Azərbaycanı iki yerə bölən...
12.10.2023 [11:14]
Gülüstan müqaviləsinin imzalanmasından 210 il ötür
N.BAYRAMLI
Bu gün Azərbaycan torpaqlarının İran və Rusiya arasında bölünməsinə səbəb olan “Gülüstan” müqaviləsinin imzalanmasından 210 il ötür. 1804-cü ildən 1813-cü ilə qədər davam edən Birinci Rusiya-İran müharibəsini bitirən bu müqavilənin imzalanması 1 yanvar 1813-cü ildə rus generalı Kotlyarevskinin Lənkəranı tutması ilə daha da sürətlənmişdi.
O dövrdə Rus imperiyasının işğalçı fəaliyyəti İranı ciddi şəkildə narahat edirdi. Bunun qarşısını almaq üçün Fətəli şahın vəliəhdi Abbas Mirzə Rusiyaya qarşı hərbi əməliyyatlara başladı. 1813-cü ilə qədər davam edən döyüşlərin sonunda İran ağır məğlubiyyətə uğradı. Artıq hərbi əməliyyatların Təbriz ərazisinə keçmə təhlükəsi yarandı. Bunun qarşısını almaq üçün Abbas Mirzə sülh danışıqlarına başlamağa məcbur oldu.
Tarixi mənbələrdə qeyd edilir ki, Böyük Britaniya hökuməti Qacarlar ilə Rusiya arasında barışığa yol verməməyə çalışırdı. 1810-cu ildə general Malkolm İrana çoxlu silahlar, top və tüfənglər gətirdi. Tezliklə İngiltərədən İrana 12 top, 12 min mərmi, 12 min tüfəng, 12 min əsgərin geyimi üçün mahud göndərildi. 1810-1811-ci illərdə Osmanlı ilə müharibədə Rusiyanın bəzi uğurları isə sülh bağlanmasını tezləşdirdi. 1812-ci il mayın 16-da Buxarest sülhü imzalandı. Osmanlının Qafqaz sərhədləri dəyişməz qaldı. Bununla Osmanlı Cənubi Qafqaz torpaqlarının çoxunun Rusiyaya qatılmasını tanımalı olurdu.
1812-ci ilin başlanğıcında Abbas Mirzənin 20 minlik ordusu yenidən Qarabağa girib Şahbulağı tutdu. General Kotlyarevski bu ordunu vurub buradan çıxardı. Həmin ilin yayında Fransanın böyük bir ordu ilə Rusiyaya hücum etməsi İran hakimiyyətində sevinclə qarşılandı. Artıq iyul ayında İranın atlı qoşunları Gəncəyə, sonra isə Şəkiyə basqın etdi.
Avqust ayında isə 10 minlik İran ordusu Talış xanlığına hücum etsə də, burada möhkəmlənə bilmədi. Ağoğlandan rus qoşunu ilə gələn Kotlyarevski oktyabrın 18-də Aslandüz döyüşündə Abbas Mirzəyə sarsıdıcı zərbə endirdi. Və ordusu ilə Talış xanlığı istiqamətinə yönəldi. 1813-cü ii yanvarın 1-də Lənkəran qalası tutuldu. Rusiya ordusunun yeni baş komandanı Rtişşev təşəbbüsü bütünlüklə öz əlinə aldı. Rusiyanın 1812-ci il Fransa ilə müharibədə uğur qazanması isə İranın bütün ümidlərinə son qoydu.
Rusiya-İran müharibəsi zamanı İranın məğlub olması, o dövrdəki beynəlxalq münasibətlərin köklü şəkildə dəyişməsi Rusiya ilə İran arasında sülh danışıqlarının başlanmasına səbəb oldu. Yaranmış vəziyyətdən məharətlə istifadə edən İngiltərə Rusiya-İran danışıqlarında vasitəçi olmağı bacardı. 1813-cü il oktyabr ayının 12-də Qarabağda hər iki dövlətin səlahiyyətli nümayəndələri arasında on bir maddədən ibarət olan Gülüstan sülh müqaviləsi imzalandı. Müqavilə Dağıstanın, Gürcüstanın, indiki Azərbaycanın əksər hissəsinin və Qərbi Azərbaycanın şimal torpaqlarının Rusiya imperiyasına keçməsini rəsmiləşdirirdi.
Müqavilənin mətni Böyük Britaniyanın Qacar (İran) imperiyasındakı nümayəndəsi olan və hakimiyyətə böyük təsir gücünə malik olan Ser Qor Ousli tərəfindən hazırlandı. Müqaviləni Rusiya tərəfindən Nikolay Rtişev, İran tərəfindən Mirzə Əbülhəsən xan Elçi imzaladı.
