“Azərbaycanı Zəfər zirvəsinə yüksəldən Liderə səs verəcəyik”
16.01.2024 [01:47]
Ordubad rayonunda seçicilərlə görüş keçirilib
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 15-də Ordubad Rayon Mədəniyyət Sarayında seçicilərlə görüş keçirilib.
Görüşdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra YAP Ordubad rayon təşkilatının sədri Etibar İsmayılov, təşviqat qrupunun üzvləri Könül İsmayılova, Elnur Əsgərov və İradə Babayeva çıxış ediblər.
Çıxışlarda qeyd olunub ki, bu gün də məhz Ümummilli Lider Heydər Əliyevin yaratdığı güclü təməllər üzərində cənab Prezident müasir, müstəqil, suveren, bütöv Azərbaycan, yeni Azərbaycan qurub. Artıq Azərbaycan dünyada inkişaf diyarı, multikultural dəyərlərin və tolerantlıq mühitinin hökm sürdüyü sabitlik adası, beynəlxalq dialoq və əməkdaşlıq məkanı, qalib və qüdrətli dövlət kimi tanınır.
Nəyi, nə vaxt və necə edəcəyini yaxşı bilən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci ilin sentyabrında bir çağırışı ilə bütün xalqı və ordunu ayağa qaldırdı. Rəhbər-xalq-ordu birliyi cəmi 44 gün ərzində böyük Zəfərə imza atdı. 30 ilə yaxın işğalda qalmış ərazilərimiz azad olundu. Bu Zəfərlə yalnız 30 ilin deyil, əsrlərin qisası alındı. Azərbaycan bir dövlət, bir millət kimi özünü bütün dünyaya tanıtdı, gücünü, qüvvətini təsdiqlədi. Ona görə də qarşıdan gələn seçkilər haqlı olaraq cəmiyyətimiz tərəfindən Zəfər seçkisi kimi dəyərləndirilir.
Təşviqat qrupunun üzvləri seçiciləri prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri cənab İlham Əliyevə səs verməyə çağırıblar.
Seçicilər fevralın 7-də seçki məntəqələrinə gələrək qalib Lider, xalqımıza Zəfər sevinci yaşadan cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.
Seçicilər fevralın 7-də seçki məntəqələrinə gələrək xalqımıza Zəfər sevinci yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevə səs verəcəklərini bildiriblər.
Xəbər lenti
Hamısına baxDünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35

