyət
Prezident İlham Əliyev Azərbaycan milləti və dövlətinin maraqları məsələsində daim qətiyyətlidir. Bununla bağlı çoxlu misallar gətirmək olar. Dövlət başçısı bütün beynəlxalq toplantılardakı dərin məntiqli nitqləri ilə milli-dövlət maraqlarını qətiyyətlə qoruyub. Üzərimizə ayaq açmaq istəyən nüvə dövləti, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Fransa Respublikasının Prezidenti Emmanuel Makronun yerində oturdulması buna misal ola bilər.
O, indiyədək olan bütün fəaliyyətində heç bir məsələnin bütün tərəflərini həll etmədən zamanı gəlməmiş bir söz işlətməyib, yersiz vədlər verməyib və populist danışmayıb. İndiyədək nəyi deyibsə onu da mükəmməl bir şəkildə yerinə yetirib. Bununla digərlərinə nümunə olub.
Yorulmazlıq
Yorulmazlıq Prezidentə xas olan başlıca keyfiyyətlərdən biridir. Millətimiz onun dəfələrlə Bakıda beynəlxalq tədbirdə nitq söylədikdən sonra rayonlarda yeni inşa edilmiş sənaye, kənd təsərrüfatı, təhsil, səhiyyə, mədəniyyət müəssisələrini açmasının, millət ilə görüşlərinin və ya əksinə işğal olunmuş ərazilərdə təməlqoyma mərasimlərindən dərhal sonra xarici ölkələrə səfərlər etməsinin şahidi olub.
Ölkədə problemlər varmı?
Ata-babalarımız həmişə deyiblər ki, dünyanın hər yerində göy üzü mavi rəngdədir. Bu o deməkdir ki, dünyanın hər bir guşəsində yaşayan insanların problemləri bu və ya digər səviyyədə vardır. Heç şübhəsiz, Azərbaycan da problemlərsiz deyildir.
Lakin bunlar böhrandan və ya geriləmədən deyil, inkişafdan doğan problemlərdir. Həyat standartları əvvəlki illərə nisbətən xeyli yüksəlib. İnsanlar bu gün dünənkindən, sabah bu günkündən daha yaxşı yaşamaq istəyirlər. Buna isə yalnız sevinmək lazımdır. Digər tərəfdən, uzun illər boyu ölkənin ən böyük problemini xəyala gəlməyən uğurla həll edən Prezident İlham Əliyevdən millətin xırda görünən bir sıra məsələlərin həllində gözləntiləri vardır. Bunlardan biri bəzi məmurların qapılarını vətəndaşın üzünə daha geniş açmalarıdır.
Yeni dövrə yeni məqsədlərlə...
Əsası 1993-cü ildə Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin rəhbərliyi altında yürüdülən siyasətin alternativi varmı? Millətin inkişafının başqa yolu mövcuddurmu? Cavab təkdir: bu siyasətdən başqa atılan hər hansı bir addım Azərbaycanı dağıtmaq, milli dövləti məhv etmək, ölkəni və milləti parçalamaq, vətəndaş müharibəsinə sürükləmək cəhdi olar. Millət belə bir yolu seçənləri indiyədək rədd etdiyi kimi bundan sonra da heç bir zaman qəbul etməz.
Ötən illərin təcrübəsi göstərir ki, Azərbaycan millətinin və dövlətinin maraqlarına cavab verən davamlı, sabit inkişaf yolunun alternativi yoxdur. Ölkə və millət xaos, anarxiya, sarsıntılar, inqilablar deyil, islahatlar, təkamül yolu ilə inkişaf etməlidir. Bu siyasətin davam etdirilməsi Azərbaycan millətinin, qonşu dövlətlərin və bütün demokratik ölkələrin də maraqlarına uyğundur.
Sirr deyildir ki, seçkidə İlham Əliyev rəqib tanımır. Tam əminlik vardır ki, fevralın 7-də millət Yola davama səs verəcək. Qalib gəlmək Azərbaycan tarixində Qurucu, Müzəffər olaraq yer tutan, gələcək inkişafla bağlı konkret planları və ideyaları olan İlham Əliyevin halal haqqıdır. Bu Yol İlham Əliyev üçün millət və dövlət yolunda şərəfli tarixi missiyanın davam etdirilməsi, millət üçün isə rifah, rahat, təhlükəsiz şəraitdə yaşamaq və davamlı, sabit inkişaf şansı deməkdir. Millətin iradəsi hər şeydən üstündür.
2023-cü il sentyabrın 20-də dövlət suverenliyinin tam təmin edilməsi ilə uzun illər boyu millətin qarşısında dayanan başlıca məqsəd yerinə yetirildi. Ancaq yeni şəraitə uyğun milli ideyanın olması vacibdir. Çünki şəraitə uyğun milli ideyası olmayan ölkələr həmişə durğunluğa, böhrana düşür, dağılmağa doğru gedir. Artıq müstəqillik tarixində yeni dövr başlanıb. Deməli bu dövrdə başlıca hədəf milli gücü bir yerdə vahid axında cəmləyib işğaldan azad edilmiş əraziləri dirçəltmək, əhalini dədə-baba torpaqlarına qaytarmaq, elm, təhsil və mədəniyyəti bərqərar etmək, bütün sahələrdə islahatları dərinləşdirmək, Azərbaycan dövlətini inkişaf etmiş sənaye ölkələri cərgəsinə çıxarmaq və Bütöv, Böyük Azərbaycan qurmaqdır. Bu məqsədlərin yerinə yetirilməsinin başlıca şərti yeniləşən güclü dövlət, qüdrətli millət və yenilməz dövlət rəhbəridir.
Cəmiyyətimizə daim yeni ideyalar verən Prezident İlham Əliyevin liderliyində Azərbaycanı gözəl günlər gözləyir. Xeyirli-uğurlu olsun!
Musa QASIMLI,
Milli Məclisin deputatı
Xəbər lenti
Hamısına baxDünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
Siyasət
29 Aprel 20:13
Siyasət
29 Aprel 20:12
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

