Zəfər seçkisi dövlətçilik tariximizdə yeni dövrün başlanğıcı olacaq
22.01.2024 [18:08]
YAP Təftiş komissiyasının üzvü, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun yap.org.az-a müsahibəsi
- Səməd müəllim, bu gün Azərbaycan davamlı uğurları ilə dünyanın diqqətindədir. Bu uğur ölkəmizin beynəlxalq nüfuzunun artmasında da öz əksini tapır. Ölkəmizin ayrı-ayrı dövlətlərlə istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində münasibətləri yüksələn xətlə inkişaf edir. Xarici siyasətdə qazandığımız uğurları necə dəyərləndirirsiniz?
- Azərbaycan üçün öz milli maraqları hər zaman birinci sırada dayanır və müstəqillik illərində qazandığımız bütün nailiyyətlər bunun sayəsində mümkün olub. Bu gün biz Türkiyə ilə dostluq, qardaşlıq münasibətlərimizi strateji müttəfiqlik səviyyəsinə yüksəltmişik. Bununla yanaşı, türk dövlətləri ilə əlaqələri yeni müstəviyə daşıyaraq türk dövlətlərinin dünyanın yeni güc mərkəzinə çevrilməsində müstəsna rol oynamışıq. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında xüsusi əhəmiyyətə malikdir. Heç də təsadüfi deyil ki, COP29 konfransı və Dünya Urban Forumu kimi dünyanın, demək olar ki, bütün ölkələrini birləşdirən möhtəşəm tədbirlər Azərbaycanda keçiriləcək. Məhz Azərbaycanın apardığı siyasət bu gün Qoşulmama Hərəkatını yeni mərhələyə yüksəldərək onu real siyasi gücə çevirib. Məhz Azərbaycanın xarici siyasəti bu gün artıq təkcə region dövlətlərinin yox, böyük aktorların siyasətinə təsir göstərərək, beynəlxalq əlaqələrin gündəliyinin formalaşmasında önəmli amilə çevrilib. Azərbaycanın xarici siyasəti ədalətə, milli maraqlara, azərbaycançılıq fəlsəfəsinə, ümumbəşəri dəyərlərə əsaslanaraq, beynəlxalq münasibətlər sisteminə, sanki, yeni nəfəs verib, səmimiyyət və güc gətirib. Məhz bu siyasət bizim qələbəmizə əsas yaradıb, Azərbaycan xalqında qalibiyyətə inam formalaşdıraraq ona güc verib.
- Azərbaycan prezident seçkiləri ərəfəsindədir. Seçki ilk dəfə bütün ölkə ərazisində keçiriləcək...
- Builki prezident seçkiləri müstəsna əhəmiyyət kəsb edir. Müstəqilliyimizin bərpasından sonra Azərbaycan tarixində ilk dəfə olaraq seçkilər bütün ölkə ərazisində keçiriləcək. Əslində, bunu bir mərhələnin yekunlaşması və yeni bir mərhələnin başlanması kimi də qiymətləndirmək olar. Torpaqlarımız 30 ilə yaxın işğal altında olarkən bizim bütövlükdə siyasətimiz, düşüncə tərzimiz, davranışlarımız işğaldan azad olmaqla, haqq və ədaləti bərpa etməklə bağlı idi. Cənab Prezidentin qeyd etdiyi kimi, biz müstəqilliyimizi bərpa edəndən sonra faktiki olaraq sülh şəraitində yaşamamışıq. Müstəqilliyimiz torpaqlarımızın itirilməsi ilə başladı. Daha sonra hakimiyyət üstündə dava, dövlət çevrilişinə cəhdlər, Azərbaycana qarşı lazımsız və mənasız təzyiqlər oldu.
2020-ci ildə torpaqlarımızın işğaldan azad olunması, 2023-cü ildə isə bu məsələyə nida işarəsinin qoyulması və bayrağımızın işğaldan azad edilmiş bütün ərazilərimizdə yüksəldilməsi müharibə dövrünü yekunlaşdırdı. İndi isə Azərbaycan suverenliyini tam şəkildə bərpa edib. İşğaldan azad edilmiş doğma torpaqlarına qayıdan insanların ilk dəfə öz yurdlarında səsvermədə iştirak edəcəyi bu seçkilər Azərbaycan dövlətçiliyinin tarixində yeni və parlaq bir dövrün başlanğıcı olacaq.
