Ştatlı azərbaycanofoblar...
26.10.2023 [10:29]
Cənubi Qafqaz regionundan maksimum uzaq durmalıdırlar
Bizim Ermənistana ərazi iddiamız yoxdur!
Qərbi Azərbaycan İcması son vaxtlar bir sıra Qərb mediasında guya Azərbaycanın Ermənistana hücum edəcəyi barədə gedən məsuliyyətsiz və təxribatçı yazıları kəskin şəkildə pisləyən bəyanatla çıxış edib.
İcmanın məsələ ilə əlaqədar bəyanatında bildirilir ki, azad media, söz azadlığı adı altında ucuz sensasiya, dedi-qodu, böhtanla məşğul olmaq, qərəzli siyasi dairələrin sifarişini yerinə yetirmək jurnalistlərin peşəkarlığı, dürüstlüyü prinsipləri ilə tam ziddiyyət təşkil edir. Hesab edirik ki, bu cür yazılar, ilk növbədə, Fransa tərəfindən Ermənistanın silahlandırılması və rəsmi Parisin Cənubi Qafqaz regionuna soxulması üçün bəhanə hazırlanmasına xidmət edir.
Bu xüsusda, Almaniya parlamentinin xarici əlaqələr komitəsinin sədri, qeyri-ciddi siyasətçi imici qazanmış Mixael Rotun son günlər İrəvanda verdiyi həyasız açıqlamaları rədd edirik. Azərbaycanı “təcavüz”də, “beynəlxalq hüququ pozmaq”da ittiham edən M.Rotu öz ölkəsinin tarixinə diqqətlə baxmağa çağırırıq.
Deyəsən, Avropa Parlamenti, Luis Okampo, Yuri Kimdən sonra Ermənistanın yeni pənah yeri M.Rotdur. M.Rot kimi iqrçi, islamofob təfəkkürlü, ştatlı azərbaycanofoblar Cənubi Qafqaz regionundan maksimum uzaq durmalıdırlar.
Son günlər xarici mediada Azərbaycanın haqlı mövqeyinə kölgə salan, böhtan xarakterli yazıların dərc olunması onu deməyə əsas verir ki, xüsusilə Qərb “siyasət”i və “siyasət” adamları Cənubi Qafqazda sülhün yox, münaqişənin tərəfadarıdırlar. Onların sülh adına atılan addımları da münaqişələri alovlandırmaqdan başqa bir məqsədə xidmət etmir. Qərb mediasının guya Azərbaycanın Ermənistana hücum edəcəyi barədə bir sıra xəbərlərlə çıxış etməsi bu məqsədlərin ən bariz və təəssüf doğuran nümunəsidir.
Azərbaycan bu böhtan xarakterli, təxribatçı fikirləri qəbul etməməklə yanaşı, qətiyyətlə rədd edir. Azərbaycanın mövqeyinə baxmayaraq bu yazıların silsilə şəklində davam etdirilməsi, xüsusilə Fransanın bu işdə birbaşa iştirak etməsi Parisin Cənubi Qafqaza soxulmaq cəhdlərindən irəli gəlir.
Bundan əlavə biz ötən günlərdə Almaniya parlamentinin xarici əlaqələr komitəsinin sədri Mixael Rotun da bir sıra iddialar və açıqlamalarla çıxış etdiyinin şahidi olduq. Əslində, indiki şəraitdə erməni yalanları üzərindən səsləndirilən bu fikirlər siyasi avantüradan başqa bir şey deyil. Haşiyədən kənara çıxmadan diqqətə çatdırmaq istərdik ki, bu siyasətçinin Azərbaycana qarşı ilk təxribatçı iddiası da deyil. Bundan əvvəl də - 2021-ci ildə Mixail Rot hələ Almaniyanın xarici işlər naziri olduğu vaxtda münaqişənin həllində heç bir rol oynamayan ATƏT-in Minsk Qrupunun münaqişədən sonrakı vəziyyətin nizamlanmasında iştirakından danışması, əslində ölkəmizə qarşı aparılan kampaniyaların mahiyyətini hələ o vaxtdan ortaya çıxarmışdı. Elə həmin təxribatçı fikirlər və iddialar bu gün də səsləndirilməyə davam edir.
Ötən saylarımızda qeyd etdiyimiz kimi, bir sıra Qərb ölkələri parlamentlərinin səsləndirdiyi təxribatçı bəyanatlar Azərbaycan Respublikası Milli Məclisi tərəfindən qəbul edilmir və qətiyyətlə rədd edilir.
Milli Məclisin üzvü Musa Quliyev “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, bu gün Qərbi Azərbaycan İcması ən sadə insan hüquqları haqlarını tələb edir: “Hesablamalara görə, son 100 ildə 1905-ci ildən başlayaraq bu dövrə qədər dörd milyondan çox insan oradan deportasiya olunub. Yəni ki, oradan zorla köçürülən insanların hamısının ata baba, yurdlarını ziyarət etmək, qəbiristanlıqlarını ən azı görmək, müqəddəs yerlərini görmək hüququ var. Bir də ki, orada yaşamaq istəyənlərin də hüququ təmin olunmalıdır. Bizim heç kəsə bir iddiamız da, müharibə eləmək fikrimiz yoxdur. Buna görə də bu iddiaların heç bir əsası yoxdur və dünya birliyi də bilməlidir ki, aparırlarsa, ədalətli müqayisələr aparmalıdırlar”.
Günel ABBAS
Xəbər lenti
Hamısına baxSiyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30

