Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Türkiyə “Sakarya” qaz yatağında gündəlik hasilatı 45 milyon kubmetrə çatdırmağı planlaşdırır

Türkiyə “Sakarya” qaz yatağında gündəlik hasilatı 45 milyon kubmetrə çatdırmağı planlaşdırır

21.08.2026 [23:57]

Türkiyənin Qara dənizdə respublika tarixinin ən böyük təbii qaz kəşfini açıqlamasından 6 il ötür. İlk kəşfdən sonra yeni yataqların aşkar edilməsi ilə ölkənin ümumi qaz ehtiyatı 785 milyard kubmetrə çatıb.

AZƏRTAC xəbər verir ki, Türkiyənin “Sakarya” qaz yatağında 2023-cü ildən hasilat aparılır və indiyədək 6,7 milyard kubmetr qaz çıxarılıb. Hazırda gündəlik hasilat 9,5 milyon kubmetrdir.

“Sakarya” Qaz Yatağının İnkişafı Layihəsində yeni fazaların istifadəyə verilməsi ilə hasilat gücünün mərhələli şəkildə artırılması planlaşdırılır. İkinci faza fəaliyyətləri çərçivəsində “Osman Qazi” üzən hasilat platforması ilin son rübündə istifadəyə veriləcək. Bununla gündəlik hasilat 20 milyon kubmetrə çatacaq.

Üçüncü faza üzrə işlər çərçivəsində inşa edilən ikinci üzən hasilat qurğusunun 2028-ci ildə sistemə qoşulması ilə “Sakarya” qaz yatağında gündəlik hasilatın 45 milyon kubmetrə çatdırılması, layihə üzrə ümumi quyu sayının isə 54-ə yüksəldilməsi nəzərdə tutulur.

Türkiyə bununla enerji müstəqilliyini gücləndirməyi və yerli təbii qazın ölkənin enerji tələbatındakı payını artırmağı hədəfləyir.

Paylaş:
Baxılıb: 196 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

104 illik tarix!

29 Avqust 11:19

Ədəbiyyat

Analitik

Nüvə kabusu...

29 Avqust 09:45  

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

29 Avqust 08:31  

Gündəm

İqtisadiyyat

Gündəm

Ədəbiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31