Gələn ilin dövlət büdcəsi plenar iclasa tövsiyə edildi
02.12.2023 [10:40]
Milli Məclisin xərcləri artırılır
Günel ABBASOVA
Dekabrın 1-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilib. Gündəliyə 15 məsələ daxil edilib.
Əvvəlcə “2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
Qanun layihəsinə edilmiş əlavə və dəyişiklikləri maliyyə naziri Samir Şərifov təqdim edib.
Samir Şərifov çıxış edərək bildirib ki, 2024-cü ilin dövlət və icmal büdcələrinin layihələrinin olduğu kimi saxlanılması vacib hesab edilir.
Xatırladaq ki, gələn il dövlət büdcəsinin gəlirləri 34 173 000 min manat, xərcləri 36 763 000 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 33 399 895 min manat, yerli gəlirləri 773 105,0 min manat, mərkəzləşdirilmiş xərcləri 35 980 547 min manat, yerli xərcləri 782 453,0 min manat), icmal büdcənin isə gəlirləri 38 998 000 min manat, xərcləri 42 376 000 min manat proqnozlaşdırılır.
Nazir qeyd edib ki, Azərbaycanda yeni yaradılan rayonla əlaqədar 2024-cü ilin dövlət büdcəsinin layihəsində bəzi korrektələrə ehtiyac yaranıb.
“İlk növbədə Ağdərə rayonunun yaradılması ilə əlaqədar onun adı büdcə layihəsinin 5-ci maddəsinə əlavə ediləcək”, - deyə o qeyd edib.
“Bundan başqa, meliorasiyaya ayrılan vəsait 7,3 milyon manat azaldılacaq, müvafiq olaraq həmin vəsait elm xərcləri bölməsinə əlavə ediləcək. Bununla yanaşı cari ildə qəbul edilmiş minimum əməkhaqqı üzrə qərarların icrası ilə əlaqədar Bakı şəhərinin yerli xərclərində, eyni zamanda Laçın rayonunun yerli xərclərində bəzi düzəlişlərin edilməsinə ehtiyac var. Bakının yerli xərclərinin 2,3 milyon, Laçının yerli xərclərinin isə 100 min manat artırlması nəzərə alınacaq”, - deyə nazir əlavə edib.
Bununla yanaşı, onun sözlərinə görə, büdcədə parlamentin və onun aparatının saxlanılması üçün ayrılan vəsait artırılıb: “Milli Məclisə ayrılan vəsaitin 252.5 min manat artırılması nəzərdən keçirilib və həllini tapıb”.
Qeyd edək ki, büdcədə Milli Məclisin və onun aparatının saxlanılması üçün 50,919 milyon manat vəsait nəzərdə tutulmuşdu. Xərclər smetasının ümumi dəyərinin 75,1 %-ni əməkhaqqı fondu və əməkhaqqı ilə əlaqədar ayırmalar təşkil edir.
Dövlət büdcəsinin əsas prioritet xərcləri...
Samir Şərifov qeyd edib ki, “2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində bəzi daxili dəyişikliklər edilib: "Sənəddə mənzil və kommunal təsərrüfat bölməsi üzrə 364 milyon 783 min 119 manat rəqəmi, 367 milyon 83 min 119 manat rəqəmi ilə, kənd təsərrüfatı bölməsi üzrə 1 milyard 109 milyon 893 min 587 manat rəqəmi, 1 milyard 102 milyon 593 min 587 manat rəqəmi ilə, ətraf mühitin mühafizəsi bölməsi üzrə 376 milyon 822 min 901 manat rəqəmi, 376 milyon 872 min 901 manat rəqəmi ilə, əsas bölməyə aid edilməyən xərclər bölməsi üzrə 1 milyard 392 milyon 674 min 201 manat rəqəmi, 1 milyard 390 milyon 324 min 201 manat rəqəmi ilə əvəz ediləcək", - deyə o qeyd edib.
Müzakirələrdən sonra qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edilib.
