Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Dünənin, bu günün, sabahın Türkiyəsi!

Dünənin, bu günün, sabahın Türkiyəsi!

26.04.2023 [11:35]

O sabahın daha aydın olması isə türkiyəli bacı qardaşlarımızın seçimindən aslıdır

Türkiyə Türk dünyası ilə bağlı digər məsələlərdə olduğu kimi Qarabağ məsələsində də dik duruş, qətiyyət və əzmkarlıq nümayiş etdirdi. Rəsmi Ankaranın siyasətində Qarabağ məsələsinin təkcə Azərbaycanın deyil, Türkiyənin və Türk dünyasının məsələsi olduğu hər addımda bəyan edildi. Azərbaycan da seçim ərəfəsində öz mənəvi dəstəyini Türkiyəyə ifadə edir. Seçki prosesini və qardaş ölkədə baş verən inkişafı dəyərləndirməyə davam edirik...

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası işçi qrupunun üzvü Vüqar İskəndərov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, qələbəyə qədər Azərbaycan-Türkiyə qardaşlığı öncə iqtisadi sahədə öz sözünü dedi: “Bunun ardınca iki qardaş ölkə siyasi-diplomatik və hərbi sahədə də birgə addımlar atdı. 44 günlük Vətən müharibəsinin ilk günündən qardaş Türkiyənin Azərbaycana verdiyi siyasi dəstək düşmənlərimizin xarici havadarlarının öz addımlarında daha korrekt olmasına səbəb oldu.

Bu günün Türkiyəsi Azərbaycanla birlikdə Türk dünyasının gerçək anlamda birləşməsini də təmin edir. Türkiyə-Azərbaycan qardaşlığından güc alan Qarabağ zəfəri təkcə Türk Dövlətləri Təşkilatı çərçivəsində ümumi inteqrasiyaya deyil, həmçinin türk dövlətləri arasında da ikitərəfli əməkdaşlıqların dərinləşməsinə yol açdı.

Təbii ki, bu sadalananlar da qardaş ölkənin niyə imperialistlərin qəzəbinə tuş gəldiyi haqqında təsəvvür yaratmağa imkan verir. Yəni yuxarıda qeyd etdiyimiz kimi, Türkiyə 100 il əvvəl olduğu kimi, bu gün də ağır sınaq qarşısındadır. Bu sınaqdan necə çıxılacağı isə türkiyəli bacı-qardaşlarımızın mayın 14-dəki seçimindən asılı olacaq. Yəni o dövrdə Osmanlını öz aralarında yağlı tikə kimi bölmək üçün çeşidli ssenarilər quranların nəvə-nəticələri bu gün Türkiyə Cümhuriyyətini yox etmək istəyi ilə babalarının siyasətini davam etdirirlər. Bu qara güclər bütün çirkli planlarını da mayın 14-də keçirləcək seçkilər üzərində qurublar”.

Deputat qeyd edib ki, bu seçkilər 100 yaşlı Türkiyə Cümhuriyyəti üçün strateji və tarixi önəm daşıyır: “O baxımdan ki, seçkilərdə hansı ideyanın qalib gəlməsi olduqca önəmlidir. Türkiyə ya son 20 ildə reallaşdırlan layihələri davam etdirəcək, ya da yenidən xarici güclərin təsir dairəsində olan, zəif iradəli hökumətlərin idarə etdiyi bir ölkəyə çevriləcək. Son 20 ildə reallaşdırılan layihələr, o cümlədən dünya düzənində Türkiyənin nüfuzunun artmasına hesablanmış addımlar, bir növ, dayandırılacaq. Bir daha qeyd edək ki, Türkiyənin son 20 ildə, xüsusilə də 2014-cü ildən sonra həyata keçirdiyi siyasətin davam etməsi mühüm əhəmiyyət kəsb edir. Çünki Türkiyənin həmin siyasəti davam etdirməsi, qardaş ölkənin gələcəkdə də indiki kimi xarici güclərin qarşısında dik dayanması, qətiyyətli mövqe sərgiləməsi, o cümlədən bundan sonra da hər şeyin istədiyimiz kimi cərəyan etməsi, ən əsası Türk dünyasının sabahının da aydın olması üçün mayın 14-də türkiyəli bacı-qardaşlarımızın seçimi mühüm rol oynayacaq”.

Günel ABBASOVA

Paylaş:
Baxılıb: 499 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31