Yasin “Kalaşnikov”u necə əldə edib?
10.02.2023 [11:01]
O, uzun illər SEPAH-a xidmət edib
Yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə edilən xain terror hücumu ilə bağlı yeni təfərrüatlar üzə çıxır. Belə ki, səfirliyin müşahidə kameraları vasitəsilə terror hücumunun gedişatı anbaan lentə alınıb. Əldə olan videofaktlar isə İranın terror hadisəsi ilə bağlı ortaya atdığı “məişət zəminində baş verən hadisə” versiyasını tam şəkildə təkzib edir. İranın nümayiş etdirdiyi susqunluq isə həm də özünüifşadır - bu, terrorun əvvəlcədən planlaşdırıldığını və sifariş əsasında həyata keçirildiyini deməyə əsas verir. Terrorçunun avtomat, tapança, “Molotov kokteyli” ilə silahlanaraq səfirliyə hücum etməsi isə onu göstərir ki, diplomatik korpusun mühafizə xidməti ayıq olmasaydı, qətliamın miqyası böyük olacaqdı.
Məsələ ilə bağlı fikirlərini bölüşən politoloq Qabil Hüseynli səfirliyimizə edilən hücumun İranın dövlət dairələrinin, rəsmi dairələrin himayəsi altında baş vermiş terror basqını olduğunu bildirib. Onun sözlərinə görə, terrorçunun qarşısı alınmasaydı, tərksilah edilməsəydi məqsəd səfirliyin bütün əməkdaşlarını, onların ailə üzvlərini güllələmək idi: “Səfirliyin qarşısında polis köşkü var. Hücumdan qabaq səfirliyin önündəki maşını əzən zaman isə polis çölə çıxmır. Daha sonra mühafizə xidmətinə atəş açılır. Hətta içəri girməmişdən qabaq terrorçu köşkdəki polisə əl edir. Bütün bunlar terrorun planlı şəkildə baş verdiyinin göstəricisidir. Eyni zamanda, ortaya çıxan yeni faktlar da göstərir ki, İran dövlətinin irəli sürdüyü “məişət zəmini” versiyası başdan ayağa cəfəngiyyatdır. Bu, əvvəlcədən hazırlanmış, diqqətlə planlaşdırılmış bir terror hadisəsi idi. Biz ilk vaxtlar düşünürdük ki, İran tərəfi bu məsələni diqqətlə araşdıracaq, onu tədqiq edəcək. Hər zaman olduğu kimi yenə də İran tərəfi riyakarlığa yol verdi. Bu hadisəni “məişət zəmini”ndə baş verən hadisə kimi qiymətləndirməyə çalışdı. Amma bizim əlimizdə materiallar var. Terrroru həyata keçirən Yasin Hüseynzadə uzun illər SEPAH-a xidmət edib. Terrorda istifadə olunan Kalaşnikov avtomatı isə İran-İraq müharibəsi zamanı İraq əsgərlərindən götürülüb. Onun seriya nişanı da bəllidir. Üstəlik həmin şəxs həm də tapança ilə silahlanıb. Bəlli olduğu kimi İranda silah satışı qadağandır. Əgər bu hadisə “məişət zəmini”ndə baş veribsə, Yasin Hüseynzadə həm avtomat, həm tapança, həm də “Molotov kokteyli” adlanan vasitə ilə niyə silahlanıb? Üstəlik o, səfirliyə iki avtomat darağı dolu güllə ilə gəlib. Demək ki, qətliamın miqyası geniş olacaqmış. Sadəcə bizim mühafizə xidmətinin qəhrəmanlığı nəticəsində bunun qarşısı alındı. İran tərəfi iddia edir ki, Y.Hüseynzadə guya bu hadisəni anlaqsız vəziyyətdə həyata keçirib. Yəni, onun psixoloji problemlərinin olduğunu iddia edirlər. Özünü idarə edə bilməyən adam necə maşın idarə edib? Və ya anlaqsız bir adam bir əlində avtomat, bir əlində tapança qətliama gələrmi? Sonradan yayılan kadrlarda da görünür ki, o adam ruhi xəstə deyil. Onun xəstəxanaya salınması ilə isə İran bu yolla məsələnin üstünü basdırmağa çalışır”.
Politoloq bildirib ki, İran hazırda beynəlxalq münasibətlərdən kənarlaşdırılmış vəziyyətdədir. ABŞ-ın, Aİ-nin sanksiyaları İranı tamamilə taqətdən salıb. “Neft ixracı, qaz ixracı isə minimal səviyyədədir. Bununla belə, iqtisadi cəhətdən kasıb, xarici ticarətinə embarqolar qoyulan bu ölkə terror təşkilatlarına maliyyə yardımı ayırmaqda davam edir. Məsələn, Hizbullaha dayanmadan yardım olunur. Yanvarın ayın 28-də, baş verən “dron hücumu”ndan sonra artıq Hizbulla 20 yük maşını yardım göndərilmişdi. Amma həmin yollar ciddi nəzarət altında idi və bu yüklər məhv edildi. İran bu baş verənlərdən dərs götürmür. Onların bu hərəkətləri anlaşılan deyil. Dünya İranı tərksilah etmək, nüvə silahı istehsalını dayandırmaq üçün birləşir. İranın özü terroru dəstəkləyən və himayə edən ölkə elan edilib. Bütün bu baş verənlər İran siyasi elitası üçün ayıldıcı təsirlər göstərmir. Onlar öz dağıdıcı fikirlərindən əl çəkmirlər. Mənə elə gəlir ki, bu dəfə İrana qarşı formalaşdırılan koalisiya daha ciddi olacaq. Burada bütün qütblər təmsil olunacaq. Artıq İranın terroruna heç kim dözmək fikrində deyil”, - deyə Q.Hüseynli əlavə edib.
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxDünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02

