Müstəqilliyimizin əbədi memarı
25.10.2023 [10:36]
Dövlət başçısı İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli ?ərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edildi. Bu mühüm addım xalqımız tərəfindən böyük rəğbətlə qarşılandı.
Bu reallığı xüsusi qeyd etməliyik ki, tarixdə adı dövlətçiliyin simvoluna çevrilən və onunla qoşa çəkilən çox az sayda siyasi liderə rast gəlmək olar. Müstəqil dövlətimizin ən müasir tarixi də məhz belə liderin adı ilə bağlıdır və dövlətçilik salnaməsinə şanlı səhifələr məhz Onun rəhbərliyi ilə yazılıb. Fenomen şəxsiyyət Heydər Əliyevin yaratdığı milli dövlətçilik tarixin bizə bəxş etdiyi milli sərvətdir.
Azərbaycan xalqı xoşbəxt xalqdır ki, ölkəmizin müasir tarixinin qısa bir zaman kəsiyində Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə öz müstəqil dövlətini qurdu və Prezident İlham Əliyevin parlaq liderliyi ilə tarixi qələbələrə imza ataraq güclü, suveren və müstəqil Azərbaycanımızın firavan gələcəyinə doğru zəfər yolunu inamla davam etdirir. Cənab İlham Əliyev böyük qürur hissi ilə qeyd edir ki, bütün sahələrdə bugünkü Azərbaycan reallıqlarında Heydər Əliyevin izini görürük. Güclü və möhkəm təməl, milli dəyərlər üzərində müasir dövlətin qurulması Heydər Əliyev siyasətinin əsas istiqamətlərindən biridir. Onun təşəbbüsü ilə dövlətimizin ideoloji əsasları formalaşmışdır. Azərbaycançılıq məfkurəsini cəmiyyətə təqdim edən məhz Heydər Əliyev olmuşdur. Bu gün azərbaycançılıq fəlsəfəsi bizim əsas ideoloji dayaqlarımızdandır.
Azərbaycan xalqının taleyində əbədi yaşam haqqı qazanan, dönüş nöqtəsi kimi dəyərləndirilən günlər, məqamlar var. Belə günlərdən biri də 1993-cü ilin iyununda Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı oldu. Bu qayıdış Azərbaycanı böyük faciələrdən, təhlükələrdən xilas etdi. Müstəqilliyimizin bərpasının ilk illəri tariximizin faciəvi, qaranlıq səhifələri kimi vərəqlənir. Azərbaycan həmin dövrün iqtidarının yarıtmaz siyasəti nəticəsində xaos, anarxiya, iqtisadi böhran, torpaqlarımızın işğalı kimi ağır günləri yaşayırdı. AXC-Müsavat hakimiyyəti dövründə vəziyyət daha da ağırlaşdı. Dövlət başçısı İlham Əliyev oktyabrın 15-də xalqımıza növbəti zəfər sevincini yaşadanda, Azərbaycan Bayrağını Xankəndi şəhərində ucaltdıqdan sonra xalqa müraciətində ölkəmizin Heydər Əliyevsiz dövrünü belə xarakterizə etmişdir: “Torpaqlar işğal altına düşdü, bir-birini dəyişən antimilli hökumətlər faktiki olaraq ancaq öz şəxsi maraqlarını qorumağa çalışırdılar, həm sovet dövründə, həm müstəqillik dövründə. Xüsusilə AXC-Müsavat antimilli cütlüyünün xəyanətkar və satqın fəaliyyəti nəticəsində bütün bu boyda ərazi işğal altına düşdü, sonra da qorxaqcasına öz vəzifələrini guya donduraraq kənara çəkildilər. Yenə Heydər Əliyevin dühası, onun siması, Heydər Əliyev amili Azərbaycan xalqının yardımına yetişdi və biz haqlı olaraq Ulu Öndəri Xilaskar adlandırırıq. O vaxt Azərbaycanın dövlət müstəqilliyi əldən gedə bilərdi.”