-Bilirsiniz ki, hazırda Azərbaycan Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Ölkəmiz bütün regional məsələlərdə əsas iştirakçıdır və onun strateji əhəmiyyəti çoxdan regionun hüdudlarından kənara çıxmışdır.
Azərbaycanın enerji diplomatiyası dünyada təhlükəsizliyə, beynəlxalq əməkdaşlığa və xalqlar arasında əlaqələr yaratmağa xidmət edir. Ancaq 2023-cü ilin sentyabrında Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam şəkildə bərpa edəndən sonra isə onun təsir dairəsi daha da genişlənmiş, qlobal müstəviyə yüksəlmişdir.
Azərbaycan artıq regionumuzla yanaşı, bütün dünyada da nüfuzlu bir dövlətə çevrilib. Bu baxımdan, təbii ki, fevralın 7-də keçiriləcək prezident seçkilərinə bütün dünyada maraq böyükdür.
- Səməd müəllim, seçkilərdən sonra xarici siyasətlə bağlı gözləntilər necədir? Yeni mərhələ ölkəmizə və regiona nə vəd edir?
-Təbii ki, yeni mnərhələdə ilk növbədə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi nə qədər tez imzalansa, bir o qədər yaxşıdır. Cənab Prezidentin dediyi kimi, 10 cildlik yox, maksimum 5-10 səhifəlik çərçivə müqaviləsi olmalıdır ki, onun əsasında delimitasiya, demarkasiya, kommunikasiyaların açılması, xalqlar arasında əlaqələrin qurulması kimi başqa çətin və mürəkkəb işlər görülsün. Biz bu cür sülhün tərəfdarıyıq və əslində, bu sülhü təklif etmişik. Ermənistan yenə müxtəlif bəhanələrlə sülh müqaviləsini imzalamasa, təbii ki, region üçün problem qalacaq. Lakin bu Azərbaycan üçün yox, Ermənistan üçün böyük fəsadlar yaradacaq. Ona görə ki, Ermənistan dalandadır, tarixin dalanındadır və oradan çıxa bilmir. Çünki müstəqil deyil. Ermənistanı bu vəziyyətdən çıxmağa qoymurlar və özündə cürət tapıb xalqının maraqlarını əks etdirə bilmir.
Ermənistan sülh müqaviləsini imzalamayacaqsa, təbii ki, biz öz mövqeyimizdə qalacağıq. Cənab Prezidentin də qeyd etdiyi kimi, hər hansısa bir məsələdə öz mövqeyimizdən bir addım da geri çəkilməyəcəyik.
Bizim indiyədək ümummilli ideyamız Qarabağın, işğal altında olan torpaqlarımızın azad olunması ilə bağlı idi. İndi isə bizi birləşdirən, bizi irəliyə aparan, bizi hansısa formada yeni mərhələyə yüksəldən ideyalar ətrafında biz söhbət, təhlillər aparmalıyıq. Təbii ki, bu ilk növbədə azərbaycançılıq fəlsəfəsidir. Lakin azərbaycançılıq fəlsəfəsinin içərisində bu yeni mərhələ də mütləq müzakirə olunmalıdır. Qarşıdan gələn prezident seçkiləri bu yeni mərhələyə, bu müzakirələrə qapıları açır. Faktiki seçkilərdə iştirak edib səs vermək yeniləşən Azərbaycana səs vermək deməkdir, sülh içərisində yaşayacaq Azərbaycana səs vermək deməkdir, müstəqilliyimizi əbədi edəcək siyasətə səs vermək deməkdir. Yeni dövr bu seçkilərdən başlayır. 30 il ərzində topladığımız güc bizə müharibədə qalib gəlməyə və qalib xalqa çevrilməyə əsas yaratdı. O gücə arxalanaraq, seçkilərdə iştirak edərək güclü, müstəqil, sülhsevər, demokratik, milli adət-ənənələrin müasirliklə vəhdətini özündə ehtiva edən yeni Azərbaycana səs verək!
Xəbər lenti
Hamısına baxİdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41

