Fevralın 15-dən...
04.02.2023 [11:30]
Sui-istifadə hallarının qarşısı alınacaq
Fevralın 15-dən etibarən fiziki şəxslər tərəfindən ölkə ərazisinə şəxsi istifadə məqsədilə gətirilən və gömrük orqanlarında bəyan edilməyən mobil telefonların İMEİ nömrəsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin qeydiyyat mərkəzi tərəfindən qeydiyyata alınmayacaq
Nicat PAŞA
Müasir texnoloji avadanlıqlardan istifadə bütün dünyada olduğu kimi, ölkəmizdə də geniş yayılıb. Bu, özü-özlüyündə müsbət bir haldır. Lakin hər sahədə olduğu kimi, texnoloji avadanlıqların, xüsusilə də ən çox istifadə olunan mobil telefonların - smartfonların satışında sui-istifadə hallarına az rast gəlinmir. Bəzi satıcılar əlavə gəlir əldə etmək məqsədilə bir çox hallarda ölkəyə bir neçə smartfon keçirirlər ki, bu da həmin məhsulların vergidən yayınmasına səbəb olur. Bu günə qədər analoji hallarla bağlı dəfələrlə ictimaiyyətə müxtəlif məlumatlar ötürülsə də, hələlik köklü bir dəyişiklik müşahidə edilmir. Qeyd olunan məqamlar nəzərə alınaraq bugünlərdə qəbul olunan yeni qərara əsasən, artıq fiziki şəxslər tərəfindən səfər zamanı ölkə ərazisinə gətirilən mobil telefon və digər simsiz rabitə avadanlıqları gömrük sərhədindən keçirilərkən yazılı (kağız üzərində və ya elektron) formada gömrük orqanlarında bəyan edilməli olacaq. Qərarda bildirilir ki, cari ilin fevral ayının 15-dən etibarən fiziki şəxslər tərəfindən ölkə ərazisinə şəxsi istifadə məqsədilə gətirilən və gömrük orqanlarında bəyan edilməyən mobil telefonların İMEİ nömrəsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin qeydiyyat mərkəzi tərəfindən qeydiyyata alınmayacaq.
“Fevralın 15-dən etibarən artıq fiziki şəxslər üzərlərində gətirdikləri yeni smartfonları gömrükdə bəyan etməli olacaqlar. Burada İMEİ kodun bəyan edilməsindən söhbət gedir”. Bu fikirləri “Yeni Azərbaycan” qəzetinə açıqlamasında İT məsələləri üzrə mütəxəssis Fərid Pərdəşünas səsləndirib.
Ekspert deyir ki, yeni qayda əslində İMEİ kodun bəyan edilməsidir: “Çünki mövcud qaydaya görə onsuz da üzərinizdə gətirdiyiniz məhsulun dəyəri 800 dolları keçirdisə, bu, mütləq şəkildə gömrüyə bəyan edilməli idi. Lakin bu tənzimlənmirdi. Hava məkanında olan gömrük əməkdaşları ölkəyə daxil olan hər bir sərnişinin üzərində axtarış aparmırdılar. Buna görə də sərnişinlər rahatlıqla üzərlərində bahalı smartfonları ölkəyə keçirə bilirdilər. Hətta bəzi satıcılar smartfonları ölkəyə keçirməyə çalışırdılar. Misal üçün, 50-60 smartfon keçirən zaman yaxalanan şəxslər olmuşdu. Sırf bunların qarşısını almaq üçün İMEİ kodun bəyan edilməsi məsələsi ortaya atıldı. Əgər üzərində yeni bir mobil telefon gətirirsə, gömrükdə bəyan etməlidir ki, ölkə ərazisində istifadə edə bilsin. Bu günə kimi bəyan etmədən də ölkəyə smartfon keçirə bilirdiniz. İndi sadəcə bu qaydanı daha da sərtləşdiriblər ki, artıq məcburi şəkildə vətəndaş öz üzərində gətirdiyi yeni smartfonu bəyan etsin ki, onu daxildə istifadə edə bilsin. Bu zaman vacib olan telefonun İMEİ qeydiyyatının aparılmasıdır. Yəni onun müvafiq qaydada rüsumunu ödəyib qeydiyyata saldırmalısınız. Rüsum smartfonun qiymətinə və modelinə görə dəyişir. Əgər gətirilən smartfon 800 dolları keçirsə, sadələşdirilmiş bəyannamə doldurulur, gətirilən smartfonun dəyərindən 800 dollar çıxılır, yerdə qalan məbləğə gömrük rüsumu hesablanır. Səhv etmirəmsə, bu, 36 faizdir. Burada müxtəlif gömrük yığımları və əlavə xərclər də olur ki, bunları hesablamaqla gömrük rüsumu tutulur. Düşünürəm ki, artıq İMEİ kodlarının qeydiyyatının rüsumlarına da yenidən baxıla bilər, azaldıla bilər. Çünki məcburi şəkildə gömrükdə vətəndaşlar tərəfindən bəyan ediləcək. Vətəndaşlar smartfonların İMEİ qeydiyyatını daha aşağı qiymətlərə aparsalar, daha yaxşı olardı. Bunu bir təklif kimi səsləndirirəm”.
F.Pərdəşünas əlavə edib ki, bu addımın atılmasında əsas məqsəd işbazların qarşısını almaqdır: “Çünki bazarda xarici ölkələrdən smartfonları bu yollarla gətirib daha ucuz qiymətə satan mağazalar var idi. Gömrük rüsumlarını ödəmədən gətirdikləri üçün daha ucuz qiymətə bazarda satıb haqsız rəqabətə yol açırdılar”.
Xəbər lenti
Hamısına baxDünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36

