Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / I Qurultaydan VI Qurultaya...

I Qurultaydan VI Qurultaya...

20.10.2023 [11:58]

Azərbaycan Qadınlarının ictimai-siyasi həyatında dönüş mərhələsi

Günel ABBAS

26 illik fasilədən sonra 1998-ci il sentyabrın 14-də Azərbaycan Qadınlarının I Qurultayı baş tutmuşdu. Bu gün həmin tarixdən nə az, nə çox düz 25 il keçir. İki gün davam edən qurultayda respublika qadınlarını iki mindən çox nümayəndə təmsil edib. Onların əksəriyyəti bölmə iclaslarında çıxış edib öz ürək sözlərini cəmiyyətə çatdırmaq imkanı qazanıb.

Məhz bu qurultay Müstəqil Azərbaycan qadınlarının ictimai-siyasi həyatında dönüş mərhələsinin başlanğıcı olub. Ulu öndər

Heydər Əliyev Qurultayda öz çıxışında deyib: “Hesab edirəm ki, bu Qurultay XX əsrdə Azərbaycanın tarixində ən böyük tarixi hadisələrindən biridir. Azərbaycan qadınları bu qurultayla müstəqil Azərbaycanda gələcəyin qadın hərəkatının əsasını qoyublar, qadınların cəmiyyətdə fəallığının, onların cəmiyyət və dövlətin həyatında iştirakının əsasını qoyublar. Siz bunun əsasını qoymusunuz, böyük iş görmüsünüz. Bu münasibətlə mən sizi ürəkdən təbrik edirəm”.

Heydər Əliyev demişdi ki...

Qadınların hər zaman aparıcı qüvvə olduğunu bildirən Heydər Əliyev onların milli xüsusiyyətlərini olduqca yüksək dəyərləndirib: “Azərbaycan qadını tarix boyu öz ağlı, zəkası, namusu, qeyrəti, isməti, fədakarlığı, çalışqanlığı, mərdliyi, vətənpərvərliyi ilə millətinə, torpağına olan hədsiz məhəbbəti və gözəlliyi, Azərbaycan xalqının milli xüsusiyyətlərinə sadiqliyi ilə tanınmışdır. Qadın ailə saxlayan bir insandır. Ona görə də, bütün qadınlar bizim cəmiyyətdə çox əhəmiyyətli rol oynayırlar. Mən bunları deyərək qadınların bizim üçün nə qədər əziz olduğunu bir daha bəyan etmək istəyirəm”.

Müstəqil Azərbaycanın ilk qadınlar Qurultayı bir çox cəhətləri ilə həmişəlik yaddaşlara həkk olunub. Bundan sonra ardıcıl olaraq 2003, 2008, 2013 və 2018-ci illərdə Azərbaycan Qadınlarının qurultayları baş tutub.

Çox müsbət bir haldır ki, bu siyasət bu gün də uğurla davam edir. Bu gün qadınlar ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməklə yanaşı, dövlət qurumlarında da lazımi səviyyədə təmsil olunurlar. Bu fakt da dövlətin qadınlara göstərdiyi diqqətin bariz nümunəsidir.

İlk Qurultaydan 25 il sonra

Yeri gəlmişkən, oktyabrın 19-da Bakının “Gülüstan” sarayında Azərbaycan Qadınlarının VI Qurultayı baş tutub. Ölkənin bütün regionlarından olan 600-ə yaxın qadının bir araya gəldiyi Azərbaycan Qadınlarının VI Qurultayı ölkəmizdə qadın hərəkatının əsasını qoymuş Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi, eyni zamanda, ilk Qadın Qurultayının 25 ili münasibətilə keçirilib.

Qurultay çərçivəsində “Ulu Öndər Heydər Əliyevin əsas missiyası: Böyük Qayıdış”, “Gender məsələləri hüquqi müstəvidə: Mövcud vəziyyət, qarşıda duran məsələlər”, “Sosial-iqtisadi islahatların gender aspektləri.Formal və qeyri-formal məşğulluqda qadın təmsilçiliyi”, “Qadın hüquqlarının həyata keçirilməsində çağırışlar və qlobal tendensiyalar” mövzuları üzrə 4 panel olub.

Türkiyə, Özbəkistan və Tacikistanın dövlət rəsmilərinin də qatıldığı qurultayda deputatlar, dövlət və qeyri-hökumət, eləcə də beynəlxalq təşkilatların və xarici dövlətlərin Azərbaycandakı səfirliklərinin, o cümlədən respublikanın bütün regionlarından nümayəndələr, görkəmli ictimai-siyasi xadimlər iştirak edib.

