Ümumbəşəri prinsiplərinə hörmətsizlik
21.10.2023 [12:10]
Bakıda "Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” mövzusunda beynəlxalq konfrans keçirilib
N.BAYRAMLI
Oktyabrın 20-də Bakıda "Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransda rəsmi şəxslər, 14 ölkənin, eləcə də Fransanın müstəmləkə altında saxladığı dənizaşırı ərazilərinin, həmçinin Korsikanın təmsilçiləri də iştirak ediblər.
Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan Prezidenti İlham Əliyev "Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” mövzusunda beynəlxalq konfrans iştirakçılarına müraciətini oxuyub.
Daha sonra Hikmət Hacıyev bildirib ki, bəzi Avropa ölkələri tərəfdən kolonializm siyasəti davam etdirilir. Onlar, eyni zamanda, hərbi gücdən istifadə edirlər. “Biz bu gün kolonializmlə bağlı mübarizədə çoxlu fikirlər eşitdik. Azərbaycan olaraq biz öz səylərimizi, mübarizəmizi və siyasi azadlıq ambisiyalarımızı davam etdirəcəyik. Burada səsləndirilən fikirləri BMT və digər beynəlxalq təşkilatlar səviyyəsinə qaldıracağıq. Mənim ölkəm uzun illər müstəqilliyindən məhrum olub. Biz dövlət olaraq işğalın nə olduğunu bilirik”, - deyə Prezidentin köməkçisi vurğulayıb.
Konfransda çıxış edən Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva deyib ki, özünü demokratiyanın beşiyi hesab etməsinə baxmayaraq, neokolonializm siyasəti həyata keçirən Fransa kimi ölkələr uzun illərdir beynəlxalq hüququn hamılıqla qəbul edilmiş ümumbəşəri prinsiplərinə hörmətsizlik nümayiş etdirərək insan hüquqlarını kobud şəkildə pozmaqda, xalqlar arasında barışın əldə olunmasına, sülh və əmin-amanlıq mühitinin yaranmasına mane olmaqda davam edir. O bildirib ki, BMT Baş Assambleyası tərəfindən 75 il əvvəl qəbul edilmiş və mütərəqqi müddəaların əhəmiyyətinə görə hələ də təməl sənədi hesab olunan Ümumdünya İnsan Hüquqları Bəyannaməsi irqindən, cinsindən, dilindən, dinindən, mənşəyindən və siyasi əqidəsindən asılı olmayaraq, bütün insanların bərabərliyinin təminini özündə ehtiva edir. “Ümumbəşəri xarakterə malik olan həmin sənədin 4-cü maddəsinə əsasən heç kəs kölə və ya asılı vəziyyətdə saxlanıla bilməz, quldarlıq və qul ticarəti bütün formalarda qadağan edilir. Bu il bu sənədin qəbul olunmasının 75 illiyinin qeyd olunduğu müasir dövrdə hələ də dünyada müstəmləkə siyasəti ilə məşğul olan ölkələrin mövcud olması təəssüf doğurur”, - deyə ombudsman qeyd edib.
Ombudsman diqqətə çatdırıb ki, tarix boyunca bu mənfur siyasətindən əl çəkməyən dövlətlər nəinki müstəmləkəsi altında saxladığı dövlətlərin xalqlarının, hətta öz vətəndaşlarının da fundamental hüquq və azadlıqlarını pozanlar bu gün özünü dünyaya insan haqlarının və beynəlxalq hüququn müdafiəçisi kimi təqdim edirlər.
Onun sözlərinə görə, Afrikada, Yaxın və Uzaq Şərqdə həyata keçirilən neokolonializm siyasəti milyonlarla günahsız insanın yaşamaq, azadlıq və sərbəst hərəkət etmək, mülkiyyət, təhlükəsiz yaşamaq, sağlam ətraf mühitdə yaşamaq, sağlamlığın qorunması kimi əsas insan hüquqlarının kobud şəkildə pozulmasına səbəb olub. Təcavüzkar dövlətlər müstəmləkə əsarətində saxladıqları ölkələrində daxili qarşıdurmaların, soyqırımlarının baş verməsində bilavasitə məsuliyyət daşıyır. Bu çirkin əməllərindən əsas ziyan çəkənlər isə hər zaman olduğu kimi günahsız insanlar - mülki əhalidir. “XX əsrin ikinci yarısı boyunca Əlcəzairdə və özünün dənizaşırı ərazilərində qlobal səviyyədə ətraf mühitin deqradasiyasına, yerli icmalarda ciddi sağlamlıq problemlərinə səbəb olmuş Fransa, müstəmləkəsinə çevirdiyi ölkələrdə yaşayan xalqların hüquqlarını kobud şəkildə pozmaqdadır. Demək olar ki, tarixin bütün dövrlərində Afrika ölkələrində müsəlman əhaliyə qarşı ağır cinayətlər, dəhşətli qırğınlar törədilib. Təkcə Əlcəzairdə yüz ildən çox müddət ərzində 1,5 milyondan artıq insanın amansızca qətlə yetirilməsi ilə müşayiət olunan insan hüquqlarının pozulması faktları bunu bir daha təsdiq edir”, - deyə S.Əliyeva vurğulayıb.
