Heydər Əliyev dühasının dövlətçilik fəlsəfəsi
19.04.2023 [10:46]
Azərbaycan xalqının xoşbəxtliyi və gələcəyi uğrunda həyatını şam kimi əridən, “ömrümün qalan hissəsini də xalqıma bağışlayacam” deyən görkəmli dövlət xadimi, tarixə qurucu və xilaskar kimi daxil olmuş Heydər Əliyev Azərbaycan xalqının XX əsrdə Planetimizə bəxş etdiyi dahi şəxsiyyətdir.
Heydər Əlirza oğlu Əliyev 1923-cü ildə Naxçıvanda anadan olmuşdur. 1939-1941-ci illərdə Azərbaycan Sənaye İnstitutunda təhsil almış, 1941-ci ildən Xalq Daxili İşlər Komissarlığında işə başlamış, əvvəlcə Naxçıvan Muxtar Respublikası Xalq Komissarları Sovetində şöbə müdiri işləmiş, 1944-cü ildə Naxçıvan Vilayət Komitəsi tərəfindən dövlət təhlükəsizlik orqanlarına işə götürülmüşdür. 1950-ci ildən Azərbaycan SSR Nazirlər Soveti yanında dövlət təhlükəsizlik orqanlarında rəhbər vəzifələrdə fəaliyyət göstərmişdir. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsində sədr müavini, 1967-ci ildən isə həmin komitənin sədri vəzifəsində müvəffəqiyyətlə çalışmışdır.
Heydər Əliyev Azərbaycan Dövlət Təhlükəsizlik orqanlarında işləyərkən çoxlu sayda azərbaycanlının bu orqanda işə qəbul olunmasına şərait yaratmışdır. Yaxud həmin vaxtlarda çoxlu sayda görkəmli Azərbaycan ziyalısının həyatını gerçəkləşə bilən real repressiyadan xilas etmişdir. Təsadüfi deyil ki, sonralar həmin insanlar mətbuat vasitəsilə Heydər Əliyevə dəfələrlə təşəkkürlərini bildirmişlər. Buradan belə obyektiv qənaətə gəlmək mümkündür ki, Heydər Əliyev hələ Dövlət Təhlükəsizlik orqanlarında işləyərkən adını Azərbaycanın tarixinə qızıl hərflərlə yaza bilmişdir. Heydər Əliyev yeganə azərbaycanlıdır ki, Dövlət Təhlükəsizlik orqanlarında işləyərkən general rütbəsinə yüksəlmişdir.
Tarixçilər, filosoflar və politoloqlar Heydər Əliyevin ictimai-siyasi fəaliyyətini 5 mərhələyə bölürlər:
1. Heydər Əliyevin ictimai-siyasi fəaliyyət dövrünün ilkin mərhələsi. Heydər
Əliyev şəxsiyyətinin formalaşması;
2. Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində işlədiyi dövr. Heydər Əliyevin diplomatiyası;
3. Heydər Əliyevin keçmiş Sovet dövlətindəki fəaliyyəti (Moskva, Kreml dövrü);
4. Heydər Əliyevin fəaliyyətinin Naxçıvan dövrü;
5. Heydər Əliyevin demokratik, hüquqi və dünyəvi dövlət qurucusu kimi, Heydər Əliyevin Azərbaycan Respublikasına rəhbərliyi dövrü. Müstəqil Azərbaycan Respublikasının möhkəmləndirilməsində xidmətləri.
1969-1982-ci illərdə Heydər Əliyev Sovetlər dövründə Azərbaycana rəhbərlik etmişdir. Heydər Əliyevin rəhbərliyi sayəsində Azərbaycan aqrar ölkədən müasir sənaye respublikasına çevrilmişdir. Azərbaycan? birinci rəhbərliyi dövründə Heydər Əliyevin həyata keçirdiyi tədbirlərin, apardığı islahatların nəticəsi olaraq qazanılan uğurlar respublikamızın sovet dövrü tarixinin qızıl səhifələridir. Heydər Əliyev ilk gündən respublikanın problemlərini, çətinliklərini düzgün və obyektiv şəkildə müəyyənləşdirməklə, onların aradan qaldırılması, həlli üçün böyük qətiyyət və prinsipiallıq nümayiş etdirirdi. Bütün bunların nəticəsi kimi hələ Ulu Öndərin fəaliyyətinin ilk vaxtlarından respublikaya Vətənini və xalqını sevən bir şəxsin rəhbərlik etdiyi göz önündə idi.
