Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / YAP-ın rayon və şəhər təşkilatları ağacəkmə kampaniyası keçirib

YAP-ın rayon və şəhər təşkilatları ağacəkmə kampaniyası keçirib

10.03.2023 [22:43]

"Heydər Əliyev İli” çərçivəsində Yeni Azərbaycan Partiyasının Xaçmaz, Laçın, Ağdam, Ağstafa, Naftalan, Zərdab, Lənkəran, Saatlı rayon və şəhər təşkilatları yerli icra hakimiyyətləri ilə birgə ağacəkmə kampaniyası keçirib.

Kampaniyada YAP-ın yerli təşkilatlarının rəhbərləri, partiya fəalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şam, çinar, zeytun və sərv olmaqla ümumilikdə 3000-ə qədər müxtəlif növ ağac əkilib. Eyni zamanda, ağacların əkildiyi ərazilərdə təmizlik işləri aparılıb, ağaclara aqrotexniki qulluq göstərilib.

Qeyd edək ki, aksiyanın keçirilməsində məqsəd ölkədə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük əhəmiyyət vermiş ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ənənələri davam etdirmək, insanlar arasında ekoloji mədəniyyəti və təbiətə qayğı hissini təbliğ etməkdən ibarətdir.

Paylaş:
Baxılıb: 446 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31