Son 5 ay ...
03.02.2023 [11:02]
Azərbaycanın ilk pullu yolunda tikinti işləri yekunlaşır
N.PAŞA
Ölkənin ilk ödənişli Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunda tikinti işləri davam edir. AAYDA-nın mətbuata açıqlamasında paralel olaraq nəzarət-buraxılış məntəqələrinin və turniketlərin quraşdırıldığı da diqqətə çatdırılır.
Qurumdan verilən məlumata görə, yeni avtomagistralın Quba-Xaçmaz avtomobil yolu ilə kəsişən ərazisində fəaliyyət göstərəcək nəzarət-buraxılış zolaqlarının inşası yekunlaşmaq üzrədir.
Burada ağır yük maşınlarının çəkisinin müəyyənləşdirilməsi üçün tərəzilər quraşdırılıb. Bu məntəqədə tikinti işlərinin 80 faizi başa çatdırılıb.
4 nəzarət-buraxılış zolağı
“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunda ödəniş məntəqələrinin qurulması istiqamətində addımlar atılır. Ümumilikdə, hər bir hərəkət istiqaməti üzrə magistralın 52-ci km-də (Yaşma) və 171-ci km-də (Qusar-Xudat yolu ilə kəsişmə) 4 nəzarət-buraxılış zolağı fəaliyyət göstərəcək. Onlardan biri avtonəqliyyat vasitələrinin sürətli, ikisi adi qaydada keçidi?? təmin edəcək. Bir keçid isə ehtiyat keçidi olacaq və qabariti normadan böyük olan nəqliyyat vasitələrinin keçməsi üçün istifadə ediləcək.
Yük və minik avtomobilləri üçün fərqli qiymət
Bundan başqa, yeni avtomagistrala 73, 103, 132 və 154-cü km-də yerləşən 4 iri yaşayış məntəqəsindən yol qovşaqları vasitəsilə daxil olmaq mümkün olacaq. Bu, Giləzi yaşayış məntəqəsi, Siyəzən və Şabran rayonları, həmçinin Quba-Xaçmaz avtomobil yolu ilə kəsişən ərazilərdir. Sözügedən ərazilərdə hər bir hərəkət istiqaməti üzrə iki nəzarət buraxılış zolağı fəaliyyət göstərəcək.
Magistral avtomobil yolundan istifadə üçün ödənişin yük və minik avtomobillərinə görə fərqli məbləğdə olması nəzərdə tutulub.
Yeni ödənişli avtomagistralın keçdiyi ərazi Xəzər sahili boyu Samur-Dəvəçi ovalığında yerləşir, əsasən yaşayış məntəqələrindən və sənaye müəssisələrindən kənar keçir. Ümumilikdə, yeni inşa edilən 150 kilometrlik yolboyu 39 qovşaq və yol ötürücü körpü tikilib.
Tikinti işləri nə vaxt başa çatacaq?
Sualımızı cavablandıran qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli “Yeni Azərbaycan”a açıqlamasında yolun inşasının tam şəkildə cari ilin birinci yarımilliyində yekunlaşacağını bildirib.
Avtomobil yolunun tikilməsinin nəqliyyat xidmətlərinin daha da yaxşılaşdırılması ilə yanaşı, bölgədə turizmin inkişafına əlavə təkan verəcəyi də xüsusilə qeyd edilməlidir. Yeni yol həm də dəhlizlə yük və sərnişin daşımalarında mühüm rol oynayacaq.
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

