Yeni Azərbaycan Partiyası (YAP) Gədəbəy rayon təşkilatında müşavirə keçirildi
06.10.2026 [23:04]
06 oktyabr 2026-cı il tarixdə Gədəbəy Aşıq Məktəbində Yeni Azərbaycan Partiyası (YAP) Gədəbəy rayon təşkilatı Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirdi.
Müşavirə iştirakçıları ilk öncə Azərbaycanın qurucusu və memarı Ümummilli Lider Heydər Əliyevin Gədəbəy rayonunda ucaldılmış abidəsini ziyarət etdilər, abidənin önünüə gül dəstələri düzdülər.
Tədbir başlamazdan əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səslədirildi .
Yeni Azərbaycan Partiyasının qurucusu, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Müşavirəni giriş sözü ilə Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev açaraq qeyd etdi ki, bu gün Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam şəkildə bərpa etmiş qalib dövlətdir. Xalqımız illərlə arzuladığı tarixi ədalətə, torpaqlarımızın azadlığına və dövlətimizin tam suverenliyinə qovuşub. 2020-ci ildə haqq yürüşünə çıxdığımız Vətən müharibəsində qazanılan şanlı Zəfər milli qürurumuzun, sarsılmaz dövlət-xalq birliyimizin təntənəsidir.2026-cı ilin oktyabr ayının 2-də keçirilən Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxış edən Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tarixi zəfərin əhəmiyyətini bu sözlərlə xüsusi vurğuladı: “İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. 8 Noyabr bizim əbədi bayramımız olacaq. Eyni əhəmiyyəti 20 Sentyabr da daşıyır. Çünki məhz 2023-cü il sentyabrın 20-də Azərbaycan separatizmə son qoydu, işğala son qoydu, ərazi bütövlüyünü və suverenliyini bərpa etdi”.
Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışı ölkəmizin keçdiyi şərəfli yolun, əldə olunan tarixi Zəfərlərin və qarşıda duran strateji vəzifələrin aydın siyasi konsepsiyasını ortaya qoydu. Bu qurultayın ən mühüm xüsusiyyəti ondan ibarətdir ki, Yeni Azərbaycan Partiyası ilk dəfə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edildiyi yeni reallıqda qurultay keçirir. Bu, sadəcə olaraq, siyasi təqvimdə növbəti qurultay deyil, Zəfərdən sonra Azərbaycanın yeni inkişaf mərhələsinə keçidinin siyasi ifadəsidir.
Müşavirədə Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatın Təşkilat məsələləri şöbəsinin müdür müavini Rafael Gülməmmədov çıxış edərək qeyd etdi ki, Azərbaycanın iqtisadi gündəliyində yeni mərhələnin əsas istiqamətləri ölkənin qarşıdakı hədəfləri və mövcud imkanları ilə sıx bağlıdır. Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında Prezident cənab İlham Əliyevin çıxışı, bu baxımdan, görülən işlərlə paralel qarşıdakı illərdə iqtisadi siyasətin hansı dayaqlar üzərində qurulacağının təqdimatı kimi diqqət çəkir.
Cənab Prezidentin çıxışında iqtisadi inkişafın əsas şərtləri konkret fakt və rəqəmlərlə ifadə olundu. İnvestisiyaların həcmi, xarici borcun ümumi daxili məhsulda payı və valyuta ehtiyatlarının səviyyəsi iqtisadi vəziyyətin əsas göstəricilərindəndir. Enerji resurslarının ixrac imkanları və sosial ödənişlərin artırılması ilə bağlı açıqlanan rəqəmlər isə iqtisadi potensialın digər tərəflərini göstərir. Prezidentin səsləndirdiyi fikirlərdə diqqət çəkən əsas məqamlardan biri isə iqtisadi artımın ölkənin maliyyə dayanıqlılığı, investisiya cəlbediciliyi və dəyişən qlobal iqtisadi şəraitdə malik olduğu imkanlarla birlikdə qiymətləndirilməsidir.
Müşavirədə Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatın Təşkilat məsələləri şöbəsinin baş məsləhətçisi Araz Salmanov çıxış edərək qeyd etdi ki. Prezident cənab İlham Əliyevin çıxışında Azərbaycanın bugünkü uğurlarının təməlində Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin və siyasi irsinin dayandığı bir daha aydın şəkildə göstərildi. Yeni Azərbaycan Partiyasının yaradılması da məhz ölkəmizin ən ağır dövründə xalqın dövlətçilik iradəsinin və Heydər Əliyev siyasi kursuna inamının ifadəsi idi. Bu gün həmin siyasi xətt Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində, iqtisadi gücünün artırılmasında, beynəlxalq mövqelərinin güclənməsində və nəhayət, ərazi bütövlüyünün və suverenliyinin bərpasında öz tarixi nəticəsini göstərib.
Bu gün qarşımızda duran əsas vəzifələr dövlətimizin təhlükəsizliyini daha da möhkəmləndirmək, hərbi gücümüzü artırmaq, iqtisadi müstəqilliyimizi qorumaq, insan kapitalını inkişaf etdirmək və Azərbaycanın beynəlxalq mövqelərini daha da gücləndirməkdir. Xüsusilə ideoloji təhlükəsizlik məsələsinə diqqət yetirilməsi dövrün reallıqları baxımından mühüm əhəmiyyət daşıyır. Müasir dünyada informasiya məkanı dövlətlərin milli təhlükəsizliyinin mühüm komponentinə çevrilib. Buna görə də Azərbaycan həqiqətlərinin dünyaya və öz cəmiyyətimizə, xüsusilə gənc nəslə düzgün çatdırılması, milli-mənəvi dəyərlərimizin qorunması və vətənpərvərlik ruhunun gücləndirilməsi üzərimizə düşən ən mühüm vəzifədir.
