Daha böyük hədəflərə çatmaq naminə...
30.12.2023 [10:40]
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin nəticəsində son 20 ildə Azərbaycan böyük inkişaf yolu keçib, ölkəmizin qarşısında yeni perspektivlər açılıb. Bu, hərtərəfli inkişaf bütün sahələri əhatə etməklə yanaşı, ölkəmizin iqtisadi, siyasi və hərbi qüdrətinin, bütövlükdə, isə milli gücünün artmasını təmin edib. Bununla yanaşı, tarazlaşdırılmış və milli maraqlara əsaslanan siyasətin qanunauyğun nəticəsi kimi, Azərbaycanın beynəlxalq mövqeyi mütəmadi olaraq möhkəmlənib.
Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunması isə bütövlükdə regionumuzda yeni reallıqlar yaradıb. Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsində də bu amillər önəmli rol oynayır. Məlumdur ki, dekabrın 15-də Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin genişləndirilmiş iclasında 2024-cü ilin fevral ayının 7-nə təyin edilmiş prezident seçkilərinə partiyamızın Sədri
İlham Əliyevin namizədliyi irəli sürülüb. Cəmiyyətimizin yekdil rəyi ondan ibarətdir ki, İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi xalqın iradəsinin ifadəsidir.
Məsələ ilə bağlı qəzetimizə açıqlamasında YAP İdarə Heyətinin üzvü, millət vəkili Cavid Osmanov bildirib ki, bu gün Azərbaycan dünyada nüfuzlu və güclü bir dövlət kimi tanınır. Azərbaycan nəinki yerləşdiyi regionda, həm də bütövlükdə Avrasiya geosiyasi məkanında işbirliyinə, təhlükəsizliyə xidmət edən strateji əhəmiyyətli layihələrin reallaşdırılmasında aparıcı rola malikdir. Təsadüfi deyil ki, Azərbaycan Avrasiyada mühüm nəqliyyat mərkəzinə çevrilib. Bunun qanunauyğun nəticəsidir ki, dünya siyasətinin aparıcı aktorları, həmçinin mötəbər regional və beynəlxalq təşkilatlar Azərbaycanın mütərəqqi siyasətini regional təhlükəsizlik və qlobal inkişaf kontekstində olduqca yüksək qiymətləndirirlər. Bu nailiyyətlər Prezident İlham Əliyevin siyasəti sayəsində qazanılıb. Onun sözlərinə görə, Prezident İlham Əliyev 2003-cü ilin oktyabrında ilk dəfə dövlət başçısı seçilərkən hər bir azərbaycanlının Prezidenti olacağını bəyan etmişdi və belə də oldu. Dövlətimizin başçısı ötən dövr ərzində xalqa verdiyi bütün vədləri yerinə yetirdi. Prezident, Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə torpaqlarımızın erməni işğalından azad olunması, suverenliyimizin tam təmin edilməsi Prezident -Xalq birliyinin sarsılmazlığı sayəsində gerçəkləşdi. Bütün bunların fonunda gələn il fevralın 7-də keçiriləcək prezident seçkiləri dövlət başçısı İlham Əliyevin özünə inamının, xalqın siyasi dəstəyinə əminliyinin ən bariz göstəricisidir. Çünki Prezident İlham Əliyev bu günə qədər dediyi hər məsələni uğurla həyata keçirib. YAP İdarə Heyətinin qərarı da bu baxımdan təbii qanunauyğunluqdur.
“Məlumdur ki, regionda tam müstəqil bir ölkənin olmasını və Azərbaycanın qələbəsini həzm edə bilməyən dövlətlərin təxribatlarının qarşısını almaq üçün siyasi sistemin gücləndirilməsi strateji əhəmiyyət kəsb edir. Müəyyən beynəlxalq güclər keçmiş “Dağlıq Qarabağ” münaqişəsinin dondurulmuş vəziyyətdə saxlanılmasına çalışsa da, Azərbaycan Prezidenti İlham Əliyev qətiyyətli mövqe nümayiş etdirdi. 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımız erməni işğalından azad olundu. Təbii ki, qazanılan bu zəfər dövlətimizin milli maraqlarımıza əsaslanan siyasətinin ən parlaq nümunələrindəndir. Bütövlükdə, Prezident İlham Əliyevin milli maraqlarımıza uyğun siyasət həyata keçirməsi dövlətimizin uğurlarını davamlı olaraq artırır. Şübhəsiz ki, qarşıdan gələn seçkilər də ölkəmizdə həyata keçirilən davamlı islahatların nümunəsi kimi dövlətimizin gücünün daha da artmasını şərtləndirən amillər sırasında olacaq”,- deyə millət vəkili vurğulayıb.
Millət vəkili Kamilə Əliyeva isə bildirib ki, ölkədə prezident seçkilərinin keçirilməsi ilə bağlı qərarın qəbul olunmasını şərtləndirən obyektiv səbəblər mövcuddur. 30 il ərzində torpaqlarımızın işğal altında olması, Qarabağ probleminin mövcudluğu Azərbaycanın reallığı idi. Həmin dövrdə bütün prezidentliyə namizədliyi irəli sürülmüş şəxslərdən xalqın əsas istəyi məhz Qarabağ probleminin həll edilməsi, Azərbaycanın işğalda olan torpaqlarının azad olunması idi. Vətən müharibəsi ilə torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyümüzün bərpa edilməsi, eyni zamanda keçirilmiş antiterror tədbirləri nəticəsində bütün ərazilərmizdə suverenliyimizin təmin edilməsi Azərbaycanın daxili gündəliyini təbii ki, köklü sürətdə dəyişdirdi. K.Əliyeva qeyd edib ki, hazırda Azərbaycanın gündəliyi münaqişə və müharibə ilə deyil, sülh, təhlükəsizlik və əməkdaşlıq məsələlərindən ibarətdir. Bununla əlaqədar Azərbaycan Prezidentinə xalq tərəfindən verilən mandatın da mahiyyəti ciddi və köklü şəkildə dəyişmiş olur. Bu gün sülh və əməkdaşlıq, işğaldan azad edilmiş ərazilərin bərpası və Böyük Qayıdışın təmin edilməsi əsas vəzifələrdən biri kimi müəyyənləşdirilib. Beləliklə, ölkəmizdə yeni reallıqlar meydana gəlib və bu, növbədənkənar prezident seçkilərinin keçirilməsinin əsaslarını müəyyən edib.
Millət vəkilinin sözlərinə görə, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin namizədliyinin irəli sürülməsi ilə bağlı sözügedən iclasda yekdilliklə qəbul edilmiş tarixi qərar bütün Azərbaycan xalqının mövqeyinin göstəricisidir: “Onu da qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin 20 illik fəaliyyətinin möhtəşəm nəticələri, Qarabağda qazandığı tarixi Zəfər Azərbaycan xalqının daha böyük sevgi və rəğbətini formalaşdırıb. Prezidentin bu illər ərzində uğurlu fəaliyyəti Onun Azərbaycana yeni zəfərlər qazandıracaq tarixi şəxsiyyət olduğunu bir daha sübut etdi”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
03 May 13:40
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42

