/ / 14 min 800 jurnalist hara yoxa çıxıb? – Natiq Məmmədli media qanununa qarşı çıxanlara cavab verdi
14 min 800 jurnalist hara yoxa çıxıb? – Natiq Məmmədli media qanununa qarşı çıxanlara cavab verdi
13.02.2023 [14:17]
“2015-ci ilin mart ayının statistikasına görə Azərbaycanda 4978 media subyekti – KİV Ədliyyə Nazirliyində uçota götürülmüşdü. Jurnalistlərin sayı ilə bağlı da həmişə müxtəlif rəqəmlər səslənib. Bəziləri bu rəqəmin 35-40 minə yaxın olduğunu, bəziləri 5-6 min olduğunu iddia edirdi, o zamanlar Mətbuat Şurası isə orta rəqəm kimi 15 minə qədər jurnalistin fəaliyyət göstərdiyini bildirirdi. İndi Media Reyestrinə 183 media subyekti özünü bəyan edib, 207 nəfər jurnalist isə vəsiqə alıb. Bəs onda 4 min 800 media subyekti hara buxarlanıb? 14 min 800 jurnalist hara yoxa çıxıb?”.
KONKRET.az xəbər verir ki, bu fikirləri Media Agentliyinin şöbə müdiri Natiq Məmmədli AzTV-nin “Çıxışa doğru” proqramında səsləndirib.
Bu vaxta qədər “media subyektləri və jurnalistlərlə bağlı statistik rəqəmlər şişirdilmiş olub və real mənzərəni ifadə etməyib. Reyestrin aparılması və ilkin nəticələrinin təhlili artıq artıq dolğun təəssürat yaradır. Azərbaycanın informasiya məkanında media və jurnalist adıyla spekuliyasiya edənlərin sayı həqiqi jurnalistlərin sayından dəfələrlə çoxdur, bu, münasibətlər sisteminin hüquqi tənzimlənməsi zəruri idi”, – deyə Məmmədli bildirib.
N.Məmmədli qeyd edib ki, dünyanın hər yerində medianın bir biznes subyekti kimi qeydiyyatı aparılır və bu vaxta kimi müxtəlif dövlət qurumları tərəfindən aparılan Azərbaycanın Media Reyestri özündə statistik məlumatları əks etdirir, jurnalistin peşəkar fəaliyyətinə hər hansı müdaxilədən söhbət gedə bilməz. “Dəfələrlə bəyan etdiyimiz kimi bir daha bildiririk ki, jurnalistlərin media reyestrindən keçməsi könüllüdür, çünki qanunda bunu üçün hər hansı məcburetmə tədbiri nəzərdə tutulmayıb. Azərbaycan dövləti heç bir jurnalistə məcburi qayda da güzəşt və imtiyaz tətbiq etmir. Jurnalist Agentlik tərəfindən verilən vəsiqə olmadan da sərbəst şəkildə öz peşə fəaliyyətini yerinə yetirə bilər”.
N.Məmmədli “Media haqqında” Qanununa qarşı aparılan kampaniyaya münasibət bildirərkən, bu şəxslərin bir çoxu ilə görüşlər keçirildiyini, reyestr qaydalarının izah olunduğunu, lakin onların bu qaydalara əməl etmədiyini vurğulayıb: “İndi belə çıxır ki, siz reyestrə düşsəydiniz, yaxşı idi, düşmədiniz pis oldu? Qanuna itaətsizlik çağırışları edənlərin digər qrupu isə xarici donorlarına cəlbedici görünən media reyestri adında “çörəkli” mövzu tapıblar. Venesiya Komissiyasının “Media haqqında” Qanununa münasibətində pozitiv məqamlar daha çox idi, nəinki bu adamların münasibətində. Biz Venesiya Komissiyasının rəyində öz əksini tapmış fikirlərin əksəriyyətini cavablandırmışıq, o məqamlarla razı deyil ki, onlar bizim tək peşə fəaliyyətimizlə deyil, eyni zamanda dövlət maraqlarımızla səsləşmir. Məsələn, bildirirlər ki, kimsə mənim ölkəmin ərazi bütövlüyünü şübhə altına alan çağırışlar edirsə, bu ifadə azadlığı ilə ziddiyyət təşkil etmir. Vətən müharibəsində şəhidlərinin qanı bahasına özünün ərazi bütövlüyünü təmin etmiş ölkə bununla necə razılaşa bilərdi?”.
“Bizim araşdırmalarımız göstərir ki, Azərbaycanda media subyekti adına iddia edən elə saytlar var ki, heç 6 ay ərzində 20 material vermir, elə adam var ki adına 20-dən çox domen var. Bu, bir psixoloji pozuntudur, sənin 20 sayt nəyinə lazımdır? Layihələri Media Agentliyi tərəfindən maliyyələşən subyektlərin hər biri hər ayın sonunda vəsaiti hara xərclədikləri barədə hesabat verirlər, qanuna qarşı çıxanların hansısa birinin nə zamansa hesabat verdiyini görmüsünüzmü? Onlar hesabat verirlər, amma başqa yerlərə. Media ictimaiyyəti haqlı olaraq bizdən tələb edir ki, belə eybəcərliklər aradan qaldırılsın. İndi media islahatları çərçivəsində Azərbaycanın informasiya məkanının hüquqi mənzərəsinin dəqiqləşdirilməsi prosesi artıq başa çatdırılıb. Beləliklə, bundan sonra dövlətin mediaya tətbiq edəcəyi güzəşt və imtiyazların dəqiq dairəsi müəyyənləşir”, – deyə Məmmədli qeyd edib.
Xəbər lenti
Hamısına baxGündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42