1993-cü il iyunun 9-da xalqın təkidli tələbi ilə Bakıya gələn Ulu Öndər Heydər Əliyev həmin ayın 15-də Azərbaycan Ali Sovetinin Sədri seçildi. Tariximizə Milli Qurtuluş Günü kimi yazılan 15 iyunun zəfəri bununla bitmədi. Ümummilli Lider iyunun 24-də Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini yerinə yetirməyə başladı. 1993-cü il oktyabrın 3-də isə ümumxalq səsverməsi nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçildi.
1993-cü il 15 iyun müasir tariximizdə dönüş nöqtəsi oldu. Xalqımız Ümumilli Liderin əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı - Milli Qurtuluş Günü kimi qeyd edir. Bu tarixdən başlanan inkişaf yolu Azərbaycana biri-birindən əhəmiyyətli uğurlar qazandıraraq tarixi Zəfərimizə imza atmağı stimullaşdırdı. Bu baxımdan böyük qürur hissi ilə qeyd edirik ki, Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirdi.
Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsinin, dövlətinə, xalqına bağlılığının, Azərbaycanı daim zirvələrdə görmək istəyinin nəticəsi olaraq ölkəmiz müstəqilliyinin bərpasının ilk illərinin xaosundan, anarxiyasından, iqtisadi böhranından, ən əsası torpaqlarının işğalından xilas oldu, yeni inkişaf mərhələsinə qədəm qoydu. Ölkə, xalq o zaman güclü, qüdrətli, xoşbəxt olur ki, Lideri daim gələcək haqqında düşünür. Siyasi liderliyin ilkin şərti məhz dövlətin gələcəyini öncədən görmək və gördüyünü həyata keçirə bilməkdir. Ümummilli Lider hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın müstəqil gələcəyini düşünərək mühüm addımlar atmışdır. Onun həmin dövrdə uzaqgörənliklə atdığı addımlardan biri azərbaycanlı gənclərin gələcəyin müstəqil ölkəsi üçün gərəkli ixtisaslara yiyələnməkdən ötrü keçmiş İttifaqın nüfuzlu ali məktəblərinə göndərmək kimi dəyərli təhsil ənənəsinin əsasını qoyması idi. Bu yolla Azərbaycanımızın elmi və kadr potensialı yüksəldiyi kimi, milli-mənəvi, əxlaqi dəyərlərinin təbliği də həyata keçirilirdi. Həmin dövrdə Azərbaycanın bu günü üçün hərbi kadrların yetişdirilməsi üçün Cəmşid Naxçıvanski adına hərbi lisey yaradılmışdır.
Dahi şəxsiyyətin gələcəyin müstəqil Azərbaycanını düşünərək milli məfkurənin yüksəlişi və xalqın milli dövlətçilik arzularının daha da güclənməsi üçün dövlət quruculuğu sahəsində gördüyü mühüm işlərdən biri keçmiş İttifaqın xarici siyasət çərçivəsində olsa da Azərbaycanın beynəlxalq aləmlə elmi-texniki, iqtisadi və mədəni əlaqələrinin genişləndirilməsi idi. Bu məqsədlə Bakıda İttifaq və beynəlxalq əhəmiyyətli tədbirlər təşkil olunduğu kimi, İttifaq respublikalarında, eləcə də xarici ölkələrdə Azərbaycan mədəniyyəti və incəsənəti günləri keçirilirdi. Bunların da nəticəsi olaraq həmin ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələrin qurulması üçün zəmin yaranırdı. Bu tədbirlər, eyni zamanda, Azərbaycan xalqının özünəməxsus tarixi, ənənələri olan xalq olduğunun, Bakının elm və mədəniyyət mərkəzi olmasının təbliği idi.
Ümummilli Liderin gələcəyə hesablanaraq milli dövlət quruculuğunun əsasını təşkil edən strateji proqramında Azərbaycan dili xüsusi diqqət mərkəzində olmuşdur. Məhz Onun səyləri nəticəsində 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili statusu təsbit olundu. Dövr baxımından qəhrəmanlığa bərabər belə bir mühüm addım məhz gələcəyin müstəqil, yeni Azərbaycanı naminə atılmışdır.
