/ / Azərbaycan ziyalıları və ədəbiyyat xadimləri Natəvanın Fransadakı heykəlinə qarşı rəftarı pisləyib
Azərbaycan ziyalıları və ədəbiyyat xadimləri Natəvanın Fransadakı heykəlinə qarşı rəftarı pisləyib
10.01.2024 [15:49]
Azərbaycan ictimaiyyəti adından Fransada Xurşidbanu Natəvanın heykəlinə qarşı aşağılayıcı münasibətlə bağlı bəyanat qəbul olunub.
AZƏRTAC xəbər verir ki, bəyanatda deyilir:
Biz – Azərbaycanın ədəbiyyat, mədəniyyət, incəsənət və elm xadimləri, vətəndaş cəmiyyəti təmsilçiləri olaraq, Yelisey Sarayının sifarişi ilə Fransanın Evian-Le Ba şəhərində Xurşidbanu Natəvanın heykəlinə qarşı nümayiş etdirilən rəftarı qəbuledilməz sayırıq, abidənin üzərinin bağlanmasını Azərbaycan mədəniyyətinin təhqir edilməsi kimi dəyərləndiririk.
Xurşidbanu Natəvan bütün Şərqdə və İslam dünyasında görkəmli şairə, rəssam, maarifçi və xeyriyyəçi, qadın azadlığı, qadın hüquqları uğrunda mübariz kimi tanınır, onun əsərləri Azərbaycanda dövlət varidatı elan olunub. Görkəmli fransız yazıçısı Aleksandr Dümanın da əsərlərində bəhs etdiyi Natəvan eyni zamanda Azərbaycan və Fransa xalqları arasında dostluğun tərənnümçüsü kimi tanınır.
Evian-Le Ba şəhərində baş vermiş rəzalət Fransa hakimiyyətində azərbaycanafobiya, türkofobiya, islamafobiyanın hansı həddə çatdığını əyani şəkildə göstərir.
Ədəbiyyatın, incəsənətin, mədəniyyətin çirkin siyasi oyunbazlığa alət edilməsini kəskin şəkildə pisləyirik.
Natəvan Şuşa şəhərinin əsasını qoyan Pənahəli xanın nəticəsidir, Xan qızının bütün həyat və fəaliyyəti doğma Şuşa ilə sıx bağlıdır. O, daim Şuşa şəhərinin abadlığı və ictimai-mədəni mühitinin inkişafı üçün çalışıb, humanist təbiəti, nəcibliyi, mərhəməti ilə şöhrət qazanıb.
Vaxtilə Natəvanın Şuşada büstü ucaldılmışdı, həmin abidə Azərbaycan mədəniyyətinin böyük şəxsiyyətləri Üzeyir Hacıbəyli, Bülbülün büstləri kimi 1992-ci ildə Ermənistan tərəfindən güllələndi və material kimi xaricdə satışa çıxarıldı. Bu gün hər 3 büst Şuşada – doğma torpağındadır.
Azərbaycan Prezidenti İlham Əliyev bu milli irsi, tarixi ədaləti bərpa etdi. Natəvanın Ağdamda ermənilər tərəfindən dağıdılmış qəbirüstü abidəsi də abadlaşdırıldı.
Bu gün Natəvanın Şuşada ucaldılan büstü, Ağdamda bərpa edilmiş qəbirüstü abidəsi Azərbaycan xalqının tarixi Zəfərinin təntənəsini nümayiş etdirir.
Onların dağıdılması, talan edilməsi artıq tarixin arxivinə qovuşmuş ATƏT-in Minsk qrupuna həmsədr ölkə kimi bütün işğal dövründə Fransanın gözləri qarşısında baş verib.
Vaxtilə Natəvanın ailə mülkü olan Xankəndi də indi azaddır.
Göründüyü kimi, bu gün Natəvan obrazı həm də yeni çalarlar qazanaraq, özündə Şuşa zəfərini, Xankəndi qələbəsini təcəssüm etdirir. Ona görə də Fransada məhz Natəvanın abidəsinə qarşı olan bu iyrənc hərəkətlər təsadüfi görünmür. Fransa hakimiyyəti siyasi hikkəsini Natəvanın Evian-Le Ba şəhərindəki heykəlindən çıxmaqla, hansı səviyyəyə endiyinin fərqinə varmalıdır. Bu, Fransanın siyasi tarixinə qara ləkə kimi düşəcək.
2020-ci il Vətən müharibəsi dövründə Azərbaycan Fransa tərəfindən davamlı şəkildə iftiralarla üzləşdi. Bu gün də bütün beynəlxalq platformalarda Fransa hakimiyyəti Azərbaycana qarşı hücuma keçib. Biz yaxşı başa düşürük ki, bu, Azərbaycanın işğalçı Ermənistan üzərində qazandığı tarixi Zəfərin qisasıdır. Yelisey Sarayından buna son qoyulmasını tələb edirik.
Fransa hakimiyyətini Natəvanın heykəli ilə əlaqədar rüsvayçılığı aradan qaldırmağa, həmin parkda yerləşdirilmiş lövhədə silinmiş “Azərbaycan Bağı” sözlərini yerinə qaytarmağa çağırırıq.
Biz Fransanın Azərbaycandakı səfirinə indiyədək getməkdən imtina etdiyi Şuşada Natəvanın abidəsini ziyarət etməyə mənəvi borcu olduğunu xatırladırıq.
Yelisey Sarayı Azərbaycan bədii fikrinin və mədəniyyətinin görkəmli xadiminə qarşı bu hərəkətlər, azərbaycanlı diplomatların, jurnalistlərin Fransadan çıxarması əvəzinə, Parisdəki Azərbaycan səfirliyinə edilmiş hücumu araşdırmalı, günahkarları cəzalandırmalıdır.
Bu, bütün Azərbaycan ictimaiyyətinin gözləntisi və tələbidir.
İmzalar:
Anar - Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri;
Fərhad Xəlilov - Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının sədri;
Rəşad Məcid – Azərbaycan Mətbuat Şurasının sədri;
Rasim Balayev - Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri;
Çingiz Abdullayev - Xalq yazıçısı;
Sabir Rüstəmxanlı – Xalq şairi;
Nəriman Həsənzadə - Xalq şairi;
Ramiz Rövşən – Xalq şairi;
Mövlud Süleymanlı – Xalq yazıçısı;
İlgar Fəhmi – Azərbaycan Yazıçılar Birliyinin katibi;
Səlim Babullaoğlu - Azərbaycan Yazıçılar Birliyinin katibi;
Elçin Hüseynbəyli - Azərbaycan Yazıçılar Birliyinin katibi;
Fuad Məmmədov - "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının rəhbəri;
Bəyimxanım Verdiyeva - Xan Şuşinski Fondunun sədri;
Nəsiman Yaqublu - “Tarix və Mətbuat Araşdırmalarına Dəstək” İctimai Birliyinin sədri
Mübariz Əsgərov - “Obyektiv” Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyinin sədri;
Şəhla Nağıyeva – “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədri;
Nuriyyə Hüseynova – Dünya Musiqi Xəzinəsinin İncisi – Muğam İctimai Birliyinin sədri.
Xəbər lenti
Hamısına baxSosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27