Heydər Əliyevin məqsədyönlü fəaliyyəti sayəsində Respublikanın zəngin iqtisadi potensialından səmərəli istifadə vasitələri düzgün planlaşdırılmış və nəticədə Azərbaycan yüksək inkişaf səviyyəsinə çatmış müasir sənaye ölkəsinə çevrilmişdir. Artıq 1980-ci ildə sənaye istehsalının həcmi 1970-ci illə müqayisədə 3 dəfəyə yaxın artmışdı. Bu dövrdə neft-kimya sənayesində, yeyinti sənayesində 4 dəfədən çox artım qeydə alınmışdır. Belə ki, kənd təsərrüfatı məhsullarının istehsalı 1969-cu ilə nisbətən 1982-ci ildə 2.5 dəfə çox artmışdır. Bütün bunlarla yanaşı, Bakının vüsətli inkişafı da Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövrünə təsadüf edir. Məhz Ulu Öndərin böyük qayğısı sayəsində, Bakı şəhəri əhəmiyyətli dərəcədə böyümüş, yeni metrostansiyalar inşa olunmuş, paytaxtın mənzil fondu artmışdır. 1971-1982-ci illərdə respublikada 18 milyon 293 min kvadrat metr mənzil sahəsi tikilib istifadəyə verilmişdir. Abadlıq- quruculuq işlərinin aparılması yalnız Bakı şəhərini deyil, Azərbaycanın bütün rayonlarını əhatə etmişdir. Belə ki, ölkənin kənd və rayonlarında əhalinin real gəliri yüksəlmiş və insanlar özləri üçün abad-müasir mənzillər inşa etmişlər. Heydər Əliyevin diqqəti və qayğısı sayəsində həmin illərdə keçmiş SSRİ-nin müxtəlif respublikalarından tikinti materiallarının Azərbaycana məqsədli şəkildə gətirilməsinə xüsusi əhəmiyyət verilmişdir. Sonralar bu barədə Ulu Öndər bildirirdi ki, “Biz sovet rejimində yaşayırdıq, məgər biz bu rejimi dəyişə bilərdik? Amma iş ondadır ki, bu rejim altında olsa da, sən xalqın, millətin üçün nə edirsən. Əgər bu rejimi dəyişdirə bilmirsənsə onda onun imkanlarından istifadə edib xalqına kömək göstər. Mən bunu etdim. Azərbaycan o illərdə çox yüksəklərə qalxdı”.
Heydər Əliyevin Azərbaycana uğurlu rəhbərliyi nəticəsində respublikamızın uğurları SSRİ miqyasında nümunəyə çevrilmişdir. Ulu Öndər 1982-1987-ci illərdə Moskvada SSRİ nazirlər Sovetinin birinci müavini vəzifəsində fəaliyyət göstərmiş və təhsil, iqtisadiyyat, səhiyyə və mədəniyyət kimi mühüm sahələrə Ulu Öndər bilavasitə rəhbərlik etmişdir. 1987-ci ilin oktyabrında Mixail Qarbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdən istefa verdikdən sonra ermənilər Azərbaycana qarşı açıq şəkildə ərazi iddiaları irəli sürmüşlər. Heydər Əliyev tutduğu vəzifələrdən istefa verdikdən sonrada xalqının yanında oldu. Sovet rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərə cavab olaraq etiraz səsini ucaltdı. Ulu öndər öz dühası ilə xalqımızın milli azadlıq mücadiləsini gücləndirdi. Azərbaycanı müstəqilliyə aparan yolda tarixi xidmətlər göstərdi.
