Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Ceyhun Bayramov: "Ermənistanın reinteqrasiya prosesinə müdaxiləsi qəbuledilməzdir"

Ceyhun Bayramov: "Ermənistanın reinteqrasiya prosesinə müdaxiləsi qəbuledilməzdir"

12.04.2023 [12:59]

"Ermənistanın reinteqrasiya prosesinə müdaxiləsi qəbuledilməzdir"

“Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov aprelin 12-də Bakıda ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

O, qonağı Qarabağdakı ermənilərin reinteqrasiya prosesi barədə məlumatlandırdığını bildirib: "Danışıqlar bundan sonra da olacaq. Azərbaycan tərəfi görüşlərin Bakıda keçirilməsini təklif edib. Ancaq Ermənistanın reinteqrasiya prosesinə müdaxiləsi bizim üçün qəbuledilməzdir".

C.Bayramov vurğulayıb ki, ATƏT-in fəaliyyətdə olan sədrinə Qarabağda görülən yenidənqurma işləri barədə də məlumat verib: "Eyni zamanda mina təhlükəsinin davam etməsi, Ermənistanın mina xəritələrini hələ də təqdim etməməsi mövzusu da gündəlikdə oldu".

Paylaş:
Baxılıb: 463 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Analitik

Növbə kimindir?

06 İyun 10:35

Analitik

1 gün qaldı...

06 İyun 10:12

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

06 İyun 08:32  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30