Ümummilli Lider Azərbaycan xalqının əzəmətinin simvoludur
19.10.2023 [10:15]
“Heydər Əliyev İli”ndə Onun şah əsəri olan müasir müstəqil Azərbaycanın inkişaf yolundan, qazandığı uğurlardan bəhs etmək böyük şərəf, eyni zamanda, məsuliyyətdir. Bu baxımdan ki, Ulu Öndər Heydər Əliyevin xidmətlərinin miqyası o qədər genişdir ki, onları bir yazıda əhatə etmək mümkünsüzdür. Məhz dahi şəxsiyyətdən danışarkən qeyd edilən “Zamana sığmayan Lider” ifadəsi özündə bütün məqamları birləşdirir.
Dövlət başçısı İlham Əliyevin sərəncamı ilə təsdiqlənən Tədbirlər Planında 18 istiqamətin yer alması Ümummilli Liderin fəaliyyətinin hər bir istiqamətinin zənginliyinin təsdiqidir. Məhz bunların fonunda Ümummilli Lider Heydər Əliyev bildirmişdir: “Nə qədər ki Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!”
Müstəqilliyimizin bərpasının 32-ci ildönümünü qeyd etdik. Dövlət başçısı İlham Əliyevin çağırışları sırasında bu mühüm məqam xüsusi yer tutur ki, tarixi paralellər əsasında Azərbaycanın müstəqillik tarixinin ayrı-ayrı mərhələləri dərindən öyrənilməli, gələcək nəsillərə çatdırılmalıdır. Gənc nəsil Azərbaycanın bugünkü inkişaf səviyyəsinə gəlib çatması üçün kimə borclu olduğumuz? bilməlidir. Reallıq budur ki, Ümummilli Lider 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı, Azərbaycan adlı dövlətdən danışmaq mümkün deyildi. Dövlət başçısı İlham Əliyev oktyabrın 15-də, ilk dəfə Prezident seçilməsinin 20-ci ildönümündə xalqımıza növbəti sevinci bəxş edərkən-Azərbaycan Bayrağını Xankəndidə ucaltdıqdan sonra xalqa müraciətində Azərbaycanın Heydər Əliyevsiz dövründə yaşadıqlarına diqqəti yönəldərək bildirdi ki, torpaqlar işğal altına düşdü, bir-birini dəyişən antimilli hökumətlər həm sovet dövründə, həm müstəqillik dövründə faktiki olaraq ancaq öz şəxsi maraqlarını qorumağa çalışırdılar. Xüsusilə AXC-Müsavat antimilli cütlüyünün xəyanətkar və satqın fəaliyyəti nəticəsində bütün bu boyda ərazi işğal altına düşdü, sonra da qorxaqcasına öz vəzifələrini guya donduraraq kənara çəkildilər. Yenə Heydər Əliyevin dühası, onun siması, Heydər Əliyev amili Azərbaycan xalqının yardımına yetişdi və biz haqlı olaraq Ulu Öndəri Xilaskar adlandırırıq. O vaxt Azərbaycanın dövlət müstəqilliyi əldən gedə bilərdi.
Ölkəmizin o illərdə yaşadıqları tariximizin qara səhifəsi kimi vərəqlənir. Azərbaycana rəhbərlik edən ünsürlərin siyasi savadsızlığı, idarəçilik qabiliyyətinin yoxluğu ucbatından Azərbaycan xaos, anarxiya, özbaşınalıq, iqtisadi böhran dövrünü yaşadı. Silahlı Qüvvələrimizin torpaqlarımızın deyil, ayrı-ayrı ünsürlərin maraqlarının müdafiəsinə xidmət etməsi ərazilərimizin işğalına səbəb olmuşdur. Xalqın sabaha ümidi itmişdi. Belə bir çətin gündə xalq Xilaskarını-Ulu Öndər Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Xalqının səsinə səs verən, hər zaman ən çətin anlarda xalqının yanında olan Ulu Öndər Heydər Əliyev 1993-cü ildə qayıdışı ilə xilaskarlıq missiyasını uğurla yerinə yetirdi, Azərbaycanı xaosdan, anarxiyadan, özbaşınalıqdan, iqtisadi böhrandan xilas etdi. Torpaqlarımızın işğalının qarşısı alındı. Tarixi nailiyyətimiz kimi dəyərləndirdiyi müstəqilliyimizi daimi, dönməz etmək üçün biri-birində mühüm addımlar atan Ümummilli Liderin gərgin səyləri nəticəsində cəbhə xəttində atəşkəsin əldə olunması ölkəmizdə sabitliyin möhkəmləndirilməsində əhəmiyyətli rol oynadı. Ulu Öndər bildirirdi ki, sabitlik olmasa, hansısa sosial-iqtisadi layihədən söhbət gedə bilməz. Azərbaycan qısa müddətdə sabitlik məkanına çevrildi. Müstəqilliyimizin bərpasının ilk illərində ölkədə mövcud olan ictimai-siyasi vəziyyətin gərginliyindən tərəddüd edərək Azərbaycanla iqtisadi əlaqələr qurmayan ölkələr Ümummilli Liderin qayıdışından sonra bu istəklərini reallığa çevirdilər. Azərbaycan qısa müddətdə yeni dostlar, tərəfdaşlar qazandı. 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasını, iqtisadi inkişafını təmin etdi. Dahi şəxsiyyət dünya təcrübəsinə istinadən bildirirdi ki, heç bir ölkə səylər birləşdirilmədən, qarşılıqlı təcrübə mübadiləsi aparılmadan təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz. “Əsrin müqaviləsi”ndən sonra imzalanan müqavilələrə diqqət yetirmək kifayətdir. Ən əsası 2017-ci ildə “Yeni əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın etibarlı tərəfdaş kimi artan nüfuzunu və rolunu nümayiş etdirdi.