H.Əliyev Azərbaycanda elm və təhsil sahəsinin inkişafına, müasir səviyyəli hərbi kadrların hazırlanmasına müstəsna əhəmiyyət vermişdir. Görkəmli siyasi xadim
Heydər Əliyev 1970-1980-ci illərdə keçmiş Sovet İttifaqının 50-dən çox şəhərinin 170-dən artıq tanınmış universitetlərində, zəruri ehtiyac duyulan 250-dən çox ixtisas üzrə 15 mindən artıq azərbaycanlı gəncin təhsil almasını təmin etmişdir. Ulu öndərin uzaqgörən siyasətinin mühüm mərhələsi yüksək fiziki hazırlığı olan azərbaycanlı gənclərin ali hərbi təhsil almalarını da əhatə etmişdir. Yalnız 1982-ci ildə 550 nəfər azərbaycanlı gənclərin keçmiş Sovetlər İttifaqının ən nüfuzlu ali hərbi məktəblərində təhsil almaları bilavasitə o vaxtlar Azərbaycana rəhbərlik etmiş Heydər Əliyevin zəhməti sayəsində mümkün olmuşdur. Heydər Əliyevin birinci dəfə respublikaya rəhbərliyi dövründə 5 yeni ali təhsil müəssisəsi təşkil olunmuş, ali məktəb tələbələrinin sayı 70 mindən 100 minə çatdırılmışdır. Ulu öndər Azərbaycan gənclərinin sadəcə respublikadan kənarda təhsil alması kimi mövqe ilə kifayətlənmirdi. O, özü şəxsən həmin gənclərlə görüşür, onlara məsləhət və tövsiyələrini verirdi. Ulu Öndər Heydər Əliyevin belə mütərəqqi mövqeyi böyük bir stimul idi. Bu potensial Azərbaycan müstəqillik qazandıqdan sonra ölkə üçün son dərəcə müstəsna əhəmiyyət kəsb etmişdir. Çünki hər bir ölkənin inkişafı üçün öncə bacarıqlı kadr potensiallarının olması vacib şərtlərdən biridir. Ulu öndər Heydər Əliyev hələ o zaman Azərbaycanın ən yaxın gələcəkdə müstəqil dövlət olacağını düşünürdü və sonralar bu fikrini açıq şəkildə ifadə etmişdir. “Bəli, mən işləri görərkən həm də gələcək müstəqil Azərbaycan üçün fəaliyyət göstərirdim və gələcək müstəqil Azərbaycan dövlətinin əsaslarını yaradırdım.”
Azərbaycan gənclərinin xarici ölkələrdə zəruri ixtisaslar üzrə təhsil ala bilmək sahəsindəki ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti müasir dövrdə ölkə Prezidenti İlham Əliyev fəaliyyətinin prioritet istiqamətidir və uğurla davam etdirilir. Belə ki, yalnız 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə dövlət proqramı çərçivəsində 5 min nəfər azərbaycanlı gəncin xaricdə ölkəmiz üçün zəruri olan ixtisaslar üzrə təhsil alması təmin olunmuşdur. Ulu Öndər Azərbaycan üçün hərbi kadrların SSRİ-nin ali hərbi məktəblərində təhsil almalarına müstəsna əhəmiyyət vermişdir. Eyni zamanda, Ulu öndərin səyi nəticəsində 1971-ci ildə C.Naxçıvanski adına Hərbi liseyin və 1981-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində “Hərbi və fiziki təlim” fakültəsinin təsis olunmasına istiqamətlənmiş müdrik uzaqgörən siyasəti nəticəsində bu gün Azərbaycan Silahlı Qüvvələrinin cənubi Qafqazın qalib hərbi gücə çevrilməsini stimullaşdırmışdır. Yuxarıda qeyd etdiyimiz kimi Heydər
Əliyevin səyi nəticəsində təsis olunmuş Hərbi Lisey və Hərbi və fiziki təlim fakültəsinin məzunları birinci və ikinci Qarabağ müharibəsində müsəlləh iştirak etmiş və müstəsna döyüş bacarığı göstərmişlər.