Ulu Öndər Heydər Əliyevin gördüyü işlərin miqyası o qədər genişdir ki, onları sadalamaqla bitməz. Azərbaycanın müstəqilliyinin bərpasından sonrakı dövr üçün iqtisadi inkişafını təmin etmək məqsədilə də möhkəm potensial yaradılmışdır. Bu mühüm məqam hər zaman önə çəkilir ki, dahi şəxsiyyət hakimiyyətinin birinci dövründə Azərbaycanı keçmiş İttifaqın ən geridə qalmış ölkəsindən ən qabaqcıl ölkəsinə çevirdiyi kimi, ikinci dəfə hakimiyyətə qayıdışından sonra da müstəqilliyini itirmək təhlükəsindən xilas edərək dünya birliyində layiqli yer tutmasını təmin etdi. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdi, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtardı, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını aldı, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etdi. Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyi illəri xalqımızın nadir tarixi imkandan faydalanaraq, böyük əziyyətlər bahasına öz müstəqilliyini əbədi və dönməz etdiyi taleyüklü mərhələdir.
Bu mühüm məqam xüsusi qeyd edilir ki, dahi şəxsiyyət Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlamış, öz xalqına sıx bağlılığın, milli dövlətçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olmuşdur. O, düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll etmişdir. Ulu Öndər cəmiyyət həyatının müxtəlif sahələri arasında üzvi bağlılığı aydın görərək, müəllifi olduğu milli inkişaf strategiyasında ictimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə qarşıda duran vəzifələri düzgün müəyyənləşdirmiş və məharətlə həyata keçirmişdir. Onun müəllifi olduğu neft strategiyasının uğurla reallaşdırılması nəticəsində xalqımız öz təbii sərvətlərinin tam sahibinə çevrilmiş və qısa müddətdə ölkəmizin inkişafına güclü təkan verən resurslar əldə edilmişdir. Azərbaycanın ilk Konstitusiyasının qəbul olunması və bütün sferaları əhatə edən köklü islahatların həyata keçirilməsi, demokratik, hüquqi dövlət quruculuğu, nizami ordunun yaradılması Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləridir. Xalqımızı vahid amal ətrafında birləşdirən azərbaycançılıq ideologiyasının formalaşdırılması, ana dilinin dövlət qayğısı ilə əhatə olunması, ictimai-siyasi, elmi və mədəni fikir tariximizin əlamətdar hadisələrinin müntəzəm qeyd edilməsi ənənəsinin yaradılması, Azərbaycanın çoxəsrlik mənəvi-mədəni irsə sahib qədim diyar və sivilizasiyaların qovşağında yerləşən tolerantlıq məkanı kimi geniş şöhrət qazanması Ümummilli Liderin mükəmməl quruculuq proqramının tərkib hissələri olmuşdur.
Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, Ulu Öndər Heydər Əliyevin tarixi qayıdışının nəticəsi dünyanın ən dinamik inkişaf edən ölkəsi kimi tanınan bugünkü müasirləşən, yeniləşən, dünyada mövqeləri möhkəmlənən, ərazi bütövlüyünü və suverenliyini tam təmin edən müasir müstəqil, qalib Azərbaycandır.
Müharibə şəraitində yaşayan ölkə üçün qüdrətli iqtisadiyyatın və ordunun olması vacib şərtlərdən biridir. Ümummilli Liderin iqtisadiyyatın sürətli inkişafını təmin etmək üçün atdığı addımlar davamlı uğurlarımızı şərtləndirdi. Bu mühüm məqamı xüsusi qeyd etməliyik ki, dahi şəxsiyyətin gərgin səyləri nəticəsində 1994-cü il 12 may tarixində Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında sazişin imzalanması sonrakı uğurlarımızın əsası oldu. Elə həmin ilin 20 sentyabrında “Əsrin müqaviləsi” imzalandı. Azərbaycanın iqtisadi və siyasi mövqeyinin möhkəmlənməsində əhəmiyyətli rola malik olan bu saziş ökəmizə yeni dostlar, tərəfdaşlar qazandırdı. Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmləndi. Bunun nəticəsi olaraq 2017-ci ildə “Yeni əsrin müqaviləsi” imzalandı, 2018-ci ildə çoxtərəfli əməkdaşlığın başlanğıcı kimi dəyərləndirilən Cənub Qaz Dəhlizinin rəsmi açılışı oldu. 2020-ci ilin sonunda isə bu layihənin tam şəkildə icrası başa çatdı.
