Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Sahib Ələkbərov: "Azərbaycan iqtisadiyyatının potensialını nəzərə alaraq çox işlər görməliyik"

Sahib Ələkbərov: "Azərbaycan iqtisadiyyatının potensialını nəzərə alaraq çox işlər görməliyik"

10.02.2023 [14:26]

Azərbaycan iqtisadiyyatında aparılan şəffaflaşdırma işləri, yoxlamaların sayının minimuma endirilməsi və digər tədbirlər ölkədə sahibkarlıq mühitini ildən-ilə yaxşılaşdırdı və vergi daxilolmaları artmağa başladı.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov “Heydər Əliyev və Azərbaycanın vergi sistemi: yeni çağırışlara doğru” mövzusunda keçirilən konfransda deyib.

Nazir müavininin sözlərinə görə, bugünkü müasir vergi sistemini məhz ümummilli lider Heydər Əliyev yaradıb: "Onun apardığı siyasətin nəticəsi olaraq, Azərbaycanda vergi qanunvericiliyi yaradıldı və vergi inzibatçılığı formalaşdırıldı”.

S.Ələkbərov bildirib ki, 1990-cı illərin əvvəllərində vergi daxilolmaları sahəsində vəziyyət yaxşı deyildi, vergidən yayınma kütləvi hal almışdı: "Daha sonra ulu öndər Heydər Əliyevin rəhbərliyi altında aparılan siyasət nəticəsində vergi daxilolmaları getdikcə artmağa başladı və 2004-cü ildə 1 milyard manatlıq baryeri keçdi. 2022-ci ildə isə dövlət büdcəsinə 15,5 milyard manat həcmində vergi daxilolması təmin edilib. Lakin arxayınlaşmaq olmaz. İqtisadiyyatımızda aparılan islahatları, eləcə də mövcud potensialı nəzərə alaraq, çox işlər görməliyik”.

Paylaş:
Baxılıb: 436 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Analitik

Növbə kimindir?

06 İyun 10:35

Analitik

1 gün qaldı...

06 İyun 10:12

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

06 İyun 08:32  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30