Məlum olduğu kimi 1988-1993-cü illər də Azərbaycan xalqı böyük çətinliklərlə qarşılaşmışdır. 1988-ci ildə Sumqayıt, 1990-cı ildə 20 Yanvar hadisələri və 1992-ci ildə xalqımıza qarşı 26 Fevral Xocalı soyqırımı törədilmişdir. Ölkədə xaos hökm sürürdü. Xalq hökumətə inamını itirmişdi. Ölkədə çörək qıtlığı yaranmışdır. 1991-ci il 18 oktyabrda xalqımızın ikinci dəfə yenidən bərpa etdiyi müstəqilliyi itirilmək təhlükəsi ilə qarşılaşmaq həddinə yaxınlaşırdı. Respublikada seperatçılıq meylləri güclənir, Qarabağ uğrundakı döyüşlərdə uğursuzluqlar sanki unudulmuşdu. Belə bir vaxtda Azərbaycanın ziyalı insanları ölkəni idarə edə biləcək görkəmli şəxsiyətin axtarışına başladı. Azərbaycan üçün belə görkəmli, tarixi şəxsiyyət var idi. O, şəxsiyyət Heydər Əliyev cənabları idi. Heydər Əliyev həmin vaxtlarda Naxçıvanda Milli sədr vəzifəsində fəaliyyət göstərirdi. O vaxtlar hakimiyyətdə olan Cəbhə-Musavat cütlüyü Heydər Əliyevin hətta Bakıya gəlməsinə belə imkan vermirdi. O vaxtkı hakimiyyət Heydər Əliyevi Naxçıvanda təcrid vəziyyətində saxlamaq istəyirdi. Lakin buda mümkün olmadı. Çunki, xalqımızın qədirbilən insanları müntəzəm olaraq Naxçıvana gedir, Ulu Öndərlə görüşlər keçirir və onunla Azərbaycanı bu mürəkkəb vəziyyətdən necə xilas etməyin yolları barəsində məsləhətləşmələr aparırdılar. Məhz belə bir vaxtda 16 oktyabr 1992-ci ildə 91 nəfər Azərbaycan ziyalısı Heydər Əliyevə müraciət imzaladılar. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş həmin sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. “91-lər”in müraciətinə ulu öndər Heydər Əliyevin cavabının müsbət olması xalqımız tərəfindən böyük rəğbətlə qarşılandı. “91-lər”in müraciətində yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək, Azərbaycanı yaranmış böhran vəziyyətindən xilas etmək, respublika hakimiyyətinə yenidən gəlmək üçün razılıq verməsi Heydər Əliyevdən təkidlə xahiş olunurdu. Ulu öndər xalqı çətin vəziyyətdə qoya bilməzdi.
1992-ci il noyabr ayının 21-də Naxçıvanda əlverişsiz bir şəraitdə Azərbaycanın bütün regionlarını təmsil edən 551 nəfərin iştirakı ilə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Heydər Əliyevin yekdilliklə partiyanın ilk sədri seçilməsi milli dövlətimizin xilası üçün tarixi dönüş nöqtəsi oldu. Ulu Öndər 9 iyunda Bakıya gəldi, 13 iyunda Milli Məclisin sessiyasında iştirak etdi və həmin günün axırında bir neçə jurnalistlə bir yerdə Gəncəyə getdi. Gəncə əhalisi Heydər Əliyevi böyük hörmətlə qarşıladı. Bir-biri ilə silah dilində danışan tərəflər iddialarından əl çəkdilər və bununlada baş verə biləcək böyük bir qardaş qırğınının qarşısı alındı. Həmin silahlı qüvvələr Qarabağ uğrunda döyüşlərə istiqamətləndi. 15 iyun 1993-cü ildə Ulu Öndər Milli Məclisin sədri vəzifəsinə seçildi. Bu gün Azərbaycanın tarixinə Qurtuluş günü kimi daxil oldu. O vaxtkı çıxışında Heydər Əliyev deyirdi: “Sizi əmin edirəm ki, imkanlarımdan istifadə edib, bu böyük vəzifəni, ağır yükü aparmağa çalışacağam və bu vəzifəni ləyaqətlə yerinə yetirəcəyimə səy göstərəcəyəm. Bildirmək istəyirəm ki, Azərbaycan Respublikasının bugünki ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətilə dərk edirəm. Bu vəziyyəti üzərimə götürməklə öz məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm”.