Ümummilli Lider Azərbaycanı yenidən qurdu. Dövlətçiliyin əsasları yaradıldı. Milli Konstitusiyamız qəbul edildi. Ölkəmizdə demokratik inkişafı təmin etmək üçün bütün təsisatlar formalaşdı. Azərbaycan beynəlxalq təcriddən xilas oldu. Ölkəmizin ətrafında yaradılan informasiya blokadası yarıldı. Xarici siyasətimizin əsas məsələsi olan Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi baza yaradıldı. Ümummilli Lider
Heydər Əliyev bu çağırışı da etmişdir ki, sülh danışıqlarını cəsarətlə aparmaq üçün güclü ordu olmalıdır. Silahlı Qüvvələrimizin maddi-texniki bazası möhkəmləndirildi, döyüş ruhu artırıldı. Bu gün qürurla qeyd edirik ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dünya hərb tarixinə yeni səhifə yazan rəşadətli Ordumuz üzərinə düşən hər bir vəzifəni yerinə yetirmək gücündədir.
Bugünkü qalib Azərbaycan Ulu Öndər Heydər Əliyev siyasətinin təntənəsidir. Qeyd etdiyimiz kimi, 2023-cü ilin ümumilikdə “Heydər Əliyev İli” elan edilməsi dahi şəxsiyyətin fəaliyyətinin ayrı-ayrı istiqamətlərinin daha dərindən araşdırılmasına, bugünədək çap olunan elmi əsərlərin, kitabların sırasına yenilərinin əlavə olunmasına geniş imkanlar yaradır. Onun fəaliyyətinin hər bir mərhələsi - istər Azərbaycanda hakimiyyətinin birinci dövrü (1969-1982), istər Naxçıvan mərhələsi, istərsə də müstəqilliyimizin bərpasından sonrakı dövr ayrı-ayrılıqda tədqiqat mövzusudur.
Bu fikri böyük qürur hissi ilə qeyd edirik ki, Ümummilli Lider Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Ulu Öndər Heydər Əliyevin həyat amalının təntənəsidir. Dahi şəxsiyyət hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın müstəqil gələcəyini düşünərək biri-birindən mühüm addımlar atmışdır. Bu fikir hər zaman önə çəkilir ki, Ulu Öndər hakimiyyətinin birinci dövründə Azərbaycanı keçmiş İttifaqın ən geridə qalmış respublikasından qabaqcıl ölkəyə çevirdiyi kimi, hakimiyyətinin ikinci mərhələsində də müstəqilliyimizin xilaskarı kimi adını tarixə qızıl hərflərlə yazdı. 1969-1982-ci illərdə qoyulan möhkəm iqtisadi təməl bugünümüz üçün əsas oldu. Böyük siyasi iradəyə, sarsılmaz əqidəyə malik olan Ulu Öndər Heydər Əliyevin tükənməz dövlət idarəçiliyi istedadı onun SSRİ-nin rəhbərlərindən biri kimi çalışdığı və irimiqyaslı layihələr həyata keçirdiyi illərdə özünü bir daha parlaq surətdə təzahür etdirmişdir. Ümummilli Lider bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkmiş və respublikamızın inkişafı üçün malik olduğu bütün imkanlardan istifadə etmişdir. Ulu Öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra hakimiyyətinin birinci dövrünü belə xarakterizə edirdi ki, o dövrlərdə yaranmış iqtisadi potensial bizim böyük sərvətimizdir. Bu sərvət də Azərbaycanın tam sərbəst, heç bir dövlətdən asılı olmayaraq yaşamasına imkan verir. Biz müstəqilliyimizi tam bərpa etdikdən və qarşıda duran vəzifələri həyata keçirdikdən sonra ölkəmizin bu iqtisadi potensialının bəhrələrini Azərbaycanın hər bir vətəndaşı görəcək və bunun sayəsində şən, firavan yaşayacaqlar.
