Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / ÜST: Avropada qızılcaya yoluxma sayında kəskin artım müşahidə edilir

ÜST: Avropada qızılcaya yoluxma sayında kəskin artım müşahidə edilir

25.04.2023 [11:15]

Hazırda Avropa regionunda qızılca xəstəliyinə yoluxma hallarının sayında kəskin artım müşahidə edilir.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Nümayəndəliyinin məlumatında bildirilib.

Qeyd edilib ki, 2021-ci ildə 159 qızılcaya yoluxma halı qeydə alındığı halda, 2022-ci ildə bu say 904-ə çatıb:

“ÜST qızılca və digər peyvəndlə qarşısı alına bilən xəstəliklərin yayılmasını önləmək məqsədilə ölkələri uşaqların immunizasiya olunması üçün yerli tədbirləri gücləndirməyə çağırır.

Qızılca və məxmərək kimi ciddi xəstəliklərin qarşısının alınmasında vaxtında edilmiş peyvəndlər çox əhəmiyyətlidir. Ancaq bəzi hallarda həkimlərin müayinəsi ilə 15 yaşa qədər uşaqların qızılcaya qarşı peyvənd olunması mümkündür.

Maarifləndirici materiallar Avropa İttifaqının maliyyələşdirdiyi “Vaksinasiyaya Dəstək” layihəsi çərçivəsində hazırlanıb”.

Paylaş:
Baxılıb: 534 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

MEDİA

İqtisadiyyat

Sosial

Həsrət bitdi...

22 Avqust 09:55  

Elm

Mədəniyyət

Hibrid kitabxana

22 Avqust 09:15

Ədəbiyyat

Şənbə üçün nəzm

22 Avqust 08:48  

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31