3 oktyabr 1993-cü ildə Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Prezident vəzifəsinə seçiləndən sonra Heydər Əliyev ölkədə yaranmış böhran vəziyyətini aradan qaldırmaq istiqamətində geniş-miqyaslı uğurlu işlər apardı. Qarabağ uğrundakı döyüşlərdə məğlubiyyətin qarşısı alındı, orda quruculuq sahəsində mühüm uğurlu işlər həyata keçirildi. 1994-cü ilin may ayında atəşkəsə nail olundu. Vaxt qazanmaq, Azərbaycan ordusunun döyüş qabiliyyətini artırmaq, müasir döyüş silahlarından bacarıqla istifadə etmək, xüsusi ixtisaslaşmış hərbiçilərin differensasiya qabiliyyətini formalaşdırmaq baxımından aparılan tədbirlər olduqca önəmli idi. Görülən bu tədbirlər həmin vaxtdan təməli qoyulan Azərbaycan ordusunun 2020-ci ildəki Zəfər yürüşünün əsasına çevrildi. 20 sentyabr 1994-cü il tarixində “Əsrin müqaviləsi” sənədinin imzalanması dünyanın böyük ölkələrinin Azərbaycana inamının artmasına, Azərbaycana etibarlı investisiya axınının sürətlənməsini və qarşılıqlı tərəfdaş kimi danışmaq imkanları təmin olundu. Bütün bunların sayəsində Azərbaycanın iqtisadi müstəqilliyinin əsası qoyuldu. Belə bir ağır şəraitdə yaranmış son dərəcə çətin vəziyyəti aradan qaldırmaq və düşünülmüş siyasət yürütmək həyati və tarixi zərurətə çevrilmişdi. Heydər Əliyev siyasətə kompleks yanaşmanın, xarici və daxili siyasəti vəhdətə götürməyin, iqtisadi mənəvi aspektlərini vəhdətdə təqdim etmənin canlı nümunəsi idi.
Heydər Əliyevin nümayiş etdirdiyi siyasətə kompleks yanaşma, güclü hafizəsi, məntiqi mühakiməsi, düşündürücü fikirləri ilə dünyada gedən prosesləri və siyasəti qabaqlamaq qüdrətində idi. Ömrünün sonuna kimi ağır zehni gərginliklə fəaliyyət göstərən Heydər Əliyev bütöv, ideal şəxsiyyət, görkəmli siyasətçi kimi gələcək nəsillərə örnək, siyasət məktəbinə çevrilmişdir. Heydər Əliyevin siyasət fəlsəfəsində daxili siyasətlə yanaşı, xarici siyasət konsepsiyası da əsas aparıcı amil kimi daxili siyasəti tamamlayırdı. Heydər Əliyev daxili və xarici siyasət konsepsiyasının əsas mahiyətini belə ifadə etmişdir: “Biz Azərbaycanda daxili vəziyyəti sabitləşdirərək doğru düzgün, düşünülmüş daxili və xarici siyasət müəyyən etmişik və onların həyata keçirilməsini təmin edirik. Azərbaycanın xarici siyasəti sülhsevər siyasətdir. Dünyanın bütün ölkələri ilə qarşılıqlı sürətdə faydalı əlaqə saxlamaq, sülhü əmin-amanlığı qorumaq, qonşularla mehribanlıq, sülh şəraitində yaşamaq, bütün başqa ölkələrlə də mehriban əlaqələr yaratmaq və bütün sahələrdə əməkdaşlıq siyasətidir. Biz bu siyasətimizi ardıcıl surətdə aparırıq və bundan sonrada aparacağıq”.
Heydər Əliyev öz çıxışlarında siyasi düşüncə və fəaliyyətində xarici və daxili siyasətin vəhdətini, onların ümumi dövlət siyasətinin tərkib hissələri olduğunu göstərirdi. “Respublikamızın qarşısında duran əsas vəzifələrdən biri Azərbaycanın mənafeyini dünya miqyasında müdafiə edə bilən ağıllı, səriştəli xarici siyasətin yeridilməsidir. Vəzifə dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu, qarşılıqlı faydalı əlaqələr yaratmaq və inkişaf etdirməkdən, bu əlaqələrdən həm Azərbaycan Respublikasının beynəlxalq mövqelərini möhkəmləndirmək, həm də respublikanın iqtisadiyatını, elmini, mədəniyyətini inkişaf etdirmək üçün səmərəli istifadə etməkdən ibarətdir”.
