Bakının “Ağ Şəhər”i...
24.12.2023 [10:00]
Paytaxın müasir mərkəzi
Yeganə BAYRAMOVA
Bəlkə də paytaxtın mərkəzinə yaxın ərazidə, “Qara şəhər” adlanan məkanda ekoloji təmiz və gözoxşayan yeni yaşayış massivinin yaranacağına heç kəs inanmırdı. Vaxtilə bu ərazidə müxtəlif neft və kimya müəssisələri fəaliyyət göstərib. Həmin müəssisələrin hisi, tüstüsü və qoxusu bu ərazilərdə yaşayan insanların sağlamlığına mənfi təsir göstərirdi, oradakı yaşıllıqları məhv edirdi.
Xalqımızın parlaq gələcəyini düşünən ulu öndər Heydər Əliyev “Qara şəhər” barədə uzaqgörənliklə demişdi: “Azərbaycanda yüz illərdən bəri “Qara şəhər” adlanan şəhər ağaracaq, təmizlənəcək, burada gül-çiçək əkiləcək və o, Azərbaycanın gözəl bir guşəsinə çevriləcəkdir”. Ulu Öndərin bu arzusu artıq reallaşıb…
Şəhərin bu tarixi hissəsini yenidən qurmaq məqsədilə Prezident İlham Əliyevin Sərəncam imzaladı. “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı”na əsasən köhnəlmiş sənaye obyektlərinin şəhərin hüdudlarından kənara çıxarılması, çirklənmiş torpaqların təmizlənməsi və sahilyanı bulvarın abadlaşdırılması işləri həyata keçirildi. 24 dekabr 2011-ci il tarixdə Prezident İlham Əliyev tərəfindən müasir dünyanın ən iri və möhtəşəm şəhərsalma layihələrindən biri olan “Bakı Ağ Şəhər”in təməli qoyuldu.
Dövlət başçısı Ağ şəhər barədə demişdi: “İndi bəzilərinin yadından çıxıb ki, biz o yerdən keçəndə pəncərələri bağlayırdıq. Çünki tüstüdən, iydən dayanmaq mümkün deyildi. Biz “Qara şəhər”i “Ağ şəhər”ə çevirdik. Hesab edirəm ki, bu da dünya miqyasında ən böyük və ən standartlara cavab verən şəhərsalma layihələrindən biridir. Artıq orada çoxmənzilli evlər tikilir, ictimai zonalar yaradılır. “Qara şəhər”i ləğv edib onun yerində ekoloji təmiz şəhər yaratmaq bizim növbəti tarixi xidmətimizdir”.
“Bakı Ağ Şəhər” layihəsinin Baş planı 10 universal şəhər tipli məhəllənin salınmasından ibarətdir. Onların hər birində sakinlərin yaşaması, işləməsi, istirahəti və əyləncəsi üçün ən yaxşı şəraitin yaradılması planlaşdırılıb. Layihə 1650 hektar sahədə yerləşən şəhər mərkəzinin şərq hissəsinin (“Qara şəhər”in) bərpa və inkişafını, həmçinin Bakının yeni müasir yaşayış mərkəzinə çevrilməsini nəzərdə tutub.
Layihə çərçivəsində 350 hektarlıq landşaft salınması planlaşdırılıb. Bundan əlavə, “Bakı Ağ Şəhər” mövcud olan Bulvar xəttini daha 10 kilometr uzatmağa, onu dünyada ən uzun bulvara çevirməyə imkan yaradıb. Burada salınan yaşıl istirahət zonalarında və parklarda çinar, zeytun, palma, şam ağacları, sərv və çox sayda yeni ağaclar əkilib. Bakının “üz qarasına” çevrilmiş bir ərazi indi ekoloji təmiz və gözoxşayan bir şəhərə çevrilməkdədir…
“Ağ şəhər” layihəsinin elektrik təchizatı üzrə qoyulmuş gücü 250 meqavat təşkil edir və layihə çərçivəsində 110 kilovoltluq, həmçinin 35 kilovoltluq 46 yarımstansiyanın tikintisi nəzərdə tutulub. Azərbaycanda ilk dəfə “Ağ şəhər-2” yarımstansiyasında yanğından mühafizə məqsədilə yanğın transformatorlarından təcrid edilməsi və yanğının anındaca qarşısının alınması üçün avtomatik rejimdə işləyən qurğular quraşdırılıb. Mərtəbələrarası xüsusi kabel keçidləri, həmçinin ehtiyat giriş-çıxışları olan kabel zirzəmisi inşa olunub və xüsusi dispetçer mərkəzi yaradılıb. Yarımstansiya elektron tipli rele mühafizəsi və avtomatika sistemi ilə təchiz edilib, optik kabel çəkilib və məsafədən idarə olunan SCADA dispetçer idarəetmə sisteminə qoşulub. “Ağ şəhər-2” yarımstansiyasının qidalandırılması üçün “Ağ şəhər-1” yarımstansiyasından 110 kilovoltluq ikidövrəli kabel xətti çəkilib. Bu tip qapalı paylayıcı qurğuların istismar müddəti açıq tipli qurğulardan üç dəfə çox olmaqla, istismarı təhlükəsizdir və mükəmməl şəbəkəyə inteqrasiya ola bilir.
24 dekabr 2018-ci ildə Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva 110 kilovoltluq “Ağ şəhər-2” və “Bakıxanov” yarımstansiyasının, Birinci Fəvvarələr küçəsinin açılışında, eləcə də “Ağ şəhər” piyada körpüsünün və Zaman meydanının təməlqoyma mərasimində iştirak ediblər, tikintisi yekunlaşan Fəvvarələr Meydanı Parkı ilə tanış olublar.
Müasir infrastruktur həm insanların rahatlığı, həm də investisiyaların cəlb edilməsi üçün imkanlar yaradır. Dünyada müasir şəhərsalma tendensiyasını ehtiva edən və tamlığı ilə seçilən “Ağ şəhər” layihəsinin həyata keçirilməsində insan amili əsas meyarlardandır.
Layihənin möhtəşəmliyi və görülmüş işlərin professionallığı Bakının müasir şəhərsalmasının ən son tendensiyalara inteqrasiyasını təmin edir. “Bakı Ağ Şəhər” layihəsinin reallaşdırılması ilə “Qara şəhər”in sənaye siması keçmişdə qalacaq. “Qara şəhər” öz yerini “Bakı Ağ Şəhər” adlı harmoniya və rahatlıq məkanına verərək, təkrarolunmaz cizgiləri ilə regionda lider olan Bakının yeni müasir mərkəzinə çevriləcək...
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

