Multikulturalizm Mərkəzinin 2023-cü il ərzində çap etdirdiyi nəşrlərin təqdimatı keçirilib
27.12.2023 [14:22]
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) 2023-cü il ərzində çap etdirdiyi nəşrlərin təqdimatı keçirilib.
Tədbiri giriş sözü ilə açan BBMM-in icraçı direktoru Rəvan Həsənov bildirib ki, Mərkəz Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı kitabların çap olunmasına, BBMM-in təşkilatçılığı ilə keçirilən yerli və beynəlxalq konfransların materiallarının nəşrinə, həmçinin Azərbaycanda yaşayan etnik azlıqların dillərində kitabların hazırlanmasına xüsusi diqqət ayırır. O vurğulayıb ki, biz Mərkəz olaraq xalqımızın mədəni irsini öyrənib təbliğ etməyə çalışırıq. Xarici platformalara əsasən mənbə lazımdır. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi beynəlxalq təşkilatdır. Beynəlxalq arenada da boş ifadələrlə mübarizə aparmaq mümkün deyil. Həqiqətləri çatdırmaq üçün elmi faktlar lazımdır. Mərkəzinin çap etdirdiyi kitablara xarici ölkələrdə son ayda 7000 dəfə istinad edilib.
Rəvan Həsənov məlumat verib ki, 2023-cü idə BBMM tərəfindən “Həqiqətin Onomastikası – 2 : Qarabağ və Şərqi Zəngəzur”, “Həqiqətin Onomastikası” rus dilində, “Qarabağın və Şərqi Zəngəzurun Alban abidələri” kitabı ingilis dilində, “Qafqaz Diyarının Xəritəsi-1847” hərbi topoqrafik xəritəsi və izahlı kitabı, “Azərbaycan Albanşünaslığının tarixinə dair” biblioqrafiya çap olunub. Cari ildə “International Journal of Multiculturalism” (Beynəlxalq Multikulturalizm Jurnalı) adlı beynəlxalq elmi jurnalının iki sayı, “Qafqaz Albaniyasının etno-mədəni irsi” elmi jurnalın 4-cü buraxılışı – Azərbaycan, ingilis rus dillərində, “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfransın məqalələr toplusu ingilis dilində nəşr edilib. Azərbaycan ədəbiyyatının incilərindən sayılan “Əli və Nino” romanı tat dilinə tərcümə olunaraq işıq üzü görüb. O diqqətə çatdırıb ki, BBMM Dərbənddən Həmədana qədər böyük Azərbaycan xalqının mədəni irsini öyrənməyə çalışır. Bu o demək deyil ki, bizim hər hansı ərazi iddialarımız var. Lakin tariximizi parça-parça öyrənsək, bu, bizim elmimizdə boşluqlar yaradacaq. Bu boşluqlara yol verməmək üçün əlimizdən gələni edirik. İcraçı direktor vurğulayıb ki, Mərkəzin bu istiqamətdə faliyyəti növbəti ildə də davam etdiriləcək.
Digər çıxış edənlər - BBMM-nin Himayəçilik Şurasının üzvü, AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin direktoru akademik Nailə Vəlixanlı, Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov, kitabxananın şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa, “Qafqaz Albaniyasının etno-mədəni irsi” məqalələr toplusunun elmi redaktoru, tarix üzrə fəlsəfə doktoru Ülviyyə Hacıyeva, Azərbaycan Dövlət İqtisad Universitetinin Multikulturalizm Mərkəzinin direktoru, tarix elmləri doktoru professor Məhəbbət Paşayeva, “Geodeziya və Kartoqrafiya” MMC-nin direktor müavini Müqabil Bayramov, Bakı Slavyan Universitetinin “Azərbaycanşünaslıq” tədris-mədəniyyət mərkəzinin elmi işçisi Nazim Vəlişov, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun əməkdaşı Rizvan Qarabağlı, Azəri-Tat mədəniyyət mərkəzi ictimai birliyinin sədri Elman Əhmədov, Gürcü Yəhudiləri İcmasının nümayəndəsi Moisey Bekker, Talış icmasının ağsaqqalı İmamverdi Həmidov, Bakı Slavyan Universitetinin Multikulturalizm kafedrasının müdiri İbrahim Quliyev mərkəzin nəşrlərinin əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, mərkəzin nəşrləri Azərbaycanın tarixinin, mədəniyyətinin, etnoqrafiyasının, etnik və dini müxtəlifliyinin öyrənilməsində mühüm rol oynayır.
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43

