Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Ceyhun Bayramov: Ermənistan seçim etməlidir

Ceyhun Bayramov: Ermənistan seçim etməlidir

14.10.2023 [12:59]

Vətən müharibəsində əldə edilən böyük qələbə, lokal antiterror tədbirlərindən sonra suverenliyimizin tam bərpası bölgədə yeni reallıqlar yaradıb. İndi Ermənistan regional əməkdaşlıq və qonşularına qarşı qanunsuz və əsassız ərazi iddiaları arasında seçim etməlidir.

AZƏRTAC xəbər verir ki, bunu dövlət başçısı İlham Əliyevin birinci müddətə Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20 illiyi münasibətilə Bakıda keçirilən “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili” mövzusunda konfransda çıxışı zamanı xarici işlər naziri Ceyhun Bayramov deyib. 

Nazir bildirib ki, bu məsələdə beynəlxalq ictimaiyyətin də rolu böyük əhəmiyyətə malikdir. “Ermənistanın revanşist cəhdlərinin hər hansı bir şəkildə dəstəklənməməsi, bu bölgənin rifahı üçün sülhün alternativinin olmamasına dair çağırışların edilməsi olduqca vacibdir”, - deyə o əlavə edib

Paylaş:
Baxılıb: 535 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

İqtisadiyyat

Ötən 7 ayda...

19 Avqust 11:05

Analitik

3 aydan sonra...

19 Avqust 10:45

Dünya

Xəbər lenti

Gündəm

Gündəm

Sosial

107 yaşlı DSX!

18 Avqust 09:05

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31