“Boykot” ilə gündəmə gəlmək istəyənlər...
30.12.2023 [10:30]
Əli Kərimlinin yeni oyunu “donorların” diqqətini cəlb etməyə hesablanıb
2023-cü il Azərbaycanın siyasi həyatında mühüm yenilikləri ilə yadda qaldı. Siyasi palitrada yer alan təşkilatlar arasında münasibətlərin yeni siyasi konfiqurasiya əsasında inkişaf etdirilməsi, siyasi dinamizmin artırılması xüsusilə diqqət çəkir. Bu mənada, gələn il fevralın 7-nə təyin edilmiş prezident seçkilərinə marağın ən yüksək səviyyədə olması, təşkilatların seçkidə aktiv iştirakla bağlı ard-arda qərarlar verməsi müşahidə edilir. Siyasi məqsədlər uğrunda yaradılmış siyasi partiyanın seçkilərdə iştirakından təbii hal ola bilməz.
Bəzi redikül müxalifət dairələrinin “boykot qərarı” da anlaşılandır - o mənada ki, özünün gücsüzlüyünü, xalq tərəfindən etimad qazanmamasını, dəstəklənməməsini ört-basdır etmək üçün bu yola baş vuranlar məhz “boykot taktikası”nı seçməklə özlərini həm də gündəmə gətirməyə çalışırlar. Redikül düşərgə təmsilçiləri yalanla “silahlanaraq” yenidən böhtan kampaniyasına start verib - görünən budur ki, ermənipərəst dairələrin əlaltısı qismində çıxış etməyə öyrəncəli olan dəstə başçıları yenidən üzlərini “donorlara” tutaraq “ianə”lərə ehtiyac duyduqlarına işarə edirlər.
AXCP sədri Əli Kərimli ayıbına kor olmaq, tutduğu ermənipərəst “yol”dan utanmaq əvəzinə hələ bir aydan sonra baş tutacaq seçkilərin nəticələrini indidən “şübhə altına almağa” çalışır. Halbuki ölkəmizdəki ədalətli seçkilərin reallaşması üçün şəffaf və demokratik mühit, qanunvericilik mövcuddur - bərabər rəqabət imkanları formalaşdırılıb. Əli Kərimlinin isə bu gün seçkinin nəticələrini təftiş etməyə və ya onu şübhə altına almağa mənəvi haqqı çatmır. Keçirdiyi “partiya qurultay”larında rəqiblərini linc etdirən, sosial şəbəkələrdə təhqirə məruz qoyan, partiyadan istefasını tələb edən Kərimli hansı haqla demokratik seçkini hədəfə alır?
Dövlət və millət maraqlarını nəzərə almayan, sadəcə, ölkəmizə əsassız təzyiqlər etmək istəyən, öz maraqlarını təmin etməyə çalışan bir sıra xarici güclərin əlaltısı olmağa adət etmiş Əli Kərimli bu addımı ilə yenidən satılmağa, həmin maraqlı güclərin təzyiq kampaniyasında vasitə rolunu yerinə yetirməyə hazır olduğunu nümayiş etdirir. Amma unudur ki, seçkinin nəticəsini nə beynəlxalq güclər, nə də ki hədə-qorxu müəyyənləşdirir. Seçkinin nəticəsini yalnız xalqın iradəsi müəyyənləşdirir. Xalq isə Əli Kərimli və onun ətrafındakı azsaylı qrupun əsl simasına yaxından bələddir.
Mənsur
Xəbər lenti
Hamısına baxDünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45
Elm
12 Avqust 16:30
İdman
12 Avqust 16:22
Sosial
12 Avqust 16:00
Siyasət
12 Avqust 15:35
Sosial
12 Avqust 15:35
Sosial
12 Avqust 15:27
İdman
12 Avqust 15:20
İqtisadiyyat
12 Avqust 15:00
Elm
12 Avqust 14:50
Sosial
12 Avqust 14:35
İqtisadiyyat
12 Avqust 14:20
Sosial
12 Avqust 14:20
Elm
12 Avqust 13:50
Dünya
12 Avqust 13:25
Siyasət
12 Avqust 13:17
İdman
12 Avqust 12:58
Dünya
12 Avqust 12:35
Siyasət
12 Avqust 12:05
Sosial
12 Avqust 11:45
Siyasət
12 Avqust 11:44
Siyasət
12 Avqust 11:22
Siyasət
12 Avqust 11:21
Gündəm
12 Avqust 11:15
Gündəm
12 Avqust 10:45
Analitik
12 Avqust 10:25
Sosial
12 Avqust 10:15
Analitik
12 Avqust 09:40
Sosial
12 Avqust 09:05
Dünya
11 Avqust 23:50
Dünya
11 Avqust 23:30
Dünya
11 Avqust 23:15
Dünya
11 Avqust 22:42
Gündəm
11 Avqust 22:24
Dünya
11 Avqust 22:15
Gündəm
11 Avqust 22:09
Gündəm
11 Avqust 21:59
Gündəm
11 Avqust 21:50
Dünya
11 Avqust 21:50
Gündəm
11 Avqust 21:42
Gündəm
11 Avqust 21:39
Dünya
11 Avqust 21:30
Gündəm
11 Avqust 21:26
Dünya
11 Avqust 20:57
Gündəm
11 Avqust 20:35

