Kalininqrad blokadaya alınarsa...
06.10.2026 [09:22]
Rusiya nüvə silahından istifadə edəcək?
Rusiya-Ukrayna müharibəsi başlayandan sonra NATO dəfələrlə Rusiyanın sərhədləri yaxınlığında hərbi təlimlər keçirib. NATO-nun öz sərhədlərinə yaxınlaşmasını qəbul etməyən rəsmi Moskva bu tipli hərbi təlimləri də qəbulolunmaz hesab edir. Bu baxımdan, Rusiya növbəti hərbi təlimləri də ciddi təhdid sayır. Belə ki, bugünlərdə Litva, Polşa və Fransanın birgə keçirdiyi “Cəsur qaban-2026” (“Galantny Vepr-2026”) hərbi təlimlər Moskvanın narahatlığına səbəb olub. Hesab edilir ki, təlimlər xüsusi olaraq Rusiyanın Kalininqrad esklavına qarşı yönəlib və bölgənin dəniz və hava blokadasına hazırlıq xarakteri daşıyır.
Kalininqrad strateji ərazi kimi...
Qeyd edək ki, Kalininqrad Rusiyanın qərbdəki ən sonuncu nöqtəsidir. Ərazinin tarixinə gəlincə, buranın tarixi Prussiya krallığının və Almaniya imperiyasının mühüm mədəni-strateji mərkəzi olmuş qədim Şərqi Prussiya torpaqlarına söykənir. Müasir vilayətin ərazisi isə İkinci Dünya müharibəsindən sonra tamamilə yenidən formalaşıb. Belə ki, müharibədən sonra, Potsdam konfransının (1945) qərarına əsasən Şərqi Prussiyanın şimal hissəsi şəhərlə birlikdə SSRİ-yə (Rusiyaya) verilib. Mərkəzi Avropada yerləşən bu bölgə cənubda Polşa, şimalda və şərqdə Litva ilə həmsərhəddir. Qərbdə Baltik dənizi ilə əhatə olunub. Sahəsi 15.125 kvadrat kilometrdir. Qeyd edək ki, İkinci Dünya müharibəsindən dərhal sonra ərazidə mülki məsələlərlə məşğul olan Xüsusi Hərbi Dairə təşkil edilib. 7 aprel 1946-cı ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə bu ərazidə RSFSR-in tərkibində Köniqsberq vilayəti yaradıldı. 4 iyul 1946-cı ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə bölgə Kalininqrad vilayəti, Köniqsberq şəhəri isə sovet dövlət və partiya xadimi M. İ. Kalininin şərəfinə Kalininqrad adlandırılıb. 9 iyul 1946-cı ildə Stalin tərəfindən imzalanmış SSRİ Nazirlər Sovetinin 1522 nömrəli Fərmanı ilə 1946-cı ilin avqust-oktyabr ayları arasında RSFSR-in 20 bölgəsindən və üç muxtar respublikasından, eləcə də Belarusdan Kalininqrad vilayətinə daimi yaşayış üçün 12.000 kolxozçu ailəsinin “könüllü” köçürülməsi təmin edilib. Alman və Litva əhalisi (Prussiya litvalıları) 1947-ci ilə qədər Almaniyaya deportasiya olunub. Müharibədən sonra Kalininqrad vilayəti Sovet İttifaqının ən hərbiləşdirilmiş ərazilərindən birinə çevrildi. “İkiqat Qırmızı Bayraqlı” Baltik Donanmasının qərargahı Kalininqradda yerləşdirildi. 1991-ci ildən sonra da Baltiysk (keçmiş Pillau) şəhəri bu donanmanın ən böyük bazası olaraq qalmaqdadır.
Hazırkı həssas məqamda isə Kalininqrad məsələsi daim aktual olaraq qalır. Təsadüfi deyil ki, Mərkəzi Avropada ehtimal olunan potensial qarşıdurmada ilkin hədəf kimi Kalininqrad göstərilir. Hər iki tərəf bu ərazini təhlükə kimi xarakterizə edir: Qərb özünə təhdid kimi, Rusiya isə ilk hücuma məruz qalacaq ərazi kimi. NATO-nun son hərbi təlimləri də bunun gösəricisidir.