Ümummilli Liderin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlayır, dövlətinə, xalqına sıx bağlılığın, milli dövlətçilik məfkurəsinə sadiqliyin əyani təcəssümüdür. Geniş bilik və dərin təfəkkür sahibi olan Ulu Öndər düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll etmişdir. O, cəmiyyət həyatının müxtəlif sahələri arasında üzvi bağlılığı aydın görərək, müəllifi olduğu milli inkişaf strategiyasında ictimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə qarşıda duran vəzifələri düzgün müəyyənləşdirmiş və məharətlə həyata keçirmişdir. Əvvəldə də qeyd etdiyimiz kimi, Ulu Öndərin milli neft strategiyasının uğurla reallaşdırılması nəticəsində xalqımız öz təbii sərvətlərinin tam sahibinə çevrilmiş və qısa müddətdə ölkəmizin inkişafına güclü təkan verən resurslar əldə edilmişdir. Xalqımızı vahid amal ətrafında birləşdirən azərbaycançılıq ideologiyasının formalaşdırılması, ana dilinin dövlət qayğısı ilə əhatə olunması, ictimai-siyasi, elmi və mədəni fikir tariximizin əlamətdar hadisələrinin müntəzəm qeyd edilməsi ənənəsinin yaradılması, Azərbaycanın çoxəsrlik mənəvi-mədəni irsə sahib qədim diyar və sivilizasiyaların qovşağında yerləşən tolerantlıq məkanı kimi geniş şöhrət qazanması Heydər Əliyevin mükəmməl quruculuq proqramının tərkib hissələri olmuşdur. Dahi şəxsiyyət Azərbaycan dövlətinin təməlini qoymaqla müqəddəs bir missiyanı gerçəkliyə çevirdi: Milliliklə dövlətçiliyi bir-birinə qovuşdurdu, onların sarsılmaz vəhdətini təmin etdi. Dünyada hər bir xalqın arzusunda olduğu bu əlçatmaz ideal Azərbaycan adlı məkanda da reallaşdı.
Müasir müstəqil Azərbaycanın inkişafında bu reallıq bir daha öz təsdiqini tapdı ki, milli ideyanı milli gerçəkliyə çevirən əsas qüvvə lider faktorudur. Dahi şəxsiyyət Heydər Əliyev dövlətinə, xalqına bağlılığını Azərbaycanın bugünü və gələcəyi üçün yaratdığı möhkəm təməl ilə sübut etdi. Dövrünün ən nüfuzlu siyasətçiləri ilə bir sırada duran Ulu Öndər Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynamışdır. Onun qarşıya qoyduğu başlıca vəzifə ölkəmizin bütün resurslarının, xalqımızın potensialının tarixi ədalətin bərpası üçün səfərbər edilməsi olmuşdur. Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirmişdir.
Ümummilli Liderin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərini bir yazıda əhatə etmək mümkün deyil. Bu gün ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan, cəmiyyətin avanqard qüvvəsi Yeni Azərbaycan Partiyasının yaradılması da dahi rəhbərin fəaliyyətinin Naxçıvan mərhələsinin əsas tərkib hissələrindən biridir. YAP xalqın istəyi, zamanın tələbi ilə yaradıldı. Dövlətə, xalqa xidməti fəaliyyətinin önündə saxlayan YAP ilk gündən ümumxalq partiyasına çevrildi. Prezident İlham Əliyevin ötən il partiyanın yaradılmasının 30 illiyinə həsr olunan tədbirdə, həmçinin 2021-ci ildə VII qurultayında qeyd etdiyi kimi, faktiki olaraq 1992-ci ilin noyabr ayı gənc ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı. Ondan sonra heç bir il keçməmiş - 1993-cü ilin oktyabr ayında Heydər Əliyevin xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident seçilməsi ilə ölkəmizin böhrandan çıxma prosesi başlanmış oldu. Biz bu tarixi heç vaxt unutmamalıyıq. O tarixi yaşamayanlar isə bunu öyrənməlidirlər. Bizim dərsliklərdə bu tarixlə bağlı geniş məlumat verilməlidir. O tarixin canlı şahidləri öz xatirələrini bölüşməlidirlər ki, bu tarix əbədi yaşasın. Bu müstəqillik tariximiz məhz ondan başladı.