Sonra "Dövlət ehtiyatları haqqında" qanun layihəsi (ikinci oxunuş), "Antiinhisar fəaliyyəti haqqında", "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında", "Mülki müdafiə haqqında", "Taxıl haqqında", "Milli təhlükəsizlik haqqında", "Dövlət sirri haqqında", "Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında" və "Qiymətli metallar və qiymətli daşlar haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş), "Qiymətləndirmə fəaliyyəti haqqında" qanun layihəsi (üçüncü oxunuş), "Rəqabət Məcəlləsinin təsdiq edilməsi haqqında" qanun layihəsi (üçüncü oxunuş), "Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında" qanun layihəsi (üçüncü oxunuş), "İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında" qanun layihəsi (üçüncü oxunuş), "2024-cü il üçün yaşayış minimumu haqqında" qanun layihəsi (üçüncü oxunuş), "2024-cü il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihəsi (üçüncü oxunuş), "Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsi (üçüncü oxunuş), "Mülki Məcəlləndə dəyişiklik edilməsi haqqında" qanun layihəsi (üçüncü oxunuş), "Nağdsız hesablaşmalar haqqında" qanunda dəyişiklik edilməsi barədə" qanun layihəsi (üçüncü oxunuş), "Sığorta fəaliyyəti haqqında" qanunda dəyişiklik edilməsi barədə" qanun layihəsi (üçüncü oxunuş), "Banklar haqqında" qanunda dəyişiklik edilməsi barədə" qanun layihəsi (üçüncü oxunuş), "Gömrük tarifi haqqında" qanunda dəyişiklik edilməsi barədə" qanun layihəsi (üçüncü oxunuş) müzakirələrin ardından plenar iclasa tövsiyə olunub.
Xəbər lenti
Hamısına baxDünya
01 Oktyabr 23:14
Dünya
01 Oktyabr 22:35
Dünya
01 Oktyabr 21:50
Dünya
01 Oktyabr 21:22
Dünya
01 Oktyabr 20:45
Dünya
01 Oktyabr 20:17
Dünya
01 Oktyabr 19:54
Dünya
01 Oktyabr 19:20
Sosial
01 Oktyabr 18:32
Dünya
01 Oktyabr 18:14
Dünya
01 Oktyabr 17:33
Sosial
01 Oktyabr 17:12
Hadisə
01 Oktyabr 16:24
Sosial
01 Oktyabr 15:26
Sosial
01 Oktyabr 15:19
Sosial
01 Oktyabr 14:59
YAP xəbərləri
01 Oktyabr 14:58
MEDİA
01 Oktyabr 14:35
YAP xəbərləri
01 Oktyabr 14:30
YAP xəbərləri
01 Oktyabr 14:18
İqtisadiyyat
01 Oktyabr 13:23
Gündəm
01 Oktyabr 12:55
İdman
01 Oktyabr 12:49
Hadisə
01 Oktyabr 12:46
Siyasət
01 Oktyabr 12:27
Yeni texnologiyalar
01 Oktyabr 12:13
Siyasət
01 Oktyabr 12:11
Siyasət
01 Oktyabr 11:43
Sosial
01 Oktyabr 11:16
YAP xəbərləri
01 Oktyabr 11:14
Xəbər lenti
01 Oktyabr 11:09
Gündəm
01 Oktyabr 11:04
İqtisadiyyat
01 Oktyabr 10:58
Siyasət
01 Oktyabr 10:36
Analitik
01 Oktyabr 10:24
Analitik
01 Oktyabr 09:45
Sosial
01 Oktyabr 09:19
Mədəniyyət
01 Oktyabr 08:52
Sosial
01 Oktyabr 08:36
Gündəm
01 Oktyabr 08:10
Mədəniyyət
30 Sentyabr 23:53
Hadisə
30 Sentyabr 23:41
Dünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Gündəm
30 Sentyabr 18:47
Dünya
30 Sentyabr 18:21
Elanlar
30 Sentyabr 17:56
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09

