Erməni lobbisinin yeni “layihəsi”
14.02.2023 [10:12]
ABŞ-dakı ermənipərəst dairələr Nümayəndələr Palatasında ölkəmizə qarşı qətnamənin qəbuluna çalışırlar
NARDAR
ABŞ Konqresinin bir qrup ermənipərəst üzvü Nümayəndələr Palatasında Azərbaycan əleyhinə sənəd qəbul olunmasına çalışır. Amerika Erməni Milli Komitəsinin (ANCA) yaydığı məlumata görə, ABŞ Konqresinin Nümayəndələr Palatasına Laçın dəhlizinin Azərbaycan tərəfindən “blokada”ya alınması ilə bağlı qətnamə layihəsi təqdim edilib. Ermənipərəst konqresmenlər Frenk Pallon və Bred Şermanın təklif etdiyi sənədin qəbulunu dəstəkləyənlərin sayı həm respublikaçılar, həm də demokratlar olmaqla 65 nəfərə çatıb. Təşkilatın məlumatında deyilir ki, sənədin “məqsədi” Qarabağ və Ermənistanı birləşdirən yolun bağlanması üçün Bakıya təzyiq göstərməkdir. Qətnamədə “Azərbaycanın məsuliyyətə cəlb edilməsinin zəruriliyi” də vurğulanıb. Sənəd, həmçinin müəlliflərin öz həmkarlarına müraciət etdiyi məktubla müşayiət olunur. Qətnamə qəbul olunarsa, Nümayəndələr Palatası Baydenin administrasiyasına bir sıra təkliflər təqdim edəcək. Həmin təkliflərin sırasına Laçın dəhlizində beynəlxalq müşahidəçilərin yerləşdirilməsi üçün danışıqlar aparmaq, ABŞ-ın Azərbaycana bütün hərbi yardımını dərhal dayandırmaq və Azadlığa Dəstək Aktının 907-ci maddəsini tətbiq etmək də daxildir.
ABŞ-dakı erməni diasporu və lobbisinin məqsədi həmin qətnamənin qəbul edilməsi ilə Azərbaycanın beynəlxalq imicinə zərbə vurmaqdır. Bəs ermənilər bu məqsədlərinə nail ola bilərmi? Məsələ ilə bağlı qəzetimizə açıqlama verən millət vəkili Ramil Həsən bildirib ki, ABŞ-da erməni diasporu və lobbisi müəyyən siyasi dairələrə təsir edə bilir. Sözügedən qətnamə layihəsini də dəstəkləyənlər məhz erməni lobbisinin təsiri altında olan konqresmenlərdir. Onun sözlərinə görə, erməni lobbisi bütün dövrlərdə Azərbaycanın beynəlxalq imicinə zərbə vurmağa çalışıb. Hələ Ermənistanın 30 illik işğalçı siyasəti dövründə də erməni lobbisi konqresmenlərin vasitəsilə ölkəmiz haqqında mənfi rəy formalaşdırmağa cəhd göstərib. Halbuki, işğaldan əziyyət çəkən məhz Azərbaycan dövləti və xalqı idi.
Millət vəkili qeyd edib ki, 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad edildikdən sonra dünya erməniliyi müstəqil Azərbaycana qarşı növbəti qara piara start verib: “Hazırda Laçın yolunda ekofəalların dinc aksiya keçirməsindən də erməni lobbisi özünün çirkin siyasi məqsədləri üçün istifadə etməyə çalışır. ABŞ Nümayəndələr Palatasına təqdim edilən məlum qətnamə layihəsi də buradan qaynaqlanır. Düşünürəm ki, ABŞ beynəlxalq hüquq normalarına və bəşəri dəyərlərə hörmət edirsə, həmin layihə Nümayəndələr Palatasında qəbul olunmamalıdır. Vaxtilə qəbul edilmiş 907-ci düzəliş də erməni lobbisinin bir layihəsi idi. Artıq xeyli müddətdir ki, həmin maddənin tətbiqi dayandırılıb. ABŞ tərəfi belə bir səhvləri təkrarlamamalıdır. Əks halda, özünün imicinə zərbə vurmuş olacaq”. Deputatın fikrincə, Azərbaycan diplomatiyası bu yöndə işlər aparacaq: “Təbii ki, ABŞ Konqresində Azərbaycanın da dostları var. Biz onlarla iş apararaq belə bir qeyri-obyektiv sənədin Nümayəndələr Palatasında qəbul edilməsinin qarşısını almalıyıq. Yəni diplomatiyamız bununla bağlı çevik işlər görəcək”, - deyə həmsöhbətimiz vurğulayıb.
Politoloq Tural İsmayılov isə hesab edir ki, erməni lobbisinin Qərbdə ən çox çirkli əlaqələr qurduğu siyasətçilər ABŞ-dadır. Onun sözlərinə görə, dəfələrlə ANCA tərəfindən ölkəmizə qarşı əsassız kampaniyalarda ABŞ
konqresmenləri oyuncaq kimi istifadə edilib. Frenk Pallone, Nensi Pelosi, Şerman kimi siyasətçilərin Amerika toplumunda heç bir hörməti yoxdur. Belə olan təqdirdə bu saxtakarlığın hansısa bir hüquqi əhəmiyyəti də yoxdur. Qətnamə əsla qəbul edilə bilməz. Əks halda, bu, ABŞ-ın Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesində vasitəçilik missiyasına tamamilə zərbə olar.
T.İsmayılov xatırladıb ki, daha əvvəl də bu tip “layihələr” təqdim edilsə də, son nəticədə qəbul edilməyib: “Həmin konqresmenlər həm beynəlxalq hüququ tapdalayır, həm də Ermənistanı qızışdıraraq sülhü sabotaj edirlər. ABŞ dövlət rəhbərliyi belə bir maskaradı rəsmi səviyyədə heç vaxt qəbul etməz. Azərbaycan kontr-tədbir olaraq erməni lobbisinin aləti olan siyasətçilərlə bağlı qlobal hüquqi mübarizəyə start verə bilər. Ölkəmiz gücləndikcə belə təxribatlar da çoxalacaq”.
Xəbər lenti
Hamısına baxMaraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27