Azərbaycanın hər bir uğurunda Yeni Azərbaycan Partiyasının öz payı vardır. Bu gün sıralarında 800 minə yaxın üzvü birləşdirən YAP tarixi Zəfərimizin reallıqları fonunda qarşıya qoyulan vəzifəni uğurla yerinə yetirmək üçün bütün qüvvə və bacarıqlarını səfərbər edib. Partiyanın VII qurultayında yeni tərkibin formalaşması, yeni Nizamnamənin qəbulu, eyni zamanda, müasir dövrün tələblərini özündə əks etdirən yeni Proqramının hazırlanması ilə bağlı tapşırığın verilməsi və 2021-ci ilin sonunda təsdiqlənməsi qarşıdakı dövrün hədəflərini uğurla yerinə yetirməsini şərtləndirir. Prezident, YAP Sədri İlham Əliyev Zəfər ruhunda qeyd edilən partyanın VII qurultayında böyük əminliklə bildirdi ki, YAP bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq.
Ulu Öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısında ən böyük xidmətlərindən biri 2003-cü ildə xalqa tarixi müraciəti oldu. Həmin müraciətdə dahi şəxsiyyətin yaratdığı möhkəm təməl üzərində ölkəmizi inkişaf etdirə biləcək növbəti dəqiq ünvan göstərildi. Ümummilli Lider bildirdi ki, cənab İlham Əliyevə özü qədər inanır və gələcəyinə böyük ümidlər bəsləyir. Axıra çatdıra bilmədiyi işləri, planları cənab İlham Əliyev xalqın köməyi və dəstəyi ilə axıra çatdıracaq. 2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilən dövlətimizin başçısı İlham Əliyev son 20 ildə Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirir. Bu gün Prezident İlham Əliyevin gördüyü işlərin zirvəsində ərazi bütövlüyümüzü bərpa etməklə Ata vəsiyyətini yerinə yetirməsi dayanır. Prezident İlham Əliyev torpaqlarımızın işğaldan azad edilməsinə hazırlıq işləri çərçivəsində bütün zəruri addımların atılmasına nail oldu. Azərbaycanın iqtisadi imkanları daha da genişləndi. Beynəlxalq münasibətlər sistemində rolu artdı. Münaqişənin həlli üçün möhkəm hüquqi baza formalaşdı. Ordu quruculuğu prioritet sahə kimi öndə oldu. Dövlətimizin qətiyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun gücü, qüdrəti, xalqımızın birliyi sayəsində Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir oldu. 44 günlük Vətən müharibəsində şanlı Zəfərimiz Azərbaycanın qarşısında yeni imkanlar yaradır. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Ümummilli Lider Heydər Əliyev müstəqilliyimizin, Prezident İlham Əliyev isə torpaqlarımızın xilaskarı kimi adlarını tarixə qızıl hərflərlə yazdılar. Təkcə cari ilin ötən dövründə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin edilməsi istiqamətində göstərilən səylərə və uğurlu nəticələrə diqqət yetirmək kifayədir. Oktyabrın 15-də dövlət başçısı İlham Əliyevin Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə Azərbaycan Bayrağını ucaltması tariximizin növbəti zəfər səhifəsi oldu. Bu tarixi hadisə xalqımızın illərdir qəlbində gəzdirdiyi arzunu reallığa çevirdi. İşğaldan azad edilmiş ərazilərimizdə üçrəngli bayrağımızın dalğalanması böyük qürurumuz, xoşbəxtliyimiz, həmçinin Ermənistana və ona havadarlıq edən dövlətlərə belə bir mesajdır ki, bu torpaqların sahibi bizik və burada əbədi olacağıq.
Bütün uğurlarımız Heydər Əliyev siyasətinin təntənəsidir. Müasir müstəqil, qalib, sözünün imzası qədər dəyəri olan, yeni reallıqlar yaradan Azərbaycan Ümummilli Liderin görmək istədiyi Azərbaycandır. Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Ulu Öndər Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı - Milli Qurtuluş Günü kimi qeyd edir. Nə qədər ki müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyev ürəklərdə yaşayacaq!
Bəxtiyar Mustafayev
YAP Mingəçevir şəhər təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSiyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30

