2019-cu ilin 19 oktyabrında...
21.10.2023 [11:30]
Əslində nə baş verirdi?
Redikül müxalifətin xaricdəki anti-azərbaycançı mərkəzlərə xidmət etməsi və onların əlində alət olması bütün cəmiyyətimizə məlum olan faktdır. Bu baxımdan, AXCP və onun sədri Əli Kərimli öndə gedənlər sırasındadır. Ə.Kərimlinin indiyədək Azərbaycanın hər hansı bir uğuruna sevinməməsi də buradan qaynaqlanır. Bütün sosial dayaqlardan məhrum olan Ə.Kərimli hazırda yalnız sosial şəbəkələr müstəvisində “fəaliyyət” göstərir. O, əsasən xaricdən aldığı tapşırıqlara uyğun olaraq ölkədə qarışıqlıq yaratmağa çalışıb, qanunsuz aksiyaların keçirilməsi cəhdləri də buna sübutdur. 2019-cu ilin oktyabr ayında, xüsusilə oktyabrın 19-da redikül xəyanətkarların qanunsuz aksiya keçirmək istəyi də buradan qaynaqlanırdı. Təbii ki, burada Ə.Kərimli üçün erməni təəssübkeşliyi də önəmli rol oynayırdı.
Fəzail Ağamalı: Əli Kərimli anti-Azərbaycan mərkəzlərindən asılıdır
Mövzu ilə bağlı qəzetimizə açıqlama verən Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı bildirib ki, Əli Kərimli özünün məhdud dairəsi ilə uzun illərdir Azərbaycan dövlətçiliyinə, onun strateji maraqlarına qarşı fəaliyyət göstərir. AXCP sədrinin anti-Azərbaycan qüvvələrin içərisində xüsusi yer aldığını deyən F.Ağamalının sözlərinə görə, 2003-cü ildən keçən zaman kəsiyindəki fəaliyyətində Ə.Kərimlinin dövlətimiz və mili maraqlarımızla bağlı bir cümlə belə xoşniyyətli fikirlərinə rast gəlmək mümkün deyil. O, ən müxtəlif üsullarla dövlətçiliyimizə qarşı düşmənçiliyini davam etdirməkdədir.
Həmsöhbətimiz deyib ki, 30 il ərzində erməni lobbisinin fəaliyyətində Azərbaycanın öz torpaqlarını Ermənistanın işğalından azad etməməsi vəzifəsi əsas yerlərdən birini tutub. Bu məqsəd üçün həmin qüvvələr dövlətimizin beynəlxalq imicinə zərbə vurmaq üçün müxtəlif variantlara əl atıblar. Onların sırasında guya ölkəmizdə insan hüquqları, sərbəst toplaşmaq azadlığının olmaması ilə bağlı rəy formalaşdırılması da var idi. “Bu məqsədlərinə çatmaq üçün Ə.Kərimli kimilərindən istifadə edirdilər. Sözügedən qanunsuz aksiyaların keçirilməsində də məqsəd bundan ibarət idi ki, ölkədə qarşıqlıq yaradılsın. Yəni Azərbaycan iqtidarını bu cür məsələlərlə məşğul etmək, əraziləri işğaldan azad etmək məsələsini isə arxa plana keçirmək istəyi var idi. Lakin məqsədlərinə çatmadılar. Ə.Kərimlinin qanunsuz aksiyaları da onlara kömək etmədi”-deyən AVP sədri xatırladıb ki, AXCP-nin həmin qüvvələrdən maliyyə asılılığı var. Ona görə də, 2019-cu ilin oktyabrındakı qanunsuz aksiya da daxil olmaqla, müxtəlif təxribatçı planlar hazırlanıb.
Elşən Musayev: Tapşırıqların xaricdən alınması sirr deyildi
Azərbaycan Demokratik Maarifçilik Partiyasının (ADMP) sədri, millət vəkili Elşən Musayev də AXCP sədri Ə.Kərimlinin hər zaman milli maraqlara zidd fəaliyyət göstərdiyini vurğulayıb. Onun sözlərinə görə, 2019-cu il də daxil olmaqla Ə.Kərimlinin keçirmək istədiyi bütün qanunsuz aksiyaların məqsədi ölkədə qarşıdurma yaratmaqdan ibarət olub. Ə.Kərimlinin belə tapşırıqları xaricdən alması heç kimə sirr deyil. E.Musayev bildirib ki, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi Ə.Kərimlini və onun xaricdəki havadarlarını kədərləndirib: “Görünən budur ki, Azərbaycan xalqı Xankəndi qələbəsindən sonra nə qədər xoşbəxt olubsa, içimizdəki bəzi xain ünsürlər də bir o qədər bədbəxt olublar. Biz vaxtilə qanunsuz aksiyaların nə məqsədlərlə keçirildiyini yaxşı bilirik. AXCP sədri xaricdəki müəyyən qüvvələrin diqtəsi ilə hərəkət edir. Bu baxımdan, Əli Kərimli 2019-cu ilin oktyabrın 19-da vətəndaş qırğını salmaqda maraqlı idi. Qanunlara qarşı gəlməyi üstün tutan, şəhərin mərkəzində qeyri-sabitlik yaratmaq istəyən, asayişi qoruyan hüquq-mühafizə orqanları əməkdaşlarının qanuni çağırışlarına qarşı təxribatlar hazırlayan bu ünsürün etdikləri birbaşa xarici emissarlar tərəfindən hazırlanan planın tərkib hissəsi idi”.
