Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / “Azərpoçt” Türkiyədəki zəlzələ ilə bağlı AFAD-a edilən ianələrdən komissiya tutmayacaq

“Azərpoçt” Türkiyədəki zəlzələ ilə bağlı AFAD-a edilən ianələrdən komissiya tutmayacaq

08.02.2023 [16:57]

“Azərpoçt” MMC Türkiyədə baş vermiş zəlzələ ilə bağlı Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) təqdim etdiyi bank hesablarına pulköçürmələrinə xüsusi güzəşt tətbiq edir.

“Azərpoçt” MMC-nin yaydığı məlumatda xəbər verilir ki, zərərçəkənlərə yardım məqsədilə göndərilən pul vəsaitlərindən “Azərpoçt” tərəfindən heç bir komissiya tutulmayacaq.

“Yardım etmək istəyən şəxslər həftənin iş günləri saat 18:00-dək, qeyri-iş günləri isə saat 16:00-a qədər şəbəkə tipli mərkəzi poçt şöbələrinə və müştəri xidmətləri şöbələrinə yaxınlaşa bilərlər. Qardaş Türkiyədə zəlzələdən xəsarət alanlara şəfa, dünyasını dəyişənlərə isə rəhmət diləyirik”, - deyə məlumatda bildirilir.

Paylaş:
Baxılıb: 482 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31