Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Fransa Martinikanı ayrıca xalq olaraq görməkdən imtina edir - Luk Karole

Fransa Martinikanı ayrıca xalq olaraq görməkdən imtina edir - Luk Karole

19.10.2023 [17:01]

Fransa Martinikanı ayrıca xalq olaraq görməkdən imtina edir.

Trend xəbər verir ki,bu barədə Martinikanın azadlığı partiyasının nümayəndəsi Luk Karole mətbuat konfransı zamanı deyib.

"Biz öz aramızda ana dilimizdə danışırıq. Lakin Fransa regional dillərlə bağlı qanuna imza atmayıb. Biz yaxın zamanda bir sənəd qəbul etdik ki, öz dilimiz Fransa ilə eyni statusa bərabər olsun. Lakin Fransa isə deyir ki, tək rəsmi dil fransız dilidir. Onlar başqa dilin rəsmi dil olmasından imtina edir”,- deyə o əlavə edib.

Qeyd edək ki, sabah Bakıda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Neokolonizalizm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” adlı beynəlxalq konfrans keçiriləcək.

Bakı Təşəbbüs Qrupu (BTQ) Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 6 iyul 2023-cü ildə Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılıb.

BTQ XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir.

Paylaş:
Baxılıb: 425 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Hadisə

Sosial

Gündəm

31-ci dəfə...

03 İyun 11:57  

Gündəm

Siyasət

Analitik

Milli səfərbərlik

03 İyun 09:31

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30