Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Sabaha olan hava proqnozu açıqlanıb

Sabaha olan hava proqnozu açıqlanıb

22.08.2026 [14:10]

Azərbaycanda avqustun 23-nə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-26 dərəcə isti, gündüz 31-36 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 millimetr civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 faiz, gündüz 55-60 faiz olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-27 dərəcə isti, gündüz 35-38 dərəcə, bəzi yerlərdə 40 dərəcəyədək isti, dağlarda gecə 13-18 dərəcə isti, gündüz 23-28 dərəcə isti olacaq.

Paylaş:
Baxılıb: 307 dəfə

Xəbər lenti

Hamısına bax

Elm

Soyuq, sirli nəhəng...

23 Sentyabr 08:59

Sosial

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30