Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Milli Məclisin plenar iclasında...

Milli Məclisin plenar iclasında...

25.10.2023 [11:01]

Fransanın Ermənistanı silahlandırması məsələsi qaldırıldı

Oktyabrın 24-də Milli Məclisin payız sessiyası üzrə növbəti plenar iclası keçirilib. Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasın gündəliyinə 16 məsələnin müzakirəsi daxil edilib. Əvvəlcə Fransanın Ermənistanı silahlandırması məsələsi qaldırılıb. Milli Məclisin deputatı Tural Gəncəliyev çıxışı zamanı deyib ki, son zamanlar Fransanın Cənubi Qafqazda aqressiv siyasətinin yeni təzahürləri meydana çıxıb. Onun sözlərinə görə, Fransa və Ermənistan arasında hərbi sahədə əməkdaşlıqla bağlı imzalanan sonuncu müqavilə regionda olan həssas balansın pozulmasına yönəlib və Azərbaycanın milli təhlükəsizliyinə xələl gətirəcək hadisədir: “Bunu ciddi şəkildə qınamalı və pisləməliyik”.

Fransanın yeni müstəmləkəçilik siyasəti

Deputat bildirib ki, Fransa yeni müstəmləkəçilik siyasətinin adını dəyişərək bir sıra əraziləri öz nəzarətində saxlayır: “Bu zülmə qarşı xalqların səsinə səs verməliyik. Ritorika səviyyəsində Fransanın beynəlxalq təşkilatlarda apardığı aqressiv siyasəti pisləməliyik”.

Milli Məclisin deputatı Elman Nəsirov isə vurğulayıb ki, Fransa ilə Ermənistan arasında silah-sursat alqı-satqısı ilə bağlı müqavilənin imzalanması gələcək perspektivdə bu regionda ciddi təhlükəli proseslərin baş verməsinə səbəb ola bilər: “Ən yaxşı halda Ermənistanın hərbi təxribatlarını, ən pis halda isə üçüncü Qarabağ müharibəsini labüd edə bilər. Fransanın Ermənistana verəcəyi silahların arasında raketdən müdafiə sistemləri ön planda dayanır”.

Sonra Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, bu gün Azərbaycana qarşı Avropa Parlamentində təmsil olunan bir sıra qrupların təzyiqlərini hiss edir, eləcə də ədalətsiz yanaşmanı görürük.

“3+3” formatlı görüşdən sonra da Azərbaycana qarşı təzyiqlər qaçılmazdır

O qeyd edib ki, Avropa İttifaqı ilə ən çox iqtisadi əməkdaşlıq edən də məhz Azərbaycandır: “Mübarizəmizi davam etdirməli, mövqeyimizi çatdırmalıyıq. Bu gün Azərbaycan ədalətli mövqedədir, ermənilərə qarşı heç bir soyqırımı həyata keçirilməyib. “3+3” formatlı görüşdən sonra da Azərbaycana qarşı təzyiqlərin olması qaçılmazdır”.

Komitə sədri söyləyib ki, Azərbaycana qarşı çıxan bir çox ölkələrin özləri belə müstəqil deyil: “Nəticədə orada qəbul olunan hər hansı ədalətsiz qərarı təsdiq etmək, yaxud qoşulmaq məcburiyyəti qarşısındadırlar. Ona görə də hər bir ölkə ilə bağlı fikirləri ortaya qoymalıyıq. Bu gün torpaqlarımızın bütövlüyünü təmin etmişik. Həm daxili auditoriya, həm də beynəlxalq təşkilatlarla əlaqələrin qurulması, onların mütəmadi şəkildə məlumatlandırılması vacibdir”.

Daha sonra “Energetika haqqında” qanun layihəsi (üçüncü oxunuş), “Lisenziyalar və icazələr haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş), Mülki Prosessual Məcəllədə, İnzibati Xətalar Məcəlləsində, “Notariat haqqında” və “İnzibati icraat haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş), “Polis haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş), Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş), “Peşə təhsili haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş), “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş), “Ovçuluq haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) səsvermə əsasında qəbul edilib.

Ardınca “Sosial xidmət haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş), “Poçt haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş), “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş), Əmək Məcəlləsində və “Əmək pensiyaları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş), “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş), “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 987-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş), “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsi (ikinci oxunuş), “Polis haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” və “Ümumi təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) səsverməyə çıxarılaraq təsdiqlənib.

Beləliklə, Milli Məclisin payız sessiyası üzrə növbəti plenar iclası başa çatıb.

Günel ABBAS

Paylaş:
Baxılıb: 488 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31