Çıxışçılar qeyd olunan məsələləri müzakirə edib, təkliflərini diqqətə çatdırıblar.

Hər beş sahibkardan biri...

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Azərbaycan Qadınlarının VI Qurultayında çıxışı zamanı deyib ki, son 20 ildə qadınların sahibkarlıq sahəsində rolu artıb. Onun sözlərinə görə, Azərbaycanda 2022-ci il üzrə qadınların orta aylıq əməkhaqqısı kişilərin orta aylıq əməkhaqqısının 68,1 faizi-ni təşkil edib.

Baş Nazirin müavini Əli Əhmədov isə qeyd edib ki, bu gün Azərbaycan qadınları ölkənin ictimai-siyasi həyatında böyük rola sahibdir: “Ölkədə qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində işlər uğurla davam etdirilir. İndiki qadınlar 15-20 il əvvəlki qadınlarla çox fərqlənir. Onlar cəmiyyətdə və dövlət sturukturlarında geniş fəallıq göstərir. Hökumətimiz qadınlara lazımi bütün dəstəyi göstərir və göstərəcək”.

Ombudsman Səbinə Əliyeva çıxışında bildirib ki, insan hüquqlarını ali dəyər kimi qəbul etmiş bütün demokratik dövlətlərdə olduğu kimi, Azərbaycanda da qadınların hüquq və azadlıqlarının təmini məsələlərinə, onların ölkənin inkişafındakı rolunun dəstəklənməsinə, gender bərabərliyinə nail olunmasına xüsusi diqqət yetirilir: “Hazırda qadın hüquqlarının müdafiəsi baxımından mühüm əhəmiyyətə malik bir sıra beynəlxalq müqavilələr ölkəmiz tərəfindən ratifikasiya edilib, bu sahədə geniş qanunvericilik bazası formalaşdırılıb, aidiyyəti beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq əlaqələri qurulub”.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva çıxışı zamanı deyib ki, Azərbaycanda bu istiqamətdə müvafiq işlər görüldüyünü diqqətə çatdırıb: “Azərbaycan Qadınlarının VI Qurultayı əməkdaşlıq üçün gözəl platformadır. Düşünürəm ki, bu toplantı əməkdaşlığa töhfə verəcək”. Azərbaycan qadınlarının qərar qəbul etmə prosesində fəallığının artırılmasının önəmini qeyd edən BMT rəsmisi onların öz hüquqlarının qorunmasında qətiyyətli olduqlarını diqqətə çatdırıb.

Onunla səmimi söhbətimiz daim yaddaşımdadır

Ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva 25 il bundan əvvəl, 1998-ci ildə Azərbaycan Qadınlarının I Qurultayında Səbail rayonundan nümayəndə kimi iştirak etdiyini xatırladıb: “Unudulmaz xatirələrimi bölüşmək istəyirəm. Azərbaycan qadınları üçün möhtəşəm olan bu tədbirdə mənə ulu öndər Heydər Əliyevin unudulmaz çıxışını canlı dinləmək nəsib olmuşdu. Çıxışının sonunda özü şəxsən elan etdi ki, tədbirdən sonra qurultayın çoxsaylı iştirakçıları ilə xatirə şəkli çəkdirəcək. Ümummilli Liderin gərgin iş qrafikinə baxmayaraq, şəkil çəkdirmək üçün qrup-qrup yaxılaşan qadınlarla səmimi söhbəti daim yaddaşımdadır”.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Azərbaycan Qadınlarının VI qurultayında bildirib ki, bu gün Azərbaycanda hər beş sahibkardan biri qadındır: “O cümlədən, Ağdam və Cəbrayıl rayonundakı sənaye parklarında, eləcə də texnoparklarda və aqroparklarda qeydiyyatdan keçən sahibkarların bir qismi qadındır. Dövlət qadınların sahibkarlıq fəaliyyətinə böyük ümid bəsləyir. Hazırda Qarabağda və Şərqi Zəngəzurun təhsil və səhiyyə sektorlarında, eləcə də məşğulluqda da qadınlar böyük paya malikdirlər”, - deyə o qeyd edib.

Yekunda müzakirə və təkliflər əsasında qətnamə qəbul olunub və Azərbaycan qadınlarının Prezidentə müraciəti səsləndirilib.

Paylaş:
Baxılıb: 508 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31