ADMP sədri deyib ki, dövlətimizin qazandığı zəfər Azərbaycanı istəməyən qüvvələrin bütün planlarını iflasa uğradıb: “Ə.Kərimli kimilərinin dörd il öncəsi planı fiaskoya uğradığı kimi, bundan sonra da belə olacaq. Buna heç bir şübhə yoxdur”.
Razi Nurullayev: Onlar pul müqabilində hər şeyi satmağa hazırdır
Milli Cəbhə Partiyasının (MCP) sədri, millət vəkili Razi Nurullayev isə deyib ki, xaricdəki müəyyən qüvvələrin ölkəmizdə qarşıdurmalar yaratmaq cəhdləri həmişə olub. 2019-cu il oktyabrın 19-da baş verən hadisələr də həmin planın tərkib hissəsi idi. Ə.Kərimli planı nə qədər yerinə yetirməyə çalışsa da, alınmadı. Çünki xalq arasında heç bir dəstəyi yoxdur.
R.Nurullayev qeyd edib ki, AXCP sədri maliyyə cəhətdən birbaşa xarici dairələrdən asılıdır: “Ə.Kərimli niyə xarici qüvvələrə xidmət edir? Çünki pulları oradan gəlir. Belə çıxır ki, onlar pul müqabilində hər şeyi satmağa hazırdırlar. O zaman Vətəndən, torpaqdan danışmağa haqları yoxdur”.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxElm
07 Oktyabr 23:29
Dünya
07 Oktyabr 22:46
İqtisadiyyat
07 Oktyabr 22:03
Dünya
07 Oktyabr 21:30
Dünya
07 Oktyabr 20:57
Dünya
07 Oktyabr 20:33
Dünya
07 Oktyabr 19:57
Dünya
07 Oktyabr 19:14
Dünya
07 Oktyabr 18:43
Hadisə
07 Oktyabr 18:22
Dünya
07 Oktyabr 17:45
Dünya
07 Oktyabr 17:19
Elm
07 Oktyabr 16:32
İqtisadiyyat
07 Oktyabr 16:30
YAP xəbərləri
07 Oktyabr 16:26
Hadisə
07 Oktyabr 16:13
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:11
Siyasət
07 Oktyabr 16:11
Gündəm
07 Oktyabr 15:38
Sosial
07 Oktyabr 15:18
Siyasət
07 Oktyabr 15:05
Siyasət
07 Oktyabr 15:04
İqtisadiyyat
07 Oktyabr 14:21
Sosial
07 Oktyabr 14:07
Siyasət
07 Oktyabr 13:30
Siyasət
07 Oktyabr 13:07
Siyasət
07 Oktyabr 12:50
Siyasət
07 Oktyabr 12:49
Sosial
07 Oktyabr 12:29
YAP xəbərləri
07 Oktyabr 12:25
Siyasət
07 Oktyabr 12:24
Siyasət
07 Oktyabr 12:12
Siyasət
07 Oktyabr 12:10
Siyasət
07 Oktyabr 12:09
YAP xəbərləri
07 Oktyabr 11:46
YAP xəbərləri
07 Oktyabr 11:45
Gündəm
07 Oktyabr 11:45
Siyasət
07 Oktyabr 11:23
Siyasət
07 Oktyabr 11:22
Gündəm
07 Oktyabr 11:19
Siyasət
07 Oktyabr 11:11
Analitik
07 Oktyabr 10:58
MEDİA
07 Oktyabr 10:56
Gündəm
07 Oktyabr 10:54
Siyasət
07 Oktyabr 10:25
Siyasət
07 Oktyabr 10:09
Analitik
07 Oktyabr 09:42
Gündəm
07 Oktyabr 09:35
Analitik
07 Oktyabr 09:17
Sosial
07 Oktyabr 08:53
Sosial
07 Oktyabr 08:30
Gündəm
07 Oktyabr 08:11
İqtisadiyyat
06 Oktyabr 23:53
Dünya
06 Oktyabr 23:23
YAP xəbərləri
06 Oktyabr 23:04
YAP xəbərləri
06 Oktyabr 22:59
Dünya
06 Oktyabr 22:24
Dünya
06 Oktyabr 21:42
Dünya
06 Oktyabr 21:09
Dünya
06 Oktyabr 20:22
İqtisadiyyat
06 Oktyabr 20:07
Dünya
06 Oktyabr 19:59
Dünya
06 Oktyabr 19:41
Dünya
06 Oktyabr 18:14
Dünya
06 Oktyabr 17:30
Gündəm
06 Oktyabr 16:20
Dünya
06 Oktyabr 16:20
Siyasət
06 Oktyabr 16:15

