Minaaxtaranların maaşının artırılması təklif edilir
05.11.2023 [10:50]
Parlamentdə mina təhlükəsi ilə bağlı dinləmə keçirilib
Günel ABBAS
Noyabrın 4-də Milli Məclisdə Azərbaycanın üzləşdiyi mina probleminin ətraf mühitə və sosial inkişafa yaratdığı maneələrin müzakirəsi, eləcə də bu istiqamətdə birgə həll yollarına dair fikir mübadiləsinin aparılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Minatəmizləmə Agentliyi (ANAMA) və Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin birgə təşkilatçılığı ilə “Mina Təhlükəsi ilə Mübarizə - partlayıcı sursatların ekosistemə təsiri” mövzusunda ictimai dinləmə keçirilib.
İclasda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov, kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin sektor müdiri Həbib Mikayıllı, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, BMT-nin rezident əlaqələndiricisi Vladanka Andreva və başqaları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, Sadiq Qurbanov tədbirin aktuallığı barəsində məlumat verərək bildirib: “44 günlük Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərə qaydışla bağlı ən böyük çətinlik minalanmış ərazilərin təmizlənməsidir. Təsadüfi deyil ki, Prezident Ali Baş Komandan İlham Əliyev BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərin iqtisadi, sosial və ekoloji aspektlərini əhatə edən prinsiplər sırasına mina təhlükəsinin əlavə edilməsini təklif edib. Həmçinin Qoşulmama Hərəkatında mina təsirinə məruz qalmış ölkələrin həmfikirlər qurupunun yaradılması sahəsində intensiv iş aparılır. Bugünkü dinləmə Prezidentin bu sahədə irəli sürdüyü tezislərin dəstəklənməsi məqsədi daşıyır”.
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev “Mina təhlükəsi ilə mübarizədə ekoloji tarazlığın qorunması” mövzusunda və kənd təsərrüfatı naziri Məcnun Məmmədov “İşğaldan azad edilmiş ərazilərdə mina təhlükəsinin kənd təsərrüfatı fəaliyyətinə yaratdığı çətinliklər” mövzusunda çıxış edib.
Öz taleyimizi özümüz həll etməliyik!
Milli Məclisin üzvü Tahir Rzayev deyib ki, beynəlxalq təşkilatlar gəlib ölkədə bu kimi hadisələri özləri görməli və həll yollarını göstərməlidir: “Beynəlxalq təşkilatlar hələ də Azərbaycana qarşı mina terroru həyata keçirmiş Ermənistana dəstək göstərirlər. Bu da təəssüf doğurur. Amma biz bunun əksini görürük. Bunların hamısı sülhə yox, Cənubi Qafqazda qarışıqlıq yaratmağa hesablanıb. Bu kimi faktlar göstərir ki, öz taleyimizi özümüz həll etməliyik”.
Milli Məclisin deputatı Siyavuş Novruzovun sözlərinə görə, minaaxtaranlar öz işlərini hansısa kabinetdə görmürlər: “Onlar işə gedərkən evlərinə sağ-salamat geri qayıdacaqlarından əmin deyillər. Bu baxımdan sözügedən məsələnin diqqətdə saxlanılmasını istəyirəm. Minatəmizləmə ilə məşğul olan şəxslərin iş stajı fərqli hesablanmalı, əməkhaqları yüksək olmalıdır”.
Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov “İşğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlarla çirkləndirilməsinin ətraf mühitə təsiri” mövzusunda çıxış edərək mina partlayışları zamanı yaranan plastik tullantıların ekoloji fəsadlara səbəb olması, kənd təsərrüfatı üçün münbit torpaqların strukturuna mənfi təsir göstərməsini vurğulayıb. Minalarla çirklənmiş ərazilər eko-sistemin bir hissəsi olan insanların təkcə təmiz ekoloji şəraitdə deyil, ümumən yaşamaq hüququna da təhdidlər yaratdığını bildirib.
BMT-nin Rezident Əlaqələndiricisi Vladanka Andeeva “Dayanıqlı inkişaf məqsədləri üçün minaların ekosistemə təsirinin aradan qaldırılması” mövzusunda nitqində mina təhlükəsi ilə mübarizə fəaliyyətinin uğuru üçün qlobal təcrübəyə əsaslanaraq yerli, milli və beynəlxalq tərəflər arasında güclü tərəfdaşlığın vacib amillərdən olduğunu qeyd edib.
Prezidentin Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin sektor müdiri Həbib Mikayıllı “Mina problemi və beynəlxalq səylər” mövzusunda çıxış edib.
Tədbir zamanı Minatəmizləmə Agentliyi tərəfindən mina təhlükəsi ilə mübarizə fəaliyyətini əks etdirən video çarx təqdim olunub. Sonda tədbir iştirakçıları mövzu ətrafında müzakirələr aparıb.
Xəbər lenti
Hamısına baxDünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48
Gündəm
19 Avqust 11:58
Gündəm
19 Avqust 11:45
İqtisadiyyat
19 Avqust 11:35
Analitik
19 Avqust 11:25
İqtisadiyyat
19 Avqust 11:05
Analitik
19 Avqust 10:45
Analitik
19 Avqust 10:15
Analitik
19 Avqust 09:48
Sosial
19 Avqust 09:20
Sosial
19 Avqust 09:05
Dünya
18 Avqust 23:56
Dünya
18 Avqust 23:25
Dünya
18 Avqust 22:44
Dünya
18 Avqust 22:05
Dünya
18 Avqust 21:35
Dünya
18 Avqust 20:54
Dünya
18 Avqust 20:25
Dünya
18 Avqust 19:55
Dünya
18 Avqust 19:25
İqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45
Sosial
18 Avqust 16:24
Sosial
18 Avqust 16:03
İqtisadiyyat
18 Avqust 15:53
Gündəm
18 Avqust 15:33
İqtisadiyyat
18 Avqust 15:14
Siyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41
Dünya
18 Avqust 14:35
Xəbər lenti
18 Avqust 14:17
Dünya
18 Avqust 13:55
Dünya
18 Avqust 13:35
Xəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45