Xalqımızın faciələrinin başlanğıcı olan Gülüstan müqaviləsində qeyd edilən ən əsas məsələlərdən biri - İran, Azərbaycan torpaqlarına köçmək istəyən ermənilərə nəinki maneçilik törətməməli, əksinə kömək edilməli idi. Müqaviləyə əsasən, həmin ermənilərin mal və mülklərini satmağa İran hökuməti yardım göstərməliydi. 1814-cü ildən ermənilər Gəncə, Bakı və Qarabağda sərbəst şəkildə məskunlaşmağa başladılar. Ruslar çox qısa zamanda ermənilərin hökumət strukturlarında da təmsil olunmasını təmin etdilər.
Beləliklə, bu müqavilənin nəticəsi olaraq Cənubi Qafqazın əksər hissəsi Rusiya imperiyasının hakimiyyəti altına keçdi. İkinci Rusiya-İran müharibəsindən sonra isə Rusiya Cənubi Qafqazı bütünlüklə ələ keçirdi və bunu Türkmənçay müqaviləsində İran dövləti tərəfindən təsdiq edilməsinə nail oldu. Gülüstan müqaviləsi və ondan sonra imzalanan Türkmənçay müqaviləsi nəticəsində Azərbaycan torpaqları iki yerə parçalandı.
Xəbər lenti
Hamısına baxGündəm
08 Oktyabr 09:32
Analitik
08 Oktyabr 09:17
Sosial
08 Oktyabr 08:52
Elm
08 Oktyabr 08:30
Gündəm
08 Oktyabr 08:14
Elm
07 Oktyabr 23:29
Dünya
07 Oktyabr 22:46
İqtisadiyyat
07 Oktyabr 22:03
Dünya
07 Oktyabr 21:30
Dünya
07 Oktyabr 20:57
Dünya
07 Oktyabr 20:33
Dünya
07 Oktyabr 19:57
Dünya
07 Oktyabr 19:14
Dünya
07 Oktyabr 18:43
Hadisə
07 Oktyabr 18:22
Dünya
07 Oktyabr 17:45
Dünya
07 Oktyabr 17:19
Elm
07 Oktyabr 16:32
İqtisadiyyat
07 Oktyabr 16:30
YAP xəbərləri
07 Oktyabr 16:26
Hadisə
07 Oktyabr 16:13
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:11
Siyasət
07 Oktyabr 16:11
Gündəm
07 Oktyabr 15:38
Sosial
07 Oktyabr 15:18
Siyasət
07 Oktyabr 15:05
Siyasət
07 Oktyabr 15:04
İqtisadiyyat
07 Oktyabr 14:21
Sosial
07 Oktyabr 14:07
Siyasət
07 Oktyabr 13:30
Siyasət
07 Oktyabr 13:07
Siyasət
07 Oktyabr 12:50
Siyasət
07 Oktyabr 12:49
Sosial
07 Oktyabr 12:29
YAP xəbərləri
07 Oktyabr 12:25
Siyasət
07 Oktyabr 12:24
Siyasət
07 Oktyabr 12:12
Siyasət
07 Oktyabr 12:10
Siyasət
07 Oktyabr 12:09
YAP xəbərləri
07 Oktyabr 11:46
YAP xəbərləri
07 Oktyabr 11:45
Gündəm
07 Oktyabr 11:45
Siyasət
07 Oktyabr 11:23
Siyasət
07 Oktyabr 11:22
Gündəm
07 Oktyabr 11:19
Siyasət
07 Oktyabr 11:11
Analitik
07 Oktyabr 10:58
MEDİA
07 Oktyabr 10:56
Gündəm
07 Oktyabr 10:54
Siyasət
07 Oktyabr 10:25
Siyasət
07 Oktyabr 10:09
Analitik
07 Oktyabr 09:42
Gündəm
07 Oktyabr 09:35
Analitik
07 Oktyabr 09:17
Sosial
07 Oktyabr 08:53
Sosial
07 Oktyabr 08:30
Gündəm
07 Oktyabr 08:11
İqtisadiyyat
06 Oktyabr 23:53
Dünya
06 Oktyabr 23:23
YAP xəbərləri
06 Oktyabr 23:04
YAP xəbərləri
06 Oktyabr 22:59
Dünya
06 Oktyabr 22:24
Dünya
06 Oktyabr 21:42
Dünya
06 Oktyabr 21:09
Dünya
06 Oktyabr 20:22
İqtisadiyyat
06 Oktyabr 20:07
Dünya
06 Oktyabr 19:59
Dünya
06 Oktyabr 19:41

