Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Bolqarıstan sahillərində aşkarlanan pilotsuz uçuş aparatı məhv edilib

Bolqarıstan sahillərində aşkarlanan pilotsuz uçuş aparatı məhv edilib

29.06.2026 [18:03]

Bolqarıstan Hərbi Dəniz Qüvvələrinin xüsusi qrupu Albena kurort kompleksinin yaxınlığında aşkarlanan pilotsuz uçuş aparatını məhv edib.

AZƏRTAC Bolqarıstanın BTA informasiya agentliyinə istinadla xəbər verir ki, əməliyyat Varnadakı Hərbi Dəniz Bazasının mütəxəssisləri tərəfindən həyata keçirilib. Bildirilib ki, pilotsuz uçuş aparatı təhlükəsizlik tədbirlərinə tam riayət olunmaqla məhv edilib. Əməliyyat Hərbi Dəniz Qüvvələrinin komandanının göstərişi əsasında aparılıb.

Qeyd edək ki, iyunun 26-da Bolqarıstan Hərbi Dəniz Qüvvələri Kranevo şəhəri yaxınlığında aşkarlanan digər pilotsuz uçuş aparatını zərərsizləşdirib.

Paylaş:
Baxılıb: 49 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30