Qırmızı köhnə avtomobil Türkiyədə simvola çevrilib
24.02.2023 [10:07]
Şamil Ayrım: Bu ağır günlərdə Azərbaycanla Türkiyə parlamentlərarası əlaqələrini də düzgün koordinasiya edir
“Zəlzələ başladığı vaxtdan Azərbaycan dövlət və xalq olaraq Türkiyənin yanındadır. Azərbaycan Türkiyə Parlamentlərarası dostluq qrupunun rəhbəri Əhliman Əmiraslanov da bizimlə mütəmadi əlaqə saxlayır”. Bu fikirləri “Yeni Azərbaycan” qəzetinə açıqlamasında Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, AKPartiya İstanbul millət vəkili Şamil Ayrım bildirib.
Zəlzələnin baş verdiyi gündən Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun sədri Əhliman Əmiraslanovun onunla əlaqə saxladığını deyən millət vəkili bu əlaqələrin koordinasiyalı şəkildə təşkil olunduğunu deyib: “Bu ağır günlərdə hər sahədə olduğu kimi parlamentlərarası əlaqələrimiz də koordinasiya olundu. Əhliman Əmiraslanov ilk vaxtdan Azərbaycan Milli Məclisi adından bizə başsağlığı verdi. Ondan sonra dəfələrlə telefonla əlaqə saxladı, “nə köməyə ehtiyac var”, - deyə, soruşdu. Azərbaycandan bu müddətdə bizə müxtəlif istiqamətdə yardımlar gəldi. Azərbaycan parlamenti rəhbərliyinin göstərişi ilə Türkiyəyə 40 ədəd generator göndərildi. Azərbaycanla Türkiyə hər sahədə olduğu kimi parlamentlərarası münasibətlərdə də intizamlı və mehribandır. Onsuz da zəlzələ baş verən andan Azərbaycan Prezidenti Cənab
İlham Əliyev ənənəvi olaraq göstəriş verdi və ilk kömək, humanitar yardım Azəraycandan gəldi. Əlbəttə biz elə belə bir münasibət də gözləyirdik. Çünki Azərbaycanla Türkiyə mütəffiqlik içindədir”.
Azərbaycanlı tələbələrin Malatyada zəlzələ vaxtı dağıntılar altında qalıb həlak olmasına çox təəssüfləndiyini deyən millət vəkili Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri olaraq bu məsələ ilə bağlı mütəmadi Azərbaycan tərəfi məlumatlandırdığını bildirib.
Millət vəkili Azərbaycanın Türkiyədəki Səfirliyi, İstanbuldakı Baş Konsulluğu, eləcə də Türkiyənin Azərbaycandakı Səfriliyi ilə də bu müddətdə koordinasiyalı əlaqələrin oduğunu qeyd edib.
Şamil Ayrım qırmızı köhnə avtomobilini yardımla yükləyib Türkiyəyə kömək üçün gəlməyə çalışan Sərvər Bəşirlinin səmimiyyətinin Türkiyədə bir simvola çevrildiyini də vurğulayıb. Millət vəkili “Qardaş köməyi” platforması çərçivəsində Azərbaycandan Türkiyəyə verilən dəstəyin “Bir millət iki dövlət prinsipi”nə sadiqliyin gösətricisi olaraq qiymətləndirib.
Millət vəkili bu ağır günlərdə Türkiyəyə verilən qardaş dəstəyinə görə Azərbaycan dövlət başçısına və xalqına təşəkkürünü bildirib və qüdrətli Türkiyənin zəlzələdə dağılan əraziləri bərpa edəcəyini, zərərçəkənlərə hər cür dəstək veriləcəyini qeyd edib.
Sevil Ünal Hilalqızı,
Ankara
Xəbər lenti
Hamısına baxSosial
07 İyun 18:34
Sosial
07 İyun 17:12
Siyasət
07 İyun 16:13
Dünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25

