Motivasiya nədir?
08.04.2023 [11:44]
Hədəflərə çatmaq üçün...
Son dövrlər müxtəlif sahələrdə uğur qazanmış şəxslərin öz uğur hekayələrini digərləri ilə bölüşməsi maraqla qarşılanır. Bu uğur hekayələri dünyada minlərlə insanı ruhlandıraraq onların uğur qazanmasında bir vasitəyə çevrilib.
Məsələn, həyatına sıfırdan başlayan və dünyanın ən varlı insanı hesab edilən Bill Geyts kimi bir çox uğur əldə etmiş insanların hekayələri digər insanların da hədəflərinə çatmasında motivasiyaya səbəb olur. Hədəflərin reallaşması üçün vasitə olan motivasiya əslində nədir? Motivasiya insanı hərəkətə gətirən istək, arzu və qüvvədir. Motivasiya latın sözü olub, mənası, sövq etmək, oyatmaq mənasındadır. İlk dəfə bu termini A.Şopenqauer öz məqaləsində işlətmişdir. Motivasiya insanları nəyəsə nail olmağa həvəsləndirən bir üsuldur. Buna görə də motivasiyası aşağı olan insanlar hansı işdə olurlarsa-olsunlar, onu yarıdaca tərk edə bilərlər. İtirilmiş bir işdə uğur qazanmaqdan söhbət gedə bilməz. Belə vəziyyətlərdə uğur qazanmağınızın yolu isə motivasiyanın yenidən qazanılmasıdır.
Kiçik hədəflər böyükləri özü ilə gətirir
Özündə motivasiyanı tapan insanlar başa düşürlər ki, istəklərin reallığa çevrilməsi üçün seçimləri düzgün etməlidirlər. Uğurun əldə edilməsi üçün motivasiya ilə yanaşı, məsuliyyətli olmaq da lazımdır. Lakin məsuliyyətli olmaq düşüncəsi bir çox insanda qorxuya səbəb olur. Yüksək motivasiyası olan insanlarda isə, əksinə, bu, bir təzyiq və hərəkətə stimul verən amil kimi qiymətləndirilir. Təbii ki, həyatda nəzarət edə bilmədiyimiz vəziyyətlər ola bilər. Lakin bu məqamlarda fərdlərin öz düşüncələrini, hisslərini, seçimlərini və hərəkətlərini idarə etmək gücü motivasiyadan və məsuliyyətdən aslıdır. Uğur qazanmaq üçün motivasiya və məsuliyyətdən başqa gərəkli olan hədəflərin seçilməsidir. Əsasən motivasiyanı öz daxildə tapan insanların bir çoxu belə ifadə edir ki, böyük hədəflərdən çox kiçik hədəflərdən yapışmaq lazımdır. Kiçik hədəfləri həyata keçirmək, böyük hədəfləri də reallaşdırmaq üçün stimul yaratmaqla yanaşı, daha istiqamətlənmiş məqsəd formalaşdıracaq. Şekspirin də dediyi kimi, bu gün sahib olduqlarına görə şükür et və sabah sahib olduqların üçün mübarizəyə başla.
Motivasiya elə özünüzdədir
Motivasiya qazanaraq uğurların əldə edilməsi sosial-psixologiyada “Piqmolion effekti” adlanır. “Piqmalion effekti”nin etimologiyası onun insanlara təsirindən daha maraqlıdır. Rəvayətə görə, yunan heykəltaraşı Piqmalion qeyri-adi gözəlliyə malik bir qadın heykəli yaradır. O, öz yaratdığı heykəlin - Qalateyanın gözəlliyinə vurulur və heç bir canlının gözəlliyi ilə müqayisə edilə bilməyəcəyini anlayır. Bundan sonra o, İlahə Afroditanın yanına gələrək, cansız sevgilisinə ruh bəxş etməsi üçün yalvarır. Qalateya artıq bir heykəl deyil, hissləri olan canlı bir varlığa çevrilir. Piqmalion istədiyini əldə edir, onun inamlı arzusu onun istəyinin gerçəkləşməsinə kömək edir. Məhz buna görə də, “Piqmalion effekti”nin əsasında ümidlərin yerinə yetməsi, inamlı istəyin olması dayanır. “Piqmalion effekti” müəyyən bir sahədə daha yaxşı performansa səbəb olan, daha yüksək gözləntilərlə nəticələndiyinə inanılan psixoloji hadisədir.
“Piqmalion effekti”nə görə, insan ətrafı qavrayaraq hansısa istəyinin reallaşmasını gözləsə, bu istək gələcəkdə mütləq reallaşır. Dolayısıyla, bu effektin daxilində dayanan təməl fikir, insanın öz qavrayışını və münasibətini, hissini idarə edə bilməsidir. Bu nəzəriyyəyə görə, biz gözləntilərimizlə digər insanların davranışlarına da təsir edə bilərik.
Şaquil Onilin də dediyi kimi: Sizi həqiqətən motivasiya edə biləcək yeganə insan özünüzsünüz.
Buna görə müsbət gözləntilər performansa müsbət təsir edərkən, mənfi gözləntilər isə, tam əksinə, performansa mənfi təsir göstərir. Belə olan halda müəllim şagirdindən, ailə övladından, müdirişçisindən nə gözləsə, performans eyni olacaq. Yüksək gözləntilər fərdin performansının artmasına da səbəb olur. İnsan eyni gözləntiləri qarşılamasa belə, əlindən gələni etməyə həvəslənir. Mənfi gözləntilərdə insan bacardığından daha azını edir, çünki onun motivasiyası azalır. Yəni pozitiv düşünmək, produktivliyin artmasına da səbəb olur.
Odur ki, başqa yol yoxdur - yalnız irəli!..
Qönçə QULİYEVA
Xəbər lenti
Hamısına baxMaraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32