Qeyd edək ki, Bakıda keçirilən "Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” mövzusunda beynəlxalq konfransın iştirakçıları Azərbaycan Prezidenti İlham Əliyevə müraciət ünvanlayıblar. Müraciəti “Bakı Təşəbbüs Qrupu” İctimai Birliyinin icraçı direktoru Abbas Abbasov oxuyub.
Müraciətdə deyilir: “Biz - Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə 2023-cü il oktyabrın 20-də Bakıda “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik " mövzusunda keçirilən konfransın iştirakçıları olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müraciətini yüksək qiymətləndirir və ədalət və azadlıq uğrunda haqlı mübarizəmizə ardıcıl dəstəyinə görə minnətdarlığımızı bildiririk.
Bundan əlavə, biz Azərbaycan Respublikasının Qoşulmama Hərəkatının fundamental prinsiplərinə, beynəlxalq hüququn norma və prinsiplərinə, habelə BMT Nizamnaməsində təsbit olunmuş məqsəd və prinsiplərə sadiqliyini yüksək qiymətləndiririk.
Biz Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə gördüyü işləri, irəli sürdüyü təşəbbüsləri və təşkilatın fəaliyyətinin genişləndirilməsi və beynəlxalq nüfuzunun artırılması istiqamətində atdığı addımları, xüsusən də müstəmləkəçiliyə qarşı mübarizədə qətiyyətli mövqeyini alqışlayırıq.
Əminik ki, bizim kollektiv və ədalətli mübarizəmiz, eləcə də dünya ictimaiyyətinin bununla bağlı artan tələbi dekolonizasiya ilə bağlı lazımi addımların atılması, təbii hüquq və azadlıqlarımızın təmin olunması ilə nəticələnəcək.
Biz Bakı Təşəbbüs Qrupunun bu ilin iyulunda Bakıda və sentyabrda Nyu-Yorkda təşkil etdiyi tədbirlərin yekun sənədlərində öz əksini tapmış prinsipial mövqeyimizin düzgünlüyünü və aktuallığını bir daha təsdiqləyirik”.
Xəbər lenti
Hamısına baxDünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45
Elm
12 Avqust 16:30
İdman
12 Avqust 16:22
Sosial
12 Avqust 16:00
Siyasət
12 Avqust 15:35
Sosial
12 Avqust 15:35
Sosial
12 Avqust 15:27
İdman
12 Avqust 15:20
İqtisadiyyat
12 Avqust 15:00
Elm
12 Avqust 14:50
Sosial
12 Avqust 14:35
İqtisadiyyat
12 Avqust 14:20
Sosial
12 Avqust 14:20
Elm
12 Avqust 13:50
Dünya
12 Avqust 13:25
Siyasət
12 Avqust 13:17
İdman
12 Avqust 12:58
Dünya
12 Avqust 12:35
Siyasət
12 Avqust 12:05
Sosial
12 Avqust 11:45
Siyasət
12 Avqust 11:44
Siyasət
12 Avqust 11:22
Siyasət
12 Avqust 11:21
Gündəm
12 Avqust 11:15
Gündəm
12 Avqust 10:45
Analitik
12 Avqust 10:25
Sosial
12 Avqust 10:15
Analitik
12 Avqust 09:40
Sosial
12 Avqust 09:05
Dünya
11 Avqust 23:50
Dünya
11 Avqust 23:30
Dünya
11 Avqust 23:15
Dünya
11 Avqust 22:42
Gündəm
11 Avqust 22:24
Dünya
11 Avqust 22:15
Gündəm
11 Avqust 22:09
Gündəm
11 Avqust 21:59
Gündəm
11 Avqust 21:50
Dünya
11 Avqust 21:50
Gündəm
11 Avqust 21:42
Gündəm
11 Avqust 21:39
Dünya
11 Avqust 21:30
Gündəm
11 Avqust 21:26
Dünya
11 Avqust 20:57
Gündəm
11 Avqust 20:35