Müşavirədə çıxış edən Qurultay nümayəndələri: Gədəbəy rayon Söyüdlü kənd tam orta məktəbinin direktor müavini Aidə İsgəndərli, Gədəbəy rayon Qızılqaya kənd tam orta məktəbinin direktoru Tural Topçuyev bildirdilər ki, Prezident cənab İlham Əliyevin Partiyanın VIII qurultayındakı nitqi təkcə keçilən şanlı yola nəzər salmaqla məhdudlaşmadı, həm də postmünaqişə dövründə müstəqil Azərbaycanın gələcək inkişaf xəritəsini cızdı. Əslində, dövlət başçısının bu çıxışı ölkəmizin yeni milli təhlükəsizlik konsepsiyası və ideoloji doktrinası kimi dəyərləndirilməlidir.
Çünki ölkəmizin rəhbəri açıq şəkildə bildirdi ki, hərbi Zəfərdən sonra fiziki təhlükəsizliyimiz tam təmin edilsə də, yeni dünyada ideoloji risklər və kiberhücumlar sərhəd tanımır. Bu baxımdan xalqın savadlanması, güclü təhsil və sarsılmaz vətənpərvərlik ruhu yeni ideoloji müdafiə qalxanımızın əsas sütunlarıdır. Şanlı Qələbədən sonra suverenliyimizi daimi etmək, xarici ideoloji təxribatlardan qorunmaq və milli maraqlarımızı qlobal səviyyədə qorumaq məhz bu proqram xarakterli strateji baxışın ana xəttini təşkil edir. Təbii ki, illər keçdikcə taktiki və hətta strateji məqsədlər də müəyyən dərəcədə dəyişir, amma ana xətt dəyişməz olaraq qalır.
Müşavirə Yeni Azərbaycan Partiyasının Himni səsləndirildikdən sonra bağlı elan edildi.
Xəbər lenti
Hamısına baxDünya
06 Oktyabr 23:23
YAP xəbərləri
06 Oktyabr 23:04
YAP xəbərləri
06 Oktyabr 22:59
Dünya
06 Oktyabr 22:24
Dünya
06 Oktyabr 21:42
Dünya
06 Oktyabr 21:09
Dünya
06 Oktyabr 20:22
İqtisadiyyat
06 Oktyabr 20:07
Dünya
06 Oktyabr 19:59
Dünya
06 Oktyabr 19:41
Dünya
06 Oktyabr 18:14
Dünya
06 Oktyabr 17:30
Gündəm
06 Oktyabr 16:20
Dünya
06 Oktyabr 16:20
Siyasət
06 Oktyabr 16:15
Elanlar
06 Oktyabr 16:15
Siyasət
06 Oktyabr 16:14
Siyasət
06 Oktyabr 16:12
Siyasət
06 Oktyabr 16:12
Gündəm
06 Oktyabr 16:11
YAP xəbərləri
06 Oktyabr 15:53
Siyasət
06 Oktyabr 15:52
YAP xəbərləri
06 Oktyabr 15:49
Sosial
06 Oktyabr 15:41
Dünya
06 Oktyabr 15:39
Siyasət
06 Oktyabr 15:23
Siyasət
06 Oktyabr 15:22
Siyasət
06 Oktyabr 15:10
YAP xəbərləri
06 Oktyabr 14:25
YAP xəbərləri
06 Oktyabr 14:22
Dünya
06 Oktyabr 14:18
YAP xəbərləri
06 Oktyabr 13:35
İdman
06 Oktyabr 13:32
YAP xəbərləri
06 Oktyabr 13:10
Siyasət
06 Oktyabr 13:07
Gündəm
06 Oktyabr 12:51
Siyasət
06 Oktyabr 12:32
Sosial
06 Oktyabr 12:27
İqtisadiyyat
06 Oktyabr 12:12
Hadisə
06 Oktyabr 12:11
Xəbər lenti
06 Oktyabr 12:10
İqtisadiyyat
06 Oktyabr 12:09
Siyasət
06 Oktyabr 11:58
YAP xəbərləri
06 Oktyabr 11:43
Müsahibə
06 Oktyabr 11:23
YAP xəbərləri
06 Oktyabr 11:22
YAP xəbərləri
06 Oktyabr 11:20
İqtisadiyyat
06 Oktyabr 10:47
Siyasət
06 Oktyabr 10:14
Analitik
06 Oktyabr 09:40
Analitik
06 Oktyabr 09:22
Sosial
06 Oktyabr 08:52
Sosial
06 Oktyabr 08:37
Gündəm
06 Oktyabr 08:10
Dünya
06 Oktyabr 00:14
Dünya
05 Oktyabr 23:58
Dünya
05 Oktyabr 23:32
Dünya
05 Oktyabr 22:47
Dünya
05 Oktyabr 22:22
Siyasət
05 Oktyabr 22:14
Dünya
05 Oktyabr 21:57
Dünya
05 Oktyabr 21:24
Xarici siyasət
05 Oktyabr 21:10
Dünya
05 Oktyabr 21:03
Dünya
05 Oktyabr 20:47
Dünya
05 Oktyabr 20:22
Dünya
05 Oktyabr 20:00
Dünya
05 Oktyabr 19:57
Dünya
05 Oktyabr 18:09
Gündəm
05 Oktyabr 17:45