Ulu öndər Heydər Əliyev daxili və xarici məsələlərin qarşısında duran prioritetləri dəqiq müəyyənləşdirirdi. Ulu öndərin 1993-cü il oktyabr ayının 3-də Prezident seçilməsi ilə bağlı keçirilən andiçmə mərasimində bəyan etmişdir ki, “Respublikamızın qarşısında duran əsas vəzifələrdən biri Azərbaycanın mənafeyini dünya miqyasında müdafiə edə bilən ağıllı, səriştəli xarici siyasətin yeridilməsidir. Qarşıda böyük vəzifələr durur: Bizim xarici siyasətimiz birinci növbədə Azərbaycanın dövlət müstəqilliyini təmin etməyə yönəldilməlidir. “Bunun üçün önəmli vəzifə kimi Ümummilli lider bərabərhüquqlu əlaqələr yaratmağı qarşıya məqsəd qoyurdu. Bu tezisin geosiyasi mənası dərindir. Mərkəzə dövlətin müstəqilliyinin təmin edilməsi gətirilir. Bu o deməkdir ki, Azərbaycan bundan sonra müstəqilliyini qətiyyətlə qoruyacaq. Müasir tarixi mərhələdə geosiyasi və geoiqtisadi proseslər o dərəcə sürətlə dəyişir ki, hər hansı statistik durumun formalaşmasına ehtiyac yoxdur. Bu məntiqlə Heydər Əliyev siyasətin ən əsas aparıcı cəhəti olan “Siyasətin işlək mexanizmi” hesab olunan siyasi diplomatiyanın banisi hesab olunur. Azərbaycan xalqı çox yaxşı bilir ki, Heydər Əliyev bütün vaxtlarda öz sözünün ağası olmuşdur: istər 1990-cı il 20 Yanvar hadisələri zamanı totalitar rejimin xalqımıza qarşı törətdiyi soyqırıma cavab olaraq Moskvada Azərbaycan nümayəndiliyinə ailəsi ilə birlikdə gedib etiraz səsini bəyan edəndə, istər kommunist partiyasının üzvlüyünü təsdiq edən biletini atanda, istər Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaradıcısı kimi fəaliyyət proqramını irəli sürməkdə, istərsə də Azərbaycanda hüquqi-demokratik siyasi hakimiyyətdə olduğu bütün illər ərzində.
Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə ölkə prezidenti seçiləndən sonra onun dünyanın bir sıra böyük ölkələrinə səfərləri Azərbaycanı dünyaya sivil, demokratik ölkə kimi tanıtmaqla yanaşı, respublikamızı informasiya blokadasından xilas etdi. Heydər Əliyevin müstəsna idarəçilik bacarığı sayəsində Azərbaycanda 1994-cü il oktyabr, 1995-ci il mart dövlət çevrilişinə göstərilən xəyanətlərin qarşısı alındı. 1997-ci il 12 noyabrda Heydər Əliyevin sədrliyi ilə müstəqil Azərbaycan Respublikasının Dövlət Konstitusiyası təsis olundu.
Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı mühüm tarixi xidmətlərindən biri də özünün siyasi varisi olan İlham Əliyevin ölkə prezidentliyinə gəlməsini tövsiyə etməsi olmuşdur. Heydər Əliyev xatırladırdı ki, İlham Əliyevə özüm qədər inanıram. Onun gələcəyinə böyük ümid bəsləyirəm. Mənim başa çatdıra bilmədiyim məsələləri inanıram ki, İlham Əliyev tamamlayacaqdır. 2003-cü il oktyabr ayının əvvəlində İlham Əliyev prezident seçkilərinə qoşulanda yaşlı nəsil onu özlərinin övladı, cavan nəsil isə özlərinin qardaşı kimi qarşıladılar. 15 oktyabr 2003-cü ildə İlham Əliyev prezident seçkilərində qalib gəldi. 15 oktyabrdan 16 oktyabra keçən gecə prezident seçkilərində məğlubiyyətini bilən radikal Müsavat təfriqə yolunu seçdi. Lakin Heydər Əliyevin ideyalarını həqiqi meyar kimi qəbul edən Azərbaycan xalqı bir daha İlham Əliyevin prezidentliyinin regitimliyinə sadiq qaldığını nümayiş etdirdi və musavatçıları oktyabr ayının 16-da saat 14-00-da qəti şəkildə susdurdu.
Ulu öndər Heydər Əliyevin daxili və xarici siyasətini uğurla həyata keçirən prezident İlham Əliyev Azərbaycan xalqı üçün 44 günlük müharibədə ermənilər üzərində tarixi qələbəni təmin etdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və Azərbaycan ordusunun rəşadəti sayəsində 30 il erməni işğalında saxlanılan Azərbaycanın tarixi torpaqları həmişəlik işğaldan azad olundu. Müasir müharibə, eyni zamanda, “hibrid” müharibəsi adlanır. Onun informasiya tərkib hissəsi, heç də müharibə tərkib hissəsindən az əhəmiyyət kəsb etmir. 44 günlük Vətən müharibəsinin gedişində Ali Baş Komandan İlham Əliyev dünyanın müxtəlif ölkələrindən olan 30-dan artıq jurnalistlərə müsahibə verdi. İlham Əliyev özünün dərin zəkası və polad iradəsi sayəsində Azərbaycanın tək hərb meydanında deyil, informasiya savaşında da qalib ölkə olduğunu bütün dünyaya sübut etdi. Bəli, 1993-cü ilin o təlatümlü iyun günlərindən keçən 30 ilə yaxın zaman məsafəsi xalqımızın o dövrdəki seçiminin nə dərəcədə düzgün və haqlı olduğunu bir daha sübut edir. Məhz xalqımızın o dövrdəki doğru seçiminin nəticəsidir ki, bu gün ümumxalq məhəbbəti qazanmış prezident, müzəffər Ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə qalib və məğrur Azərbaycan dövləti Ümummilli Liderin həmişəyaşar idealları əsasında uğurla inkişaf edərək yeni zirvələr fəth edir. Ulu Öndərin özü qədər inandığı və şah əsəri olan müstəqil Azərbaycan dövlətinin sükanını etibar etdiyi Prezident İlham Əliyev ölkəyə rəhbərlik etdiyi 20 ilə yaxın müddətdə Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirdi və əbədi etdi. Cənab İlham Əliyev ata vəsiyyətini layiqincə yerinə yetirdi, xalqımızın başını uca etdi və Vətən müharibəsi günlərində Azərbaycan xalqını bir daha milli şüur, özünüdərk və Ulu öndərin müəllifi olduğu azərbaycançılıq məfkurəsi ətrafında bir yumruq kimi birləşdirdi. Dövlət başçısı İlham Əliyevin müvafiq sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi və dahi şəxsiyyətin ideyalarının yaşamasının və Azərbaycana yeni qələbələr qazandırmasının əyani təzahürüdür. Bu gün Azərbaycan xalqı xoşbəxtdir ki, dahi Heydər Əliyev kimi Ulu Öndər olub və qətiyyətli, sözü ilə əməli bir, milli-mənəvi dəyərlərimizə, tariximizə, Vətən torpağına ürəkdən bağlı olan və gücünü xalqımızdan alaraq dəmir yumruğu ilə tarixi haqq-ədaləti bərpa edən İlham Əliyev kimi Prezidenti, Ali Baş Komandanı var.
Ədalət Fərəcov, YAP Veteranlar şurasının üzvü, “91-lər”-in üzvü, professor, prezident teqaüdçüsü
Sultanəli Qurbanov, Səbail rayonu YAP “Ü-Hacıbəyov-68” ƏPT sədri, ADPU-nun dosenti
Xəbər lenti
Hamısına baxGündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42