Azərbaycanın iqtisadi və maliyyə imkanlarının genişlənməsi bütün sahələrdə, xüsusilə ordu quruculuğunda mühüm addımların atılmasına stimul oldu. Ulu Öndər “Azərbaycan Respublikası bir müstəqil dövlət kimi özünü müdafiə etməyə qadir orduya malik olmalıdır. Təəssüf ki, müstəqillik əldə ediləndən sonra keçən dövrdə bu sahədə az iş görülübdür. Lazım gələrsə, sülh yolunda addımlarımız nəticə verməsə, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün, respublikanı müdafiə etmək üçün qüdrətli bir ordunun yaradılması bizim əsas vəzifəmizdir” sözləri ilə ölkənin müdafiə qüdrətinin möhkəmlənməsini ümdə vəzifə kimi qarşıya qoymuşdur.
Ulu Öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısında ən böyük xidmətlərindən biri də uğurlu inkişafın davam etdirilməsi, gələcəyimizin daha parlaq olması, dünyaya Günəş kimi doğan Azərbaycanın ərazi bütövlüyünü təmin edərək qalib ölkə kimi nüfuz qazanması və sair kimi hədəflərin reallığa çevrilməsi üçün 2003-cü il 1 oktyabr tarixində xalqa tarixi müraciəti oldu. Həmin müraciətdə Ümummilli Lider cənab İlham Əliyevə özü qədər inandığını bildirmişdir. Belə bir əminliyi də ifadə etmişdir ki, axıra catdıra bilmədiyi işləri, planları xalqın dəstəyi və köməyi ilə cənab İlham Əliyev axıra çatdıra bilər. Ümummilli Liderin bu inamına əsas verən cənab
İlham Əliyevin yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyət olması idi: “Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəkdir.”
2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilən cənab İlham Əliyev həmin dövrdən ötən 20 ildə Ümummilli Liderin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirərək Azərbaycana davamlı uğurlar qazandırır. Onun müəyyənləşdirdiyi yol xəritəsi güclü iqtisadi potensialın formalaşdırılmasını, müasir cəmiyyət quruculuğunu, qarşıya qoyulmuş bütün vəzifələri yerinə yetirmək qüdrətində olan Silahlı Qüvvələrin yaradılmasını, beynəlxalq aləmlə bərabərhüquqlu, qarşılıqlı etimada və əməkdaşlığa əsaslanan əlaqələrin inkişaf etdirilməsini və bütün bunların son hədəfi kimi Azərbaycanın müstəqil siyasətini, ərazi bütövlüyünün və suverenliyinin bərpasını nəzərdə tutmuşdur.
Bu fakt da inkaredilməzdir ki, cəmiyyətdə insanları öz ardınca apara bilən liderə tələbat ən taleyüklü mərhələlərdə yaranır. Siyasi arenada dövlətin və xalqın gələcəyi ilə bağlı məsuliyyəti öz üzərinə götürməyi, vaxtında və düzgün qərarlar qəbul edərək, onların icrasına dair qətiyyətli addımlar ataraq tarixi bir missiyanı yerinə yetirməyi bacaran şəxsiyyətlər xalqın əsl liderinə və siyasi fenomenə çevrilirlər. Böyük lider həmişə situasiyanı hiss edir və onu nə vaxt istifadə etməyin mümkün olacağını bilir. 2003-cü ildə andiçmə mərasimində Azərbaycanın gələcəyi ilə bağlı fikirlərini cəmiyyətə çatdıran cənab İlham Əliyev də artıq o dövrdə həm ölkə daxili, həm geosiyasi, həm də qlobal müstəvidə mövcud vəziyyəti aydın görür, xalqımızın gələcəyi ilə bağlı nəyi, nə vaxt və necə etməyin lazım olduğunu çox aydın bilirdi.
