Əfsanəvi maestro
20.08.2026 [09:05]
Niyazinin anadan olmasından 114 il ötür...
Onun adı çəkiləndə ilk növbədə göz önünə orkestr qarşısında dayanan, hər bir hərəkəti ilə musiqinin ritmini, nəfəsini və emosional yükünü idarə edən maestro obrazı gəlir. Dirijorluğunu yalnız orkestri idarə etmək bacarığı ilə məhdudlaşdırmaq mümkün deyil. Çünki Niyazi musiqi əsərinin daxili ruhunu açmağa, bəstəkarın düşüncəsini dinləyiciyə çatdırmağa və musiqi parçasında bütöv bir həyat hekayəsi yaratmağa qadir sənətkar idi.
Bu gün Maestro Niyazinin doğum günüdür. Azərbaycanın Xalq artisti Niyazi Zülfüqar oğlu Tağızadə - Hacıbəyov 1912-ci il avqustun 20-də Tiflis şəhərində dövrünün tanınmış bəstəkarı Zülfüqar Hacıbəyovun ailəsində anadan olub. Atası Zülfüqar Hacıbəyov Azərbaycanda musiqili teatrın banilərindən, əmisi Üzeyir Hacıbəyov isə dahi bəstəkar idi. Çox kiçik yaşlarından ətrafında məşhur xanəndələr görən Niyazidə də musiqiyə böyük maraq oyanır. O, ilk təhsilini Bakı Musiqi Texnikumunda alır, lakin sonra təhsilini davam etdirmək üçün Moskva və Leninqrad şəhərinə gedir.
Maestro Niyazi bəstəkar kimi də uğur qazanıb. Təsadüfi deyil ki, o, “Çitra” baletinə görə Hindistanda beynəlxalq Nehru mükafatına layiq görülüb. Onun sevgi dolu bəstələri bu gün də dünyanı dolaşmaqdadır. Niyazinin ilk böyük müvəffəqiyyəti isə 1938-ci ildə Moskvada keçirilmiş “Azərbaycan incəsənəti günləri”ndəki çıxışı ilə bağlıdır. O, Moskvada Üzeyir Hacıbəyovun “Koroğlu” və Müslüm Maqomayevin “Nərgiz” operalarına dirijorluq edib. Maestronun ömrünün sonunadək davam edən belə uğurlu çıxışları mədəniyyət tariximizə qiymətli səhifələr yazıb. Maestro Azərbaycan bəstəkarlarının əsərlərinin dünyada təbliği ilə yanaşı, Qərb və rus bəstəkarlarının əsərlərinə də eyni dərəcədə peşəkarlıqla dirijorluq edib. Dünyanın ən məşhur salonlarında çoxsaylı tamaşaçılar uzun müddət onun sənətinin sehrindən ayrıla bilməyiblər.
Təbii ki, Niyazinin yaradıcılığında ona dünya şöhrəti gətirən dirijorluq sənəti olub. Lakin o, bəstəkar kimi bir sıra simfonik əsərlər, kinofilmlərə, dram tamaşalarına musiqilər, romanslar yazıb, Z.Hacıbəyovun “Aşıq Qərib”, Ü.Hacıbəyovun “Arşın mal alan” və s. əsərlərinin yeni redaksiyalarını hazırlayıb, bir çox Azərbaycan xalq mahnılarını simfonik orkestr üçün işləyib, “Rast” və “Şur” muğamlarını nota salıb. Niyazinin üç əsəri - “Rast” simfonik muğamı, “Xosrov və Şirin” operası və “Çitra” baleti onun bəstəkarlıq fəaliyyətində xüsusi önəm daşıyır. Güclü emosional təsiri, zəngin melodiyası, harmonik dilinin əlvanlığı və ifadəliliyi ilə fərqlənən “Rast” simfonik muğamı müəllifin dirijorluğu altında bir çox xarici ölkələrdə səslənib, Çexiyada “Suprafon”, ABŞ-da “Rikordi” musiqi şirkətləri tərəfindən qrammofon valına yazılıb. “Xosrov və Şirin” operası musiqi dramaturgiyasının çoxplanlı olması, psixoloji gərginliyi, xor səhnələri və opera epizodlarının ifadəliliyi ilə fərqlənir. Məşhur hind yazıçısı Rabindranat Taqorun “Çitranqoda” fəlsəfi dramı əsasında yazılmış “Çitra” baletində isə hind xalq musiqisi ritmlərindən, hind musiqi alətlərinin səslərini xatırladan tembrlərdən istifadə edilib.
Niyazi sənəti Dmitri Şostakoviç, Bülent Tarcan, Vatslav Dobiaş və digər sənətkarlar tərəfindən yüksək qiymətləndirilib. Onunla sıx yaradıcılıq münasibətlərində olan böyük rus bəstəkarı Dmitri Şostakoviç demişdi: “Cəsarətlə təsdiqləyə bilərik ki, Azərbaycan musiqisinin bütün dünyada tanıdılması üçün borclu olduğu musiqiçilərdən biri Niyazidir. Azərbaycan fəxr edə bilər ki, belə bir dirijoru var”.
Niyazi həssas, ömrü boyu sevməyi bacaran bir qəlbə malik insan idi. O, həyat yoldaşı Həcər xanımla 51 il birgə ömür sürüb, onların ailə həyatı bir sevgi dastanına çevrilib. Onun əbədiyaşar sənət naminə çəkdiyi zəhmətlər layiqincə qiymətləndirilib. Maestro ən yüksək mükafatlara layiq görülüb. O, müxtəlif vaxtlarda Dövlət mükafatlarına, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı adlarına layiq görülmüş, bir çox orden və medallarla təltif olunub, Tbilisinin fəxri vətəndaşı seçilib.
Niyazi 1984-cü ildə dünyasını dəyişsə də, onun sənət yolu bununla başa çatmadı. Əksinə, yaratdığı musiqi nümunələri, yetişdirdiyi sənət mühiti və Azərbaycan dirijorluq məktəbinin inkişafına verdiyi töhfələr sayəsində maestro adı bu gün də musiqisevərlərin yaddaşında yaşayır. Onun dirijor çubuğunun orkestr qarşısında yaratdığı ahəng, bəstəkar kimi yazdığı əsərlər və Azərbaycan musiqisinə gətirdiyi sənət nəfəsi zamanın sərhədlərini aşaraq bu günə qədər gəlib çatıb.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxElm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18
Sosial
04 Sentyabr 08:50
MEDİA
04 Sentyabr 08:37
Dünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Siyasət
03 Sentyabr 18:55
Dünya
03 Sentyabr 18:31

