“Əsnək əsnək gətirər…”
07.11.2023 [12:38]
Normal əsnəmə 6 saniyə davam edir
Yeganə BAYRAMOVA
Keçmiş zamanlarda bir ər və arvadın qapısını qonaq döyür. Qapını açıb qonağı içəri qəbul edirlər, qarşısına isə necə deyərlər, Allah verəndən qoyub, söhbətə başlayırlar. Yeyib içəndən sonra yol yorğunu olan qonaq əsnəməyə başlayır. Ev sahibinin xanımı da qonaq əsnədikcə əsnəyir. Qonaq əsnəyir, qadın əsnəyir, axırda ev sahibi gözünün işarəsi ilə xanımını çölə çağırır. Orada qısqanclıq zəminində cinayət törədərək, əşyayi-dəlili samanlıqda gizlədir.
Sonra qayıdıb içəri gəlir və heç nə olmayıbmış kimi qonaqla söhbətini davam etdirir. Bu zaman qonaq bir də əsnəyir və bu dəfə əsnək artıq ev sahibi olan kişiyə keçir. Onda ev sahibi tutduğu əməldən peşman olaraq, əsrləri aşan belə bir kəlam işlədir: “Əsnək əsnək gətirər, hayıf samanlıqdakından…”
Bu qəribə, rəvayətin elmi açımı isə Britaniyada keçirilən bir elmi tədbirdə verilib.
Əsnəmək nədir?
İnsanın qanında oksigen azlığı yaşananda ağciyər toxumaları dartılıb daha çox oksigen almaq istəyir. Bu zaman əsnəməklə insan ağzını geniş açıb çox miqdarda hava alır. Beləliklə, insan sanki oyanır, ayılır və qanda oksigen yüksəlir. Bu nəzəriyyə hələ Hippokrat dövründən irəli sürülüb və tibbdə təsdiqini tapıb.
Beyini yaxşı işlədir…
Əsnəmək tibb aləminin bu günə qədər təhlil edə bilmədiyi 10 əsasdan biridir. Amerika alimlərinin fikrincə, beyin kompüter kimidir, sərinlədiyi zaman daha yaxşı işləyir. Əsnəmək isə beyini sərinlədir və yaxşı işləməsinə yardım edir.
Ana bətnindən başlayır…
Mütəxəssislər hesab edirlər ki, insanların 90 faizi gün ərzində ən azı 15 dəfə əsnəyir. Gün içində 209-dan çox əsnəmə isə ictimai maneə yaradır. Bəzi insanlarda 5-6 dəqiqədə bir əsnəmə olur. Qeyd edək ki, həddən çox əsnəmə bəzi pozuntuların işarəsi ola bilər. İnsanların bir hissəsi səhər saatlarında, bir hissəsi isə gün sonunda əsnəməyə başlayır. Bəzi insanlar isə çox yemək yedikdən sonra əsnəyir. İnsan əsnəməyə ana bətnində olarkən 3 aylığından başlayır. Normal olaraq əsnəmə 6 saniyə davam edir. Əsnəmələr çox zaman yuxusuzluqdan yaranır.
Əsnəmə keçicidir…
Ancaq onu da deyək ki, əsnəmə keçicicdir. Qarşıdakı insan əsnəyəndə digəri də bundan təsirlənməyə başlayır. Finlandiyada beyin üzərində aparılan araşdırmalar təsdiq edib ki, əsnəmənin yoluxuculuğu əksər hallarda qeyri-iradidir. Beyin bunu bilərəkdən, başqasını yamsılamaq və təqlid etmək üçün etmir. Beyin adətən yamsılamanı, təqlidi “güzgü-neyron” sistemi ilə həyata keçirir. Həmin “güzgü-neyronlar” bilərəkdən kiminsə hərəkətini təqlid edəndə işə düşür, lakin həmin neyronlar əsnəmənin yamsılanmasında heç bir rol oynamır.
Bədəndəki zərərli enerji xaric olunur…
Mövzu barədə yeniazerbaycan.com-a açıqlama verən həkim-terapevt Qəhrəman Kəngərlinin sözlərinə görə, əsnəmək bədənə yığılan zərərli enerjinin xaricə boşaldılması prosesidir: “İnsanlar hər gün keçirdikləri gecəyə uyğun olaraq, yuxudan oyanırlar. Gün boyu müxtəlif hadisələr yaşayan insan orqanizmi gərəksiz enerji ilə dolur. Enerjinin bədəndən xaric ediməsi yollarından biri də əsnəməkdir. Qış aylarında hava quru olduğu üçün zərərli enerji havaya daha asan xaric olur. Elə bu səbəbdən də qış aylarında və soyuqda insanlar daha çox əsnəyir. Qış aylarında bədəndən daha çox enerjinin xaric olması geyindiyimiz geyim və ayaqqabıların materialı ilə əlaqədardır. Əgər əynimizə sintetik geyimlər geyinmişiksə, bu zaman bədəndə olan enerjinin miqdarı daha çox olur. Enerjinin boşalması isə axşam saatlarına təsadüf edir. Yəni insanlar ən çox axşam saatlarında əsnəməyə başlayırlar”.
Xəbər lenti
Hamısına baxDünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22