44 günlük İkinci Qarabağ müharibəsində qazanılmış tarixi Zəfərimiz Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, düşünülmüş siyasəti, qətiyyəti və prinsipiallığı nəticəsində bütün istiqamətlərdə əldə olunan uğurların, güclü dövləti xarakterizə edən bütün amillərin biri-biri ilə sıx bağlılığının məntiqi nəticəsi oldu. Bu Qələbə bir daha göstərdi ki, milli maraqları hər şeydən üstün tutan Liderin ətrafında sıx birləşmiş xalq bütün dünyaya öz sözünü deməyə, beynəlxalq münasibətlərdə formalaşmış stereotipləri sındırmağa və düşməni diz çökdürərək tarixi ədaləti bərpa etməyə qadirdir. İkinci Qarabağ müharibəsini Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başa çatdıran, XXI əsrin müharibə tarixinə imzasını yazan Silahlı Qüvvələrimizin döyüş təcrübəsinin xarici ölkələrin ali hərbi məktəblərində öyrədilməsi Ulu Öndərin ordu quruculuğu sahəsində apardığı islahatların məntiqi nəticəsidir. Tarixi Zəfərimizin qazanılmasında uzaqgörən siyasətçinin vaxtilə yaratdığı Cəmşid Naxçıvanski adına hərbi məktəbin yetirmələrinin xüsusi rolu olmuşdur. Ulu Öndərin digər sahələrdə olduğu kimi, ordu quruculuğunda da qarşıya qoyduğu vəzifələri, müasir Silahlı Qüvvələrin yaradılması ilə bağlı istəklərini reallaşdıran Prezident İlham Əliyev Ali Baş Komandan kimi 44 gün davam edən Vətən müharibəsini Zəfərlə başa vuraraq, Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etdi. Bu gün işğaldan azad edilən bütün torpaqlarımızda üçrəngli bayrağımız dalğalanır. Ulu Öndərin ruhu şaddır. Ata vəsiyyətinə sədaqətini xalqımızın illərdən bəri torpaq həsrətinə son qoymaqla təsdiqləyən Müzəffər Ali Baş Komandan İlham Əliyev oktyabrın 15-də növbəti zəfər səhifəsini yazmaqla öz xoşbəxtliyini, keçirdiyi qürur hissini belə ifadə etdi: “Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi. Bu gün bütün Azərbaycan xalqı ürəkdən sevinir, bütün Azərbaycan xalqı “Allaha şükür” deyir. Bu günü biz 30 ildən çox gözləmişdik. Ancaq hər birimiz, əminəm və inanırdıq ki, bu gün gələcək.” Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə dalğalanan Azərbaycan Bayrağı qürurumuz, kimliyimiz, böyük xoşbəxtliyimizdir. Bu xoşbəxtliyi, qüruru bizə yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna minnətdarıq. 44 günlük İkinci Qarabağ müharibəsinin rəmzinə çevrilən “Dəmir yumruq” bu gün özünü Qarabağımızın və Şərqi Zəngəzurumuzun dirçəlməsində təsdiqləyir. Xalqımız Prezidentin ətrafında yumruq kimi birləşərək bu hədəfə də zamanında nail olacağımıza əmindir. Genişmiqyaslı bərpa-quruculuq işləri soydaşlarımızın dogma yurd-yuvalarına qayıdışı ilə müşaiyət olunur. Müzəffər Ali Baş Komandan İlham Əliyev bu qayıdışın yaratdığı sevinci Füzuli Şəhəri Günündə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyəti nümayəndələri ilə görüşündə belə ifadə etmişdir: “Necə də gözəl bir gündür. Siz mənə “Xoş gəlmisiniz!” deyirsiniz. Mən işğal dövründə həm füzulililərlə, həm digər rayonlardan olan keçmiş köçkünlərlə görüşlərdə dəfələrlə deyirdim ki, gün gələcək, siz mənə “Xoş gəlmisiniz!” deyəcəksiniz və bu gün gəldi.” Adını tarixə qalib Prezident kimi qızıl hərflərlə yazdıran cənab İlham
Əliyev son 20 ildə Heydər Əliyev siyasətinə sadiqliyini verdiyi vədləri reallığa çevirməklə təsdiqlədi. Heydər Əliyev yolu bundan sonra da Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycana daha möhtəşəm uğurlar qazandıracaq.
Əlişah Rəcəbov
YAP Ağdaş rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxİdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50