Rusiya alyansa xəbərdarlıq edib
Ümumiyyətlə, Kalininqrad Rusiyanın Avropadakı ən mühüm hərbi-strateji məntəqələrindən biri hesab olunur. Kalininqradın regionun mühüm kommunikasiya xətlərinə yaxın yerləşməsi Rusiyaya NATO-nun şərq cinahını izləmək imkanı verir. Moskva üçün bu ərazi həm NATO ölkələrinə təzyiq və çəkindirmə vasitəsi, həm də Baltikyanı regionda hərbi mövcudluğunu qorumaq və regiondakı hərbi vəziyyətə təsir etmək üçün mühüm platformadır. NATO baxımından isə Kalininqrad “A2/AD” zonası (anti-access and area denial-red.), yəni rəqibi çəkindirmək üçün artan təhlükə yaratmaqla müdafiə olunan əraziyə düşmən qüvvələrinin girişini və manevrini çətinləşdirən potensial zona kimi qiymətləndirilir.
Rusiya ilə NATO arasında gərginliyin əsas səbəbləri hərbi alyansın şərqə doğru genişlənməsi, Rusiyanın öz sərhədləri yaxınlığında NATO infrastrukturunu təhlükə kimi qiymətləndirməsi və Şərqi Avropa ölkələrinin Moskvanın siyasətindən ciddi narahatlıq keçirməsidir. Rusiya və alyans arasında birbaşa müharibə ehtimalı bu gün Avropanın təhlükəsizlik gündəliyində ən ciddi məsələlərdən biri hesab olunur. Bu müharibənin başlayacağı təqdirdə, Kalininqradın ilk hədəf halına gəlməsi hər kəs üçün anlaşılandır. NATO ölkələrindən Kalininqrad barədə səslənən ittihamlar və mümkün Rusiya-NATO müharibəsi regionda narahatlıqla qarşılanır.
Alyansın hərbi təlimləri fonunda son üç gün ərzində Belçika, Böyük Britaniya və İrlandiyadakı Rusiya səfirlikləri Moskvanın NATO-nu Kalininqradı blokadaya alacağı təqdirdə, nüvə silahları da daxil olmaqla bütün arsenalından istifadə etməyə hazır olduqları barədə davamlı olaraq xəbərdar ediblər. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov da bəyan edib ki, Kalininqradın blokadaya alınacağı təqdirdə, rəsmi Moskvanın nüvə silahı ilə cavab verəcəyi Rusiyanın normativ sənədlərində əksini tapıb: “Polşadan və digər Avropa ölkələrindən Kalininqrad məsələsinə də toxunan çoxsaylı açıqlamalar eşitmişik, bəziləri olduqca azğın bəyanatlardır. Buna görə də diplomatlarımızın Avropadakı qızğın başlara bu məsələ ilə bağlı sənədlərimizi xatırlatmağa çalışması tamamilə təbiidir”.
Rutte: Nüvə təhdidlərinə son qoyun
NATO-nun Baş katibi Mark Rutte isə Rusiyanın Kalininqrad vilayətinin blokadaya alınması və ya Rusiyanın digər ərazilərindən təcrid edilməsi halında bütün arsenalından, o cümlədən nüvə silahından istifadə edə biləcəyi barədə alyansa xəbərdarlıq göndərdiyini təsdiqləyib. Rutte bildirib ki, NATO Rusiyanın mesajına cavab verib və alyansın müdafiə xarakterli olduğunu vurğulayıb: “Biz müdafiə xarakterli alyansıq. Nüvə təhdidlərinə son qoyun. Bu, qətiyyən yolverilməzdir və heç bir fayda vermir”.
NATO hərbi təlimlərinin Kalininqrad bölgəsini blokadaya alması nə dərəcədə realdır? Əlbəttə, Kalininqrad ilə bağlı səsləndirilən fikirlər mümkün ehtimallar arasındadır. Çünki Avropa üçün müharibənin Rusiyanın şərtləri ilə bitməsi kifayət qədər böyük nüfuz itkisinə səbəb ola bilər. Ona görə də, istənilən yol ilə proseslərin gedişatını Rusiyanın əleyhinə dəyişəcək addımların atılması mümkündür. Amma bu ehtimal artıq Üçüncü Dünya müharibəsinin cəbhədə başlaması üçün bir səbəb yaradır. Nəticə etibarilə, indiki məqamda qarşılıqlı olaraq səsləndirilən ehtimallar daha çox informasiya müharibəsinin bir parçası olaraq nəzərdən keçirilsə də, bu ssenarilərin reallaşma ehtimalı da heç bir halda istisna edilmir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxAnalitik
06 Oktyabr 09:22
Sosial
06 Oktyabr 08:52
Sosial
06 Oktyabr 08:37
Gündəm
06 Oktyabr 08:10
Dünya
05 Oktyabr 23:58
Dünya
05 Oktyabr 23:32
Dünya
05 Oktyabr 22:47
Dünya
05 Oktyabr 22:22
Dünya
05 Oktyabr 21:57
Dünya
05 Oktyabr 21:24
Xarici siyasət
05 Oktyabr 21:10
Dünya
05 Oktyabr 21:03
Dünya
05 Oktyabr 20:47
Dünya
05 Oktyabr 20:22
Dünya
05 Oktyabr 20:00
Dünya
05 Oktyabr 19:57
Dünya
05 Oktyabr 18:09
Gündəm
05 Oktyabr 17:45
İdman
05 Oktyabr 17:43
Sosial
05 Oktyabr 17:11
İdman
05 Oktyabr 17:10
Dünya
05 Oktyabr 17:10
YAP xəbərləri
05 Oktyabr 16:59
YAP xəbərləri
05 Oktyabr 16:56
Sosial
05 Oktyabr 16:29
YAP xəbərləri
05 Oktyabr 16:19
Müsahibə
05 Oktyabr 16:17
YAP xəbərləri
05 Oktyabr 16:12
İqtisadiyyat
05 Oktyabr 16:11
İqtisadiyyat
05 Oktyabr 16:10
Sosial
05 Oktyabr 16:09
Dünya
05 Oktyabr 15:19
Siyasət
05 Oktyabr 14:48
Dünya
05 Oktyabr 14:27
Elm
05 Oktyabr 13:46
Gündəm
05 Oktyabr 12:54
Gündəm
05 Oktyabr 12:12
Gündəm
05 Oktyabr 11:01
YAP xəbərləri
05 Oktyabr 11:01
YAP xəbərləri
05 Oktyabr 11:00
Dünya
05 Oktyabr 10:58
İqtisadiyyat
05 Oktyabr 10:49
YAP xəbərləri
05 Oktyabr 10:46
Dünya
05 Oktyabr 10:45
Dünya
05 Oktyabr 10:37
Sosial
05 Oktyabr 10:30
Dünya
05 Oktyabr 10:25
Dünya
05 Oktyabr 10:22
Sosial
05 Oktyabr 10:19
İdman
05 Oktyabr 10:06
İqtisadiyyat
05 Oktyabr 10:05
İqtisadiyyat
05 Oktyabr 10:04
Dünya
05 Oktyabr 09:42
Elm
05 Oktyabr 09:37
Sosial
05 Oktyabr 09:33
İqtisadiyyat
05 Oktyabr 09:31
Dünya
05 Oktyabr 09:17
Dünya
05 Oktyabr 08:55
Dünya
05 Oktyabr 08:31
YAP xəbərləri
04 Oktyabr 21:50
Dünya
04 Oktyabr 20:43
Dünya
04 Oktyabr 19:30
Dünya
04 Oktyabr 18:19
Dünya
04 Oktyabr 17:37
Dünya
04 Oktyabr 16:22
Dünya
04 Oktyabr 15:18
Dünya
04 Oktyabr 14:45
Dünya
04 Oktyabr 13:32
Dünya
04 Oktyabr 12:20
Dünya
04 Oktyabr 11:19

