87 kq narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb
01.05.2023 [11:56]
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində ümumilikdə 87 kiloqram 340 qram narkotik vasitələrin və 19758 ədəd (13778 ədəd Metadon M-40, 3480 ədəd pregabalin-150 mg, 2400 ədəd namadol və 100 ədəd gabapentin) narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən həblərin qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb.
Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.
Aprel ayının 25-də saat 23:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 28 kiloqram 100 qram narkotik vasitə (10 kiloqram 350 qram heroin, 8 kiloqram 100 qram tiryək, 9 kiloqram 650 qram marixuana və 1000 ədəd Metadon M-40 həbləri) aşkar olunaraq götürülmüşdür.
Aprel ayının 29-da saat 00:05-də Dövlət Sərhəd Xidmətinin “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş əməliyyat tədbirləri nəticəsində 99-GE-242 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobilin ərazidən uzaqlaşması müşahidə edilmişdir. Saat 00:25-də həmin avtomobillə Lənkəran rayonu Səpnəkəran kəndi yaxınlığında ərazidən uzaqlaşmağa cəhd göstərən Lənkəran şəhər sakinləri 1965-ci il təvəllüdlü Əsgərov Rəfael Əlövsət oğlu və onun oğlu 1991-ci il təvəllüdlü Əsgərzadə Kənan Rafael oğlu saxlanılmışdır.
Avtomobilə baxış zamanı ümumi çəkisi 14 kq 670 qram narkotik vasitə (5 kiloqram 115 qram tiryək, 9 kiloqram 555 qram marixuana və 7000 ədəd Metadon M-40 həbləri) aşkar edilmişdir.
Aprel ayının 30-da saat 17:10-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 2 kiloqram 470 qram narkotik vasitə - marixuana aşkar olunaraq götürülmüşdür.
Aprel ayının 30-da saat 22:20-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində İmişli rayonunun Çaxırlı kəndi yaxınlığında keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 10 kiloqram 600 qram narkotik vasitə (5 kiloqram 950 qram marixuana, 4 kiloqram 350 qram heroin, 300 qram metamfetamin) və 11758 ədəd narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən (3480 ədəd pregabalin-150 mg, 100 ədəd gabapentin, 5778 ədəd Metadon M-40 və 2400 ədəd namadol) həblər aşkar olunaraq götürülmüşdür.
Narkotik vasitələrin aşkar olunduğu ərazidən yaşayış kəndlərinə doğru qaçmağa nail olmuş 1 (bir) nəfər şübhəli şəxsin axtarışı aparılır.
May ayının 1-də saat 04:25-də Dövlət Sərhəd Xidmətinin “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş əməliyyat tədbirləri nəticəsində 99-KU-990 dövlət nömrə nişanlı "KİA" markalı avtomobillə ərazidən uzaqlaşmağa cəhd göstərən Bakı şəhər sakini 1979-cu il təvəllüdlü Əliyev Murad Əkbər oğlu və Şərur rayon sakini 1983-cü il təvəllüdlü Əsgərov Emin Xubeş oğlu saxlanılmışdır.
Avtomobilə baxış zamanı ümumi çəkisi 31 kiloqram 500 qram narkotik vasitə - marixuana aşkar olunaraq götürülmüşdür.
Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Nicat
Xəbər lenti
Hamısına baxDünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45

