Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / ABŞ Dövlət katibinin köməkçisinin müavini Azərbaycanda səfərdədir

ABŞ Dövlət katibinin köməkçisinin müavini Azərbaycanda səfərdədir

19.04.2023 [18:48]

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Erika Olson Azərbaycanda səfərdədir.

 Dövlət katibinin müavini Olson Bakıya səfəri çərçivəsində hökumət rəsmiləri ilə görüşəcək.

Dövlət katibinin köməkçisinin müavini ABŞ-nin Cənubi Qafqaz regionu üçün dinc, demokratik və firavan gələcəyin təşviqinə sadiq olduğunu vurğulayacaq.

Olson Ermənistan-Azərbaycan sülh prosesini dəstəkləmək və fevralın 18-də Münhen Təhlükəsizlik Konfransında Dövlət katibi Blinken, Ermənistanın Baş naziri və Azərbaycan Prezidenti arasındakı görüş və mart ayında Dövlət katibinin bu iki ölkə başçıları ilə telefon danışıqlarını irəli aparmaq üçün əsas maraqlı tərəflərlə görüşür.

Paylaş:
Baxılıb: 